TikToka görə hüquq-mühafizə orqanlarına müraciət etdi
"Bir çox insan sosial şəbəkədən istifadə edir. Etikadan kənar hərəkət etmirik ki, bizə baxan analar, bacılar var. Son zamanlar TikTok-da gənclərin əksəriyyəti bir-birini söyür, təhqir edir və alçaldıcı hərəkətlər edir".
azxeber.com Axsam.az-a istinadən xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkədə paylaşdığı videoda deyib. Musiqiçi TikTok sosial şəbəkəsindən şikayət edib. Hüquq-mühafizə orqanlarına müraciət edən Hüseyn bildirib ki, sözügedən sosial şəbəkə ilə bağlı tədbir görülsün:
"Mənim də orada profilim var. Açanda bəzən elə söyüşlər eşidirsən ki... Bu, bizim gələcək nəslin tərbiyəsinə pis təsir edir. Üzümü tuturam aidiyyatı qrumlara - bu barədə bir ölçü götürəsiniz. Azərbaycan vətəndaşı, tanınmış musiqiçi kimi xahiş edirəm, bunun qarşısını alasınız. Bu, yeni nəslə pis örnəkdir. Müəyyən tədbir görməyinizi xahiş edirəm. Gənclərə də deyirəm ki, buna son qoyun. Bu sosial şəbəkəni işlədən qohumlarımız, analar, bacalar da var. Çox ayıbdır. Bu, bizim Azərbaycan xalqına yaraşmayan addımdır".









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar