sebet.az onlayn maqazin

Tovuzda yaşlı kişinin faciəvi ölümü

Tovuzda yaşlı kişinin faciəvi ölümüOxu.Az-dan aldığımız məlumata görə, 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun rayonun Vahidli kəndi ərazisindəki süni göldə (Tovuz çay su anbarı) batdığı məlum olub.

Tovuz rayonunun Vahidli kəndində, Tovuzçay su anbarında batdığı ehtimal edilən Dilənov Vidadi Allahverdi oğlunun axtarışları başa çatıb.

V.Dilənovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Kənd bələdiyyəsindən Oxu.Az-a verilən məlumata görə, V.Dilənov bu yaxınlarda həyat yoldaşını itirib və əsəbləri bir qədər gərgin olub. Qeyd olunub ki, yaşlı kişinin səhhətində də problemlər olub.

Xəbərlər     Baxılıb: 61   Tarix: 27 aprel 2019
f Paylaş
Şərh yazmaq üçün sayta daxil olun.


DİGƏR XƏBƏRLƏR


sebet.az onlayn maqazin mp3 yukle
Mp3 yukle sayti


turlar.az
avia biletler

reseptler sac duzumleri geyim dəbləri sulu yeməklər donlar yaglarin faydasi ləkələr xeberler son xeberler kosmetika naz mila kiliter