Toyuq bulyonu bu xəstəlikləri müalicə edir - BILMƏDİYİNİZ FAYDALARI
İlk növbədə nəzərinizə çatdıraq ki, söhbət, təbii ki, kənd toyuğundan (broyler toyuğundan deyil!) bişirilmiş bulyondan gedir.
Belə bulyonu əsl dərman adlandırmaq olar.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, amerika alimləri araşdırma zamanı onun tərkibində güclü antioksidant olan "karnozin"i aşkar ediblər. Karnozin insanın immun sistemini gücləndirir, iltihabı azaldır, soyuqdəymə və qripp nəticəsində orqanizmdə əmələ gələn toksinləri neytrallaşdırır və bununla da intoksikasiyanın simptomarını (baş, əzələ, oynaqlar ağrıları) azaldır, xəstənin vəziyyətini yüngülləşdirir.
Digər tərəfdən karnozin orqanizmdə qocalma proselərini ləngidir, orqanizmi cavanlaşdırır.
Toyuq bulyonunun tərkibində olan "sistein" aminoturşusu bəlğəmin durulaşmasına və orqanizmdən daha asan çıxmasına kömək edir.
İsti toyuq bulyonu nəfəs yollarına çox müsbət təsir edir - bronxların keçiriciliyini yaxşılaşdırır, öskürəyin və zökəmin müalicəsində kömək edir, nəfəsalmanı asanlaşdırır, boğaz ağrısını azaldır.
Mütəxəssislər ikinci toyuq bulyonundan istifadə etməyi tövsiyə edirlər. Yəni ilk dəfə qaynadıqdan sonra bulyon atılır, toyuq ətinin üzərinə təzə su tökülür və bulyon bişirilir. İlk toyuq bulyonunda çoxlu ekstraktiv maddələr var ki, bu maddələr bir çox xəstəliklər zamanı (podaqra, böyrək, qaraciyər, öd kisəsi və öd yolları, şəkərli diabet və s.) ziyanlıdır.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir