Toy adətlərinin tarixi

Toy adətlərinin tarixi1. Ağ gəlin paltarı

1499-cu ildə Britanıyalı Anna toya ağ rəngli gəlinlik libası geyməyi dəb saldı. Ondan əvvəl bütün gəlinlər toya yalnız ən gözəl paltarlarını geyirdilər və rəngin heç bir əhəmiiyəti yox idi.

2. Üzük taxılan barmaq

Yunanıstanda nişan üzüyünün taxıldığı barmaq şəhadət barmaq idi. Hindistanda isə bu üzüyü baş barmağa taxırdılar. Bəzi Afrika ölkələrində üzüyü orta barmağa taxırdılar. Sonradan yunanların da təsiri ilə qərbdə üzüyü üçüncü barmağa taxmaq dəb halını aldı- üçüncü barmaq ürəyə daha yaxın hesab edilirmiş…

3. Brilliant nişan üzüyü

Kral Maksimilian çox sevdiyi Meriyə sevgisinin rəmzi kimi bahalı brilyant üzük bağışladıqdan sonra varlılar arasında toyda brilyant üzük vermək dəbə düşür. 15-ci əsrdə sevgililər şəhəri Venesiyada bu adət populyarlaşdı. Brilyant həm də ən möhkəm daşlardan olduğundan bu sevginin də sarsılmaz olacağına inamın işarəsidir.

4. Toy gülləri

Əvvəllər gəlinlər özləri saçlarını güllərlə bəzəyərdilər. Saça taxılan hər gülün öz mənası var idi. Toy bitəndən sonra gəlin və bəyə hər tərəfdən güllər atılırdı. Bu adət orta əsrlər dövründən qalıb.

5. Niyə görə bəyin toydan əvvəl gəlini görməyi "Pis əlamət" sayılır?

Əvvəllər qız atasının mülkiyyəti hesab edilirdi və onu özünün razılığı olmadan ərə verirdilər. Onların gələcək ərini də atası seçirdi. Bəzən gözəl olmayan qızı görən bəy gələcək həyat yoldaşını bəyənməyib gəlini elə məbəddəcə qoyub oranı tərk edirdi. Bunun qarşısını almaq üçün toy mərasimlərinə daha bir adət əlavə olundu – bəy toydan əvvəl gəlini görməməlidir. Yoxsa bu pis əlamət ola bilər

6. Toy örtüyü (duvaq)

Əvvəllər dünyanın bir çox yerində gəlinlər üzlərinə parlaq rəngli örtüklər örtərdilər və belə fikirləşirdilər ki bu örtük gəlini pis ruhlardan qoruyur. Yunan və Romalı gəlinlər şər ruhları və şeytanı qovmaq üçün sarı və qırmızı (od rəmzi) örtüklər örtərdilər. Hətta iş o yerə gəlibmiş ki bir vaxtlar Romada hamı qırmızı örtüklə gəzirmiş. Avropa ölkələrində isə bəyin gəlini görə bilməməsi üçün bu örtükdən istifadə edirdilər.Nəinki bəy gəlini görə bilmirdi, heç gəlin özü bu örtükdən ətrafı görmürdü! Elə ona görə də atası gəlinin əlindən tutaraq onu bəyin yanına aparırdı. (İndi Avropa gəlinləri örtüklü olmasalar da atanın qızı ilə getməsi hələ də qalır)

7. Niyə görə bəy gəlinin sol tərəfində dayanır?

Cəngavərlər dövründən belə düşünürdülər ki, bəy həmişə ona görə gəlinin sol tərəfində dayanır ki, qəfil hücum olarsa bəy dərhal sağ əli ilə və ya qılnıcı ilə onu qoruya bilsin

8. Bal ayı

Gəlini "oğurlayandan" sonra bəy onu özü ilə götürüb başqa – heç kimin tanımadığı yerə "gizlənməyə"- toyun dadını çıxarmağa gedirdi. Bu "bal ayı" adlanırdı – yəni hər şey bal kimi şirin olurmuş. Yəhudi adətlərində isə bal ayı toy qonaqlığından sonra gəlin və bəyin birlikdə keçirdiyi ilk həftə sayılır.

Ailə və Uşaq     Baxılıb: 4245   Tarix: 05 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

turlar.az

həkim məsləhəti geymler 2026 kosmetik vasiteler adət ənənələr olum haqqinda maraqli faktlar janrlar sizanaqlar kosmetika rus dili 2ci ders şebnem tovuzlu tapmaca veten haqqinda atalar sozleri oyunlar