"Tualet vərdişlərindəki dəyişiklik Alzheimerin başlanğıcı ola bilər"

ÜST-ün məlumatına görə, hazırda dünyada təxminən 55 milyon insan demensiya ilə yaşayır. Bu rəqəmin 2030-cu ildə 78 milyona, 2050-də isə 139 milyona çatacağı proqnozlaşdırılır. Türkiyədə isə Alzheimer xəstələrinin sayının 600 min nəfəri keçdiyi bildirilir. Mütəxəssislər demensiyanın yalnız yaddaş itkisi ilə deyil, həm də idrak və davranış dəyişiklikləri ilə müşayiət olunduğunu vurğulayaraq, erkən əlamətlərin tanınmasının vacibliyini qeyd edirlər.
Milli.Az xəbər verir ki, Alzheimer xəstəliyi illər əvvəl çox incə və fərq edilməyən simptomlarla başlaya bilər. Son araşdırmalar göstərir ki, bu simptomlardan biri tualetdə yaşanan dəyişikliklərlə özünü göstərə bilər. Mütəxəssislər bunun xəstəliyin erkən xəbərdarlıq əlamətlərindən biri ola biləcəyini deyirlər.
2022-ci ilin martında nüfuzlu "The Lancet" jurnalında dərc olunan genişmiqyaslı araşdırma bu istiqamətdə mühüm nəticələr ortaya çıxarıb. Tədqiqatçılar Böyük Britaniya və Fransadan olan 39.672 yetkinin tibbi məlumatlarını analiz edərək, Alzheimer diaqnozundan 15 il əvvəl müşahidə edilən əlamətləri araşdırıblar.
Mütəxəssislərin sözlərinə görə, həmin dövrdə tualet vərdişlərində - xüsusilə idarəetmənin çətinləşməsi, qəfil təcili tualet ehtiyacı və ya nəzarət problemləri kimi kiçik dəyişikliklər - nevroloji proseslərin başladığını göstərə bilər.
Araşdırmanın əsas məqsədi Alzheimerin beyində yaratdığı dəyişiklikləri daha erkən aşkar etmək və gələcək diaqnostika metodlarına yol açmaq olub.
Mütəxəssislər bildirirlər ki, Alzheimerin erkən aşkarlanması xəstəliyin gedişatını əhəmiyyətli dərəcədə yavaşlada bilər.
Milli.Az

Xəbərlər     Baxılıb: 795   Tarix: 29 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Müharibəyə gedən əsgərlər istifadə edirmiş - Faydası say-say bitmir

Qədim dövrlərdə müharibəyə gedən əsgərlər tərəfindən istifadə edilən "zılbıt" otunun sidikqovucu və bəlğəmgətirici xüsusiyyətlərinə malik olduğu, boğaz ağrısı və öskürək üçün yaxşı olduğu, iltihab və infeksiyalar

.

Bakıda 10 manata satılır: Xəstəlik mənbəyidir - açıqlama

Marketlərdə 10-15 manata "Tefal" adı ilə satılan tavalar alıcıların diqqətini cəlb edir və geniş maraq doğurur. Qiymətin bu qədər ucuz olması isə məhsulun keyfiyyəti və sağlamlığa mümkün təsiri ilə bağlı sualla

.

Ramazanda uşaqlar oruc tuta bilərmi? - Pediatrdan vacib XƏBƏRDARLIQ

"Ramazan ayında uşaqları aclıqdan qorumaq daha məqsədəuyğundur və "özü istəyir" arqumenti keçərli sayılmamalıdır". xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev deyib. Onun sözlərinə görə, uşağın qızdırmas

.

Bu qabları yenidən istifadə etməyin - Ciddi xəbərdarlıq

Qatıq və dondurma qabları əsasən birdəfəlik istifadə üçün istehsal olunur. xəbər verir ki, bu qabların içinə isti yemək qoymaq və ya onları mikrodalğalı sobada qızdırmaq plastikin strukturunu poza və qidaya zərərli kimyəv

.

Ramazan ayında sağlam qidalanma necə olmalıdır?

Ramazan ayında uzunmüddətli oruc və susuz qalmaq bədənin enerji, maye və mineral balansına müvəqqəti təsir göstərə bilər. xəbər verir ki, qidalanma üzrə mütəxəssislər bildirirlər ki, düzgün planlaşdırılmış sahur və ifta

.

Bu balıq qan şəkərinin stabilləşdirilməsində ən faydalısıdır

Sardina balığı qan şəkərini nəzarətdə saxlayan insanlar üçün faydalı məhsul hesab olunur. -a istinadən xəbər verir ki, "Health" jurnalının araşdırmalarında bu barədə bildirilir. Qeyd olunub ki, sardinanın tərkibind

.

Gün boyu tox qalmaq üçün sahurda nə yeyək?

Ramazan ayında uzun müddət oruc tutanlar üçün qan şəkəri səviyyəsini tarazlaşdıran və gün ərzində qəfil aclıq hissini azaldan seçimlər hər zamankindən daha vacib hala gəlir. Mütəxəssislər və qidalanma üzrə tədqiqatçılar siz

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Hormonal akne ilə mübarizədə yeni trend: Buruq nanə çayı

Dəri baxımı mütəxəssisləri və dermatoloqlar xüsusilə çənə xətti boyunca yaranan hormonal sızanaqlara qarşı təbii bir vasitə olan buruq nanə çayının faydalarını araşdırıblar. Bu çay sadəcə rahatlıq deyil, həm də daxili dər

turlar.az

geyim seçimi kosmetik vasiteler maskalar ana südü artırmaq kontrasepsiya və abort xınayaxdı hakışta bal maskasi uz ucun kosmetika xerceng qurd xəstəliklərinə qarşı mualicə cinsi elaqe oğlaq novruz bayramına aid hakışta