Tolik Teymur Əmrahı tənqid etdi: 'Sənətdəki hörmətinizi bu fikirlərlə yox etməyin

Tolik Teymur Əmrahı tənqid etdi: 'Sənətdəki hörmətinizi bu fikirlərlə yox etməyin"Teymur Əmrahı beş yaşımdan tanıyıram. Bu gün onun sözünün  heç bir dəyəri yoxdur. Pedaqoq kimi gözəl insansınız".
azxeber.com xəbər verir ki, bu sözləri aparıcı Tarix Əliyev (Tolik) "Tarixin bir günü" verilişində deyib.
O, Əməkdar artist Teymur Əmrahın son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan və bəzi müğənnilərin iradlarına səbəb olan Şəbnəm Tovuzlu, Zeynəb Həsəni, Damla, Manaf Ağayevin ifasını tərifləməsinə münasibət bildirib:
"Nadir Qafarzadənin sözündə böyük haqiqət var. Orada söhbət nə Şəbnəm, nə Damla, nə də Manafdan gedir. Söhbət illər əvvəl "mədənniyyətimizə ləkə vuran" deyərək efirdə bağırmağınızdan gedir. Bu da efirimizin ən böyük problemidir. 3-5 musiqi termini öyrənib və çıxıb efirdə "Bu səslər soprano və sairə..." deməklə deyil.
Teymur bəy, son 5 ildə sizin bir dənə də olsun tələbənizi görmədim. Ən son tələbələriniz Elton Hüseynəliyev, Ayaz Qasımovdur. Nadir demək istəyir ki, sənətkar satılmamalıdır. Bu gün kimsə deyə bilər ki, mərhum İlhamə Quliyeva kimdənsə hədiyyə alıb. Onun sözü keçərli idi. Onun sözünün üstünə heç kim söz qoya bilmirdi. Bu gün də onun yeri bəllidir. 
Sizdən xahiş edirəm, illərlə saxladığınız sənətdəki hörmətinizi bu fikirlərlə yox etməyin. Siz Azər Zeynalovu, Aygün Bayaramovanı kimlərlə müqayisə edə bilərsiniz? Ən azı o 20 dəfə "Leyli və Məcnun" tamaşasında "Leyli"ni canlandırıb. Bu gün hər yerindən duran deyir ki, mən muğam oxuyuram. Amma biri də nə təsnif, nə də qəzəl bilir. Bu ölkədə etalon Xalq artisti Zeynəb Xanlarova, Flora Kərimova, Alim Qasımov, Arif Babayevdir".

Şou Biznes     Baxılıb: 979   Tarix: 09 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Zaur Kamalın səhhətində problem yarandı

Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü

.

2 aktrisa saxlanıldı

Amerikalı aktrisalar Syuzan Sarandon və Hanna Aynbinder Nyu-Yorkda keçirilən İsrail əleyhinə aksiyada saxlanılan fəallar arasında olublar. Hüquq-mühafizə əməkdaşları hər iki aktrisanın əllərinə plastik qandal taxaraq onlar

.

Hüseyn əməliyyat olundu - Foto

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ötən gün əməliyyat olunub. xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə məlumat yayıb. O, eynəkdən qurtulmaq üçün əməliyyat olunduğunu bildirib

.

Yusif Mustafayev 17 kiloqram arıqlayıb

Əməkdar artist Yusif Mustafayev 17 kiloqram arıqlayıb. xəbər verir ki, sənətçi bu barədə "1001 Şou" verilişində danışıb. O, 103 kiloqramdan 86 kiloqrama qədər arıqladığını bildirib:. "Plan qoymuşam, özümü arıqladıram

.

"Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim

Xalq artisti Faiq Ağayev 1991-ci ildən ictimai nəqliyyatdan istifadə etmədiyini açıqlayıb. "Xəzər axşamı" verilişində qonaq olan sənətçi sonuncu dəfə marşrut taksisindən istifadə etdiyi günü və həmin vaxtdan sonr

.

Məşhur türkiyəli aktyor evində ölü tapıldı

Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. Aktyordan sentyabrın 4-dən etibarən xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gedib. Qapını döysə də, cavab almadıqdan sonra özünd

.

Kərimin səhhətində problem yarandı

Müğənni Kərim Abasov virusa yoluxduğunu açıqlayıb. xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında bildirib:. "38,5 dərəcə qızdırma məni məhv etdi. Yeni yayılan virus nədirsə, çox güclüdür. Özünüzü qoruyun"

.

"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib

"Nikosayağı" kimi tanınan bloqer Nicat Şakirli qol transplantasiyası etdirməməsinin səbəbini açıqlayıb. O, bu barədə sosial şəbəkədə paylaşım edib. "Bu videonu bəzi bədən üzvlərini itirmiş qazi qardaşları

.

İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin

Teleaparıcı İlham Mirzəyev xəstəxanaya yerləşdirilib. xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib. "Hazırda Mərkəzi Klinikadayam. Dualarınıza ehtiyacım var. Hamınız haqqınızı halal edin. Vəziyyəti

turlar.az

kosmetoloq geymler 2026 geyim necə seçməli yataqda seks seksi geyim keyks turşu resepti kosmetika salatlar maska yemek reseptleri lakonizim sac modelleri