Toya hazırlaşırdılar, yanğında öldülər - Yataqxanadakı yanğının təfərrüatları

Toya hazırlaşırdılar, yanğında öldülər - Yataqxanadakı yanğının təfərrüatlarıİnsanlar yataq örtüklərini bir-birinə bağlayaraq, pəncərədən xilas olublar...

Martın 6-da Azərbaycan İncəsənət Universitetinin balansında olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları binada güclü yanğın baş verib. Yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənib, 1953-cü il təvəllüdlü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu isə həlak olub, daha 42 nəfər bina sakini təxliyə olunub.

Fövqəladə Hallar Nazirliyinin, "Azərişıq" ASC-nin əməkdaşları binada iş aparıb, müvafiq araşdırma aparırdılar. Eləcə də Daxili İşlər Nazirliyinin əməkdaşları asayişə nəzarət edirdilər. Faciə zamanı ölən sakinlərin yas mərasiminin keçirilməsi üçün həyətdə çadır qurulub. Binada Ağdam, Füzuli, Şuşa, Laçın və digər işğal altında olan rayonlardan didərgin düşən 60-dan çox məcburi köçkün ailəsi yaşayır. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlərinin hadisə yerinə vaxtında gəlməsi səbəbindən alov binaya tam yayılmayıb.

İnsanları ölüm təhlükəsi ilə üzləşdirən isə ilk növbədə yanğından yaranan tüstü olub. Elə hadisə nəticəsində dünyasını dəyişən Eliza Əliyeva və onun həyat yoldaşı Surxay Əliyev də tüstüdən boğulublar. Hadisə baş verən günü Əliyevlərin qızı və oğlu axşam növbəsində işdə olublar. Ər və arvad isə yatılı vəziyyətdə olduqlarından yanğından gec xəbər tutublar. Onlara yardım edilsə də, həyatlarını xilas etmək mümkün olmayıb. Eliza Əliyeva və Surxay Əliyev Bakıya Laçın rayonundan gəliblər. Məcburi köçkün ailəsi kimi həmin yataqxanaya yerləşiblər. 4 uşaq atası olan Surxay Əliyev ailəsini göyərti satmaqla dolandırırmış. Həyat yoldaşı Eliza Əliyeva isə ağır əməliyyat keçirdiyindən heç yerdə işləmirmiş.

Onların üç qızı və bir oğulları var. Evin böyük qızı həyat yoldaşı rəhmətə getdiyinə görə iki azyaşlı övladı ilə birlikdə valideynlərinin yanında qalırmış.

Qonşuların dediyinə görə, övladlarının ikisini evləndirən Surxay Əliyev və xanımı mart ayında kiçik qızına toy etməyə hazırlaşırmış...

Ümumilikdə yataqxanada 30-a yaxın ev zərər çəkib. Hadisə gecə saatlarında baş verdiyi üçün sakinlərin əksəriyyəti yatıbmış. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələnə qədər sakinlərin bəziləri yataq örtüyünü bir-birinə bağlayaraq, pəncərədən xilas olublar. Uşaqları da bu yolla binadan çıxarıblar.

Sakinlər bildirdilər ki, dəfələrlə müvafiq qurumlara müraciət edib, binanın yaşamaq üçün yararsız vəziyyətdə olduğunu deyiblər. Lakin illərdir ki, onların köçürülməsi yubadılır. Buna görə məcburi köçkünlər keçmiş "Qaçqınkom" sədri Əli Həsənovu günahlandırırlar. Sakinlər deyirlər ki, ya hamı köçürülməlidir, ya da heç kim binadan çıxmayacaq.

Qeyd edək ki, səhər saatlarında yataqxanada məskunlaşmış köçkünlər yolu bağlayaraq binadan köçürülmələrini tələb ediblər. Hadisə yerinə çoxsaylı polislər cəlb edilib və sakinlər bundan sonra yolu açıblar.

Məcburi köçkünlərin yas mərasimlərinin keçirilməsi üçün Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi tərəfindən mərasim evi təklif olunub. Lakin sakinlər bununla razılaşmayıb və bildiriblər ki, hüzr mərasimini binanın həyətində keçirəcəklər.

Yanğının səbəblərinə gəlincə isə ilkin ehtimallara görə, hadisəyə səbəb elektrik xətlərində baş verən qısa qapanma olub. Hadisə yataqxananın 3-cü mərtəbəsində Səriyyə Hacıyevaya məxsus otaqda baş verib. Yaşlı qadın olan Səriyyə Hacıyeva yanğın baş verən zaman yataqxananın digər otağında-oğlugildə olub. Qısa müddətdə tüstü bütün yataqxananı bürüyüb.

Ağdam rayonundan olan məcburi köçkün Arzu Həsənova bildirdi ki, bu hadisə məmur məsuliyyətsizliyinin nəticəsidir: "Çünki binanın bu vəziyyətdə olduğunu hər biri yaxşı bilirdi. Burada ailələrin hamısı bir otaqda 7-8 nəfər yaşayır, 30-35 yaşlı övladlarımızı şərait olmadığına görə evləndirə bilmirik. Balaca otaq nəmişlikdən qızmır, buna görə elektrik sobası yandırmağa məcburuq".

Bina təbii qazla təchiz olunmadığı üçün ailələrin hamısı elektrik enerjisindən istifadə edir. Nəticədə naqillər normadan artıq yüklənir. Sakinlər özləri də bildirdilər ki, durumla bağlı müvafiq qurumlara dəfələrlə müraciət ediblər. Ancaq onların vəziyyəti ilə maraqlanan olmayıb.

Ağdam rayonundan olan məcburi köçkün Maya Dadaşova bildirdi ki, oğlunu təzə evləndirib. Yer olmadığı üçün otaqda pərdədən arakəsmə çəkiblər ki, oğlu ilə gəlini orada yaşasın.

Məcburi köçkün Mahirə Mahmudova bildirdi ki, 27 ildir ki, zülm çəkirlər: "Bu binada məskunlaşanlar 27 ildir ki, bu gündədirlər. Uşaqlarımızdan biri yatır, o biri isə gözləyir. Oğlumun 32 yaşı var. Yerdə yer salıram, ayağı koridora çıxır. Bizi nə vaxta qədər bu vəziyyətdə saxlayacaqlar?"

Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri də hadisə yerində olublar. Onlar binada məskunlaşanları siyahıya alıblar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib ki, qurumun rəsmiləri hadisə yerində olublar: "Komitənin sədr müavini Fuad Hüseynov, MKSİF-in direktoru Mahir Abbaszadə və digər məsul işçilər hadisə yerinə yollanıblar. Yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb".

Məlumatda xatırladılıb ki, Dövlət Komitəsinin müvafiq şöbəsi tərəfindən yanmış otağın və dəhlizin zərər dəyən hissəsinin təmirinə başlanılıb. Təmir işlərinin çox qısa müddətdə başa çatdırılması üçün zəruri tədbirlər görülür. Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən müvəqqəti sığınacaq üçün çadırlar qurulub.

Bildirilib ki, yanğın zamanı həyatını itirmiş şəxslərin dəfni və hüzr mərasiminin keçirilməsi Dövlət Komitəsi tərəfindən təşkil edilib. Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi və prokurorluq orqanları tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

///musavat.com
Toya hazırlaşırdılar, yanğında öldülər - Yataqxanadakı yanğının təfərrüatlarıToya hazırlaşırdılar, yanğında öldülər - Yataqxanadakı yanğının təfərrüatlarıToya hazırlaşırdılar, yanğında öldülər - Yataqxanadakı yanğının təfərrüatlarıToya hazırlaşırdılar, yanğında öldülər - Yataqxanadakı yanğının təfərrüatlarıToya hazırlaşırdılar, yanğında öldülər - Yataqxanadakı yanğının təfərrüatları

Xəbərlər     Baxılıb: 1834   Tarix: 07 mart 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

turlar.az

toy gecesi hamilelikde qidalanma yaz geyimleri 2026 yuxuyozmalar sellulit bilincik resepti varikozun mualicesi kosmetika məsəllər gozellik masturbasiya nedir badambura oglan evi