Toksinləri atmaq üçün bunları edirsinizsə... - Həkimdən XƏBƏRDARLIQ

Toksinləri atmaq üçün bunları edirsinizsə... - Həkimdən XƏBƏRDARLIQİnternetdəki sorğulara əsasən, bir çox insan əsasən qaraciyəri bərpa etməyin, orqanizmi təmizləməyin yollarını axtarır və bunun üçün bir sıra xalq təbabəti üsullarına müraciət edir.
Ancaq həkimlər xəbərdarlıq edirlər ki, bu vəziyyətdə işlərin daha da pisləşməsi riski var.
Orqanizmi və qaraciyəri təmizləyən ən məşhur təbii vasitələr arasında yağ və limon şirəsi yer alır.
İnsanlar təbii vasitələrlə toksinlərdən təmizləndikdən sonra özlərini daha yaxşı hiss etdiklərini bildirirlər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Rusiya Federasiyasının Əməkdar həkimi, Rusiya Elmlər Akademiyasının akademiki, professor Oksana Drapkina özünün "Telegram" kanalında xalq təbabəti üsullarının təhlükələrindən bəhs edib.
O bildirib ki, bir çox insan "şlak"ları atdığını zənn edir, ancaq bədəndən atılan çox vaxt yağ, şirə və həzm fermentlərinin qarşılıqlı təsirinin nəticəsində yaranan maye olur.
"Həddindən artıq miqdarda yağın ürəkbulanma və ishala səbəb ola biləcəyini başa düşmək lazımdır. Hətta bu, biliyer kolikə səbəb ola bilər. Bu zaman mütləq təcili tibbi yardıma müraciət etmək lazım gələcək.
Limon şirəsinə gəldikdə isə, o, qastritin kəskinləşməsinə gətirib çıxarır", - Əməkdar həkim qeyd edib.
Oksana Drapkina əlavə edib ki, qaraciyər özünü bərpa edə bilir. Ona görə də əlavə məhsullarla onu təmizləməyə çalışmaq lazım deyil:
"Ancaq alkoqoldan imtina edərək ona kömək etmək vacibdir. Qidaya gəlincə, pəhrizinizdə yağlı, şəkərli və qızardılmış qidaları məhdudlaşdırmaq yaxşı təsir edəcək. Bundan əlavə, menyuya daha çox mövsümi meyvə və tərəvəz əlavə edin. Bunlar "orqanizmi təmizləmək" üçün sadə və təhlükəsiz yollardır".
Professor bu baxımdan bədən çəkisini nəzarətdə saxlamağın da vacibliyini qeyd edib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1249   Tarix: 14 iyul 2024
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

sac duzumleri qadin dunyasi geyim necə seçməli bürclər xanımlar yay paltarlari 2026 badimcan tursusu hazirlanmasi kosmetika hakisda bayatı hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz atalar sozu novruz haqistalari