Toyuq buğlaması

Toyuq buğlamasıƏrzaqlar:Toyuq buğlaması

1 kq toyuq əti

6-7 ədəd orta ölçülü kartof

2 ədəd şirin bibər

4-5 ədəd pomidor

2-3 baş soğan

2-3 diş sarımsaq

1 ədəd limon

2 x.q əridilmiş kərə yağı

Balaca dəstə cəfəri (ya da keşniş, şüyüd)

Duz

Istiot

Hazırlanması:

Toyuq ətini təmizləyib yuduqdan sonra üstünə 1/2 limon suyu töküb, duz və istiot səpib qarışdırırıq. Toyuq ətini 1-1,5 saat sərin yerdə saxlayırıq.

Toyuq buğlamasıSoğanın və sarımsağın qabığını soyub yuyuruq. Soğanı halqa, sarımsağı isə xırda doğrayırıq.

Toyuq buğlamasıKartofun qabığını soyub yuyub 1 sm qalınlıqda halqa doğrayırıq.

Toyuq buğlamasıCəfərini təmizləyib yuyub xırda doğrayırıq.

Toyuq buğlamasıPomidoru yuyub, qabığını soyub iki bölürük.

Toyuq buğlamasıBibəri təmizləyib, yuyub halqa doğrayırıq.

Toyuq buğlamasıYeməyi bişirmək üçün dərin qazan götürürük. Qazana birinci toyuq ətini düzürük.

Toyuq buğlamasıÜstünə halqa doğranmış soğanın 1/3-ni səpirik.

Toyuq buğlamasıCəfərinin yarısını səpirik.

Toyuq buğlamasıKartofu düzürük.

Toyuq buğlamasıSarımsaq və qalan soğanın yarısını tökürük.

Toyuq buğlamasıBibərin 1/2 -ni tökürük.

Toyuq buğlamasıPomidorları düzürük.

Toyuq buğlamasıYenə qalan soğan və bibər tökürük.

Toyuq buğlamasıQalan cəfərini səpirik.

Toyuq buğlamasıYeməyin üstünə limonun yarısını sıxıb, yağı əlavə edib, duz istiot səpib yeməyi vam odda bişməyə qoyuruq.

Toyuq buğlamasıYeməyin öz suyu çıxacaq. Suyu çəkilib yağa düşəndə yeməyimiz hazır olacaq.

Toyuq buğlamasıToyuq buğlamasıNuş olsun!

Mətbəx     Baxılıb: 9926   Tarix: 07 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Mərci mal əti şorbası Scrocchiarella restoran resepti

Tərkibi (1.8 L qazana). Yerkökü - 100 q. Qırmızı soğan - 150 q. Kərəviz - 60 q. Mal əti bonfili - 300 qr. Mərci - 120 q. Təzə bolqar bibəri - 200 q. Zeytun yağı - 50 q. Kərə yağı - 50 q. Pomidor sousu - 400 q. Soyulmuş sarımsa

.

Keçi pendirli armud salatı

Lazım olan ərzaqlar. 50 qr keçi pendiri. 2 ədəd armud. 2 dəstə kahı. 2-3 xörək qaşığı xırdalanmış qoz. 2 çay qaşığı bal. 1 xörək qaşığı zeytun yağı. Limon şirəsi. Hazırlanması :. İlk əvvəl qrmudu fal-fal doğrayın. Zeytu

.

Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. hər kəsin bəyənəcəyi sobada karof dolmasını

.

Portağallı Toyuq Balqabağı Tarifi

Portağallı Toyuq Balqabağı Tarifi üçün Tərkibi. toyuq barabanı. limon. Narıncı. diş. sarımsaq. çay qaşığı. duz. bir. çay qaşığı. qara istiot. bir. çay qaşığı. zerdeçal. bir. desert qaşığı. yer qırmızı bibər. Narıncı. təz

.

Ev şəraitində pendirin hazırlanma qaydası

Lazım olan məhsullar:. 3 litir süd. 300 qram xama. 2 ədəd yumurta. 1 yemək qaşığı duz. Qeyd edək ki, bu reseptlə 600 qram pendir hazırlanır. Hazırlanma qaydasını videoda izləyin. Nuş olsun!

.

Gül kələmi pendirlə

Gül kələmi ən faydalı tərəvəzlərdən biridir. Təəssüf ki, bizdə bu tərəvəzdən az istifadə olunur. Bu gün biz sizə çox dadlı və faydalı yemək reseptini təqdim edirik - gül kələmi pendirlə. Lazım olan məhsullar:. - gül kələm

.

Tuna balıqlı sendviç

Tərkibi. 50 qr konservləşdirilmiş Tuna balığı. 3 xörək qaşığı mayonez. 1 bibər. 1 soğan. duz. istiot. 1-2 pomidor. dilimlənmiş çörək. holland pendiri. 1 xörək qaşığı limon suyu. Hazirlama qaydasi. Tuna balığını konservdə

.

Balqabaq yeməyi resepti üçün maddələr 5 nömrə orta balqabaq bir nömrə orta soğan 3 diş sarımsaq 4 yemək qaşığı zeytun yağı bir nömrə böyük pomidor 1/2

Balqabağın toxumlu hissələrini yemək hazırlayarkən istifadə etməyin, çünki yeməyi sulandırmaz. Rəndələnmiş balqabaqlı balqabağın hazırlanmasında da istifadə edə bilərsiniz. İstəsəniz balqabağı yarıya bölün. Tava içərisin

.

Düyü Salatı

Ərzaqlar. 2 kasa düyü. 1 kasa qarışıq yaşıl noxud. 2 budaq təzə soğan. ½ dəstə cəfəri. 8-10 ədəd gavalı turşusu. 1 kasa dənələnmiş qarğıdalı. 2 st. limon suyu. Zeytun yağı, duz, pul bibər. Hazırlanması. Təzə soğan və cəfər

turlar.az

donlar 2026 geyim necə seçməli qadin sayti badimcan tursusu hazirlanmasi qiymenin hazirlanmasi müsabiqələr roya ayxan kosmetika vicdan brusell bakteriyası heyati mikayıl abdullayev burcler haqqinda