Trampın ailə sirləri: onun demədiyi 7 fakt

Trampın ailə sirləri: onun demədiyi 7 faktDonald Tramp Amerikanın sükanı arxasına keçməzdən əvvəl, planetin ən varlı adamlarından biri olanda da qürurla bütün dünyaya öz ailəsini nümayiş etdirib.
Niyə də olmasın: əgər arvadı gözəldirsə, böyük qızı ağıllıdırsa, oğulları hamısı atasına oxşayırlarsa?
Ancaq təkcə istənilən ailədə olduğu kimi Trampın ailəsində də sirlər var və bunları gizlətməyə çalışır.

Milli.Az modern.az-a istinadən bildirir ki, "Woman's Day"ın redaksiyası cənab prezidentin uşaqlarının nailiyyətlərindən bəhs edir.

Fərsiz oğul

Oğul Donald Tramp prezidentin övladları arasında böyüyüdür - 39 yaşı var. O, Donald birinci arvadı, çexiyalı model İvana Trampla evli olanda doğulub.
Prezidentin ilk övladı Pensilvaniya universitetində layiqli təhsil və iqtisadiyyat sahəsində dərəcə alıb. Sonradan gözlənilmədən Kolorado ştatına gedib və bir il veyillənib.
Atası özünün biznes imperiyasını quranda kiçik Tramp ova gedib, balıq tutub və barmen işləyib.
Bir il sonra valideynlərindən uzaqda olan oğul Nyu-Yorka qayıdıb və Trump Organizationa qoşulub və indi atasının şirkətinə rəhbərlik edir.
Həyatı bir nağıla bənzəyir: Barmendən iri korporasiyanın vitse-prezidentinə yüksəlib.

Zalım ovçu

Bu söhbət də kiçik Donald barədədir. Müsahibələrindən birində söyləyib ki, ov onun böyüməsi üçün çox şey edib, onun üçün hətta xoşagəlməz anlar da olub.
Prezidentin varisinin hansı xoşagəlməz vəziyyətlə üzləşdiyi isə müəmma olaraq qalır.
Donald Zimbabvedə gəzintisi zamanı əlində öldürülən vəhşi heyvanla foto prezidentin imicinə xələl gətirə biləcək qədər narazılığıa səbəb olub. Heyvan müdafiəçiləri kiçik Trampı heç sevmirlər.
Hətta maraqlıdır, Donaldın 5 övladı onların atalarının pələngləri öldürdüyünü bilirlərmi?
Bəli, yeri gəlmişkən, kiçik Trampla ata bir-birinə oxşayıblar, hər ikisinin 5 varisi var. Bu da həqiqətdir ki, oğul Tramp atasından fərqlənir, 2005-ci ildə model Vanesse Xeydonla evlənib, hələ ki onunla yaşayır, cənab prezident isə üç dəfə evlənib.

Sevimli qız

35 yaşlı İvanka Trampa pərəstiş edilir. Bu yerdə yəqin ki, bir sirrin üstü açılacaq, o, atasının ən sevimlisidir.
İvanka indi - nümunəvi qadındır (2009-cu il oktyabrın 25-dən milyonçu Cared Kuşnerlə evlidir) və üç uşaq anasıdır. Lakin qız erkən yaşlarında elə yanıb ki...

İvankanın 16 yaşında "Seventeen" jurnalında fotosu yayılıb və o vaxtdan model işləyir.

İnternetdə prezidentin gənc qızının çox açıq və bir-birindən yaraşıqlı formalarını necə nümayiş etdirdiyi şəkilləri internetdən tapmaq olar.

Hətta atası bir dəfə bununla bağlı zarafat edib: "Əgər İvanka mənim qızım olmasaydı, onunla görüşərdim".

Çindən məhəbbətlə

Tramp uşaqlarının hamısına, o cümlədən sevimli qızına yaxşı təhsil verib.
İvanka ingilis və fransız dillərini bilir, Pensilvaniya universitetini əlaçı bitirib və iqtisadiyyat üzrə bakalavr dərəcəsi alıb. Onun "Trump Organization"un sükanı arxasında olduğu da təəccüblü deyil.

İvankanın öz biznesi də var - moda şirkəti, onun öz adında geyim, çanta, ayaqqabı və aksessuarlar istehsal edir. Özü də qız deyir ki, onların özü hazırlayır.

"Aquazurr" şirkəti dəfələrlə prezidentin qızının firmasını açıq-aşkar plagiatlıqda ittiham edib. Bir dəfə iş gedib qırmızı və saçaqlı ayaqyalınlarına çatanda Ivanka Trump moda evi elə utanıb ki, faktiki belə hesab olunub ki, "Aquazurra" dizayneri oğurlayıb.

Bir tərəfdən, bu sanki komplimentdir, digər tərəfdən.. bu fakt prezident ailəsinin nüfuzuna təsir etməyəcəkmi?

Amma bu, hamısı deyil. İvankanın atası hələ ki hər şey Amerikada və amerikalılar üçün istehsal olunmalıdır desə də, onun qızı 2014-2016-cı illərdə Çində müxtəli şərflar buraxıb, sonra ABŞ da olmaqla bütün dünyada satılıb. Elə o səbəbdən qalmaqal baş verib, şərflar alışqanlığına görə federal standartlara cavab verməyib.

Bir sözlə, onlar istehlakçılar üçün təhlükəli olub və asanlıqla yana bilərmiş. Bütün partiyanı geri çağırıblar.

İnstragram ulduzu

Tramp 1993-cü ildə 29 yaşlı Marle Meyplzlə evlənib. Bu nikahdan doğulan qızlarına ərlə-arvad sevimli zinət brendi "Tiffany & Co"nun, daha doğrusu Tiffani adı veriblər.

Bu gün qız 23 yaşındadır, o da Pensilvaniya universitetində oxuyub, ancaq iqtisadiyyat onu maraqlandırmır.

Görünür, ona görə ki, qız həyatının çox hissəsini biznesmen atasının yox, günəşli Kaliforniyada anasının yanında yaşayıb.

Doğmalarından - oğul Donald və İvankadan fərqli olaraq Tiffani daha yaradıcı şəxsiyyətdir, o, oxuyur, hətta Like a Bird klip sinqli çəkdirib, "Vogur" jurnalında stajçı işləyib və vaxtaşırı özünü model adlandırır.

Tiffanı gələcək karyerasını hələ ki müəyyənləşdirməyib. O, hazırda bütün dünyada Instagram ulduzu kimi tanınır.

Qadın özü günahkardır

Trampın ortancıl oğlu Erik Frederik 33 yaşındadır. Vaşinqtondakı Corctaun universitetinin əlaçı kimi bitirib, maliyyə və idarəetmə üzrə dərəcəsi var.

O da " Trump Organization"un idarəçilərindən biridir. Bundan əlavə "Eric Trump Foundation" fondunun yaradıb. Bu fond xərçəng xəstəliyinə tutulan uşaqların dəstəklənməsi məqsədilə pul toplayır.

Erik prodüsser Lara Yunaske ilə evlidir, hələ ki uşaq barədə düşünmürlər. Bununla pozitiv başa çatır.

Erik də böyük qardaşı kimi artıq ova həvəslənib. Bir neçə dəfə ovladığı vəhşi pişiklərlə birgə çəkilən fotoları yayılıb.

Buna görə Erik və oğul Donald 2010-cu ildə KİV-lərdə güclü məzəmmət olunublar. Tramp isə o zaman varislərinə haqq qazandıraraq onlara tam dəstək verib. Maraqlıdır ki, o indi prezident kimi nə deyəcək?

Yuxulu qızıl uşaq

2004-cü il aprelin 26-da Tramp Sloveniyadan olan Melanya Kansa təklif edib və 4 il sonra evləniblər. Melanya 2006-cı ildə Trampa oğul doğub, onu Berron Uilyan adlandırıblar. Hazırda oğlanın 10 yaşı var.
Valideynlərinin evində onun ayrıca mərtbəsi var, eləcə bir ordu qulluqçusu - aşbaz, xadimə, köməkçiləri. Təkcə baxıcısı yoxdur. Nəyə də lazımdır, o artıq böyük oğlandır.

Barron atası ilə birlikdə tennis, beysbol, qolf oynamağı xoşlayır, o həm də atasının dəbində kostyum geyinməyə vərdiş edib.

Əlbəttə, o, kifayət qədər gəncdir, buna görə Qərb KİV-i onun haqqında hansısa xoşagəlməz fakt üzə çıxara bilmir. Onu hələlik, sadəcə ərköyün uşaq hesab edirlər.

Yeri gəlmişkən, o, atasının inauqurasiyasında iştirak edib, onunla yanaşı dayanıb və güclə yuxulamaması üçün çalışıb.

ABŞ-ın yeni prezidentinin təntənəli çıxışı zamanı, ailənin ən kiçiyi olan oğul Barron tez-tez əsnəyib. Sosial şəbəkələrdə dərhal belə fikirlər yayıldı ki, hətta varis Donald Trampın necə prezident olmasına baxa bilmədi.

Xəbərlər     Baxılıb: 2177   Tarix: 29 yanvar 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Böyük sağlamlıq faydaları VAR

Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz. .  xəbər verir ki, mütəxəssislər soğanı

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

turlar.az

aksessuarlar adlarin menasi gozel gorunmek biznes qurmagin yollari hicab baglamaq usullari sineye qulluq kokteyl kosmetika usaq seirleri yuxuda qara ilan gormek sac modelleri maska sağlıq