Tübaj qaraciyərin öz gücünə təmizlənməsidir

Tübaj qaraciyərin öz gücünə təmizlənməsidirSon illər orqanizmin təmizlənməsi istiqamətində həyata keçirilən prosedurların içərisində ən məşhurlarından biri də qaraciyərin tübaj edilməsidir. Bir çox fırıldaqçılar bu vasitə ilə insanları aldadaraq pul qazanırlar. Onlar insanları tübaj edərək orqanizmlərini toksin və şlaklardan təmizləyir və çoxlu pul qazanırlar. Amma tübajı özünüz ev şəraitində tətbiq edərək qaraciyərinizi təmizləyə bilərsiniz. Tübajın tətbiq edilməsi heç də düşünüldüyü kimi çətin proses deyil. Aşağıdakıları oxumaqla heç bir pul xərcləmədən ev şəraitində tübaj etmək mümkündür.
Tübaj qaraciyərin təmizlənməsi üçün tətbiq edilən prosedurdur. Bu zaman qaraciyər təmizlənir və öz funksiyasını normal həyata keçirir. Tübaj tətbiq edildikdən sonra mədə-bağırsaq sisteminin işi normallaşır, qaraciyərin fəaliyyəti yaxşılaşır, öd kisəsindəki qumlar və xırda daşlar xaric olunur. Tübaj alternativ tibbi prosedurlardan hesab edilir və onu ev şəraitində asanlıqla həyata keçirmək mümkündür.
Prosedurun həyata keçirilməsinə göstərişlər:
Qaraciyərin xalq təbabəti yolları ilə təmizlənməsinin tarixi çox da qədimlərə gedib çıxmır. Bu prosedur bir çox hallarda həyata keçirilə bilər. Tibbdə tübaj öd kisəsinə zondun daxil edilməsi ilə həyata keçirilir. Amma tübajı zondsuz və ödqovucu preparatların köməyi ilə də həyata keçirmək mümkündür. Bu vasitə ötən əsrin 40-cı illərindən Q.S. Demyanov tərəfindən irəli sürülmüşdür və indiyə kimi tətbiq edilir.
Qaraciyər orqanizm üçün ən vacib sayılan orqanlardan biridir. O hətta embrionun əmələgəlmə prosesində də iştirak edir. Qaraciyər ömür boyu işləyir və filtirasiya rolunu həyata keçirir. Qaraciyər orqanizmi toksinlərdən, şlaklardan, hormon artıqlarından təmizləyir, maddələr mübadiləsinin sintezində və həzm prosesində yaxından iştirak edir. Sağlam qaraciyər uzun ömür yaşamanın, cavan qalmanın və gözəlliyin sığortasıdır. Bəs qaraciyərin nə zaman təmizlənməyə ehtiyacı olur?
Aşağıdakı hallarda qaraciyər təmizlənməlidir:
* qaraciyər nahiyyəsində sızıldayıcı diskomfort hissi meydana gəldiyi zamanda
* gözdə sarılıq əlamətləri, dəri ləkələri olduqda
* ağızda acılıq hissi və dildə ağ ləkələr olduğu zamanlarda
* orqanizmin çəkisinin səbəbi bəlli olmadan artması
* bağırsaq problemləri
* qanda xolesterinin miqdarının yüksək olması
* depressiv vəziyyətlər, isteriyaya meyilliyin olması
* qadınlarda aybaşı pozğunluqları meydana çıxdıqda.
Bu əlamətlərin olduğu zaman xəstələrə həkimlə məsləhətləşmək tövsiyə edilir. Tibbdə xəstələrə qaraciyər patologiyası diaqnozu qoyulduğu zaman həkimlər əsasən tibbi yollarla müalicə tətbiq edir. Qaraciyər patologiyalarının ən çox aşağıdakı xəstəliklərlə müşayət olunduğu zaman tübaj tətbiq edilir:
* xolisistit
* öd axınının motor funksiyasının pozulmaları (diskineziya)
* pankreatit
* duadenit
* öd durğunluğu ilə müşayət edilən hepatit.
Zond vasitəsilə tübaj tətbiq edildiyi zaman xəstənin öd kisəsi boşaldılır. Bu zaman öd kisəsi yuyulur və qaraciyərin yükü aradan qalxır.
Kimlərə əks göstərişdir:
Tübaj aşağıdakı hallarda tətbiq edilə bilməz:
* hamiləlik və uşaqəmizdirmə zamanı
* daxili orqanların xroniki xəstəlikləri zamanı
* mədə və onikibağırsaq xəstəlikləri zamanı.
Tübaj etmək istəyənlərdə qızdırma, narahatçılıq hissi, ağrı pristupları olduqda prosedur saxlanılmalıdır. Soyuqlama və qrip xəstəlikləri zamanı da tübaj etmək məsləhət görülmür.
Hecə hazırlaşmalı?
Tübaj tətbiq edən zaman xəstələri əvvəlcədən hazırlamaq lazımdır. Prossedura mütləq əvvəlcədən hazırlaşmaq lazımdır. Bu zaman xəstələr 3-4 gün əvvəlcədən dieta saxlamalı, bitki və süd qidaları qəbul etməli, yağlı, qızardılmış, kəskin qidalardan uzaq durmalıdır.
Tübaj müalicə kursu kimi həyata keçirilir. Bu zaman xəstəyə 4-8 dəfə tübaj tətbiq edilir, bu prosedurlar arasında 3-4 gün fasilə verilir.
Tübaj tətbiq edilən zaman xəstəyə imalə qoyulur. İmalənin səhər tezdən və ya bazar günü tətbiq edilməsi daha məqsədəuyğun hesab edilir. İmalədən sonra xəstənin ən azı 3 saat uzanmış vəziyyətdə qalması lazım gəlir.
Tübaj qara ciyərin təmizlənməsidir.
Qaraciyəri ev şəraitində necə təmizləmək olar? Tübajı müxtəlif vasitələrlə həyata keçirmək mümkündür.
Ən çox aşağıdakı tübaj növləri tətbiq edilir:
* mineral su ilə tübaj
* maqneziumla tübaj
* sorbitlə tübaj.
Ev şəraitində mineral su ilə tübajın tətbiq edilməsi
Mineral su ilə tübaj öz effektini qısa bir zamanda göstərir. Bu hər yaşda olan xəstələrə - hətta uşaqlara da tətbiq edilir. Bu zaman çoxlu miqdarda keyfiyyətli mineral su lazım olur. Adətən tübaj zamanı Nazran, Borjomi, Smirnovski və s. mineral sullarından istifadə edilir.
1. Tübaj tətbiq edilən zaman mineral su axşamdan hazırlanmalıdır. Bu məqsədlə qazının çıxması üçün mineral su olan şüşənin qapağı axşam açılır. Səhər o 45*-yə qədər isidilir, qrelka hazırlanır.
2. Səhər acqarına xəstə sağ tərəfi üstündə uzanır, bir-neçə udum mineral su içir. Bu zaman xəstə rahat uzanır və qrelka onun sağ qabırğaaltı nahiyəsinə qoyulur. Bu zaman xəstənin öd axarlarının sfinktorunda olan spazmlar aradan qalxır və öd rahat axır. 10-15 dəqiqə sonra xəstə yenidən mineral su içir və qrelkanın üstündə uzanır.
3. Xəstə 20-30 dəqiqə sonra ödqovucu səhər yeməyi (qoql - moql), limon şirəsi sıxılmış bal yeyir, ödqovucu çay (acıqovuq, zəncirotu, andız, şam yarpağı dəmləməsi) içir. Sonra xəstə sol tərəfi üzərində uzanır, bu zaman yenə xəstə qrelkanı sağ tərəfində saxlayır. Xəstə bu vəziyyətdə 2 saata qədər uzanır. Bu müddət ərzində xəstə az-az mineral su içir.
4. Vaxtaşırı xəstəyə dərindən nəfəs almaq tapşırılır. Bu defekasiya aktının meydana çıxmasına səbəb olur. Bu isə nəticənin əldə edilməsi deməkdir.
Maqneziumla tübaj.
Maqnezium vasitəsilə də qaraciyərin təmizlənməsinə nail olmaq mümkündür. Bu ev şəraitində tübaj etmək üçün ən məşhur üsullardan biridir. Bu tübaja bəzən "kor tübaj" deyilir. Maqnezium sulfat toz halında satılan dərman preparatlarındandır. Ondan tübaj tətbiq edən zaman geniş istifadə edilir. Bu preparat ödqovucu, öd axarlarının əzələsini rahatlaşdırıcı qabiliyyətə malikdir. Maqneziumla tübaj edərkən xəstədə digər patologiyaların olub-olmaması nəzərə alınmalıdır. Böyrək xəstəlikləri, arterial təzyiq, burun-boğaz, mədə-bağırsaq, bradikardiya xəstəlikləri zamanı maqneziumla tübaj edən zaman mütləq həkimlə məsləhətləşmək lazımdır.
Maqneziumla tübaj necə tətbiq edilir?
1. Maqnezium tozu isti suya əlavə edilib qarışdırılır və səhər acqarına içilir. Xəstənin çəkisi 70 kiloqramdan az deyilsə 50 qram maqnezium, 70 kiloqramdan çoxdursa 60 qram maqneziumdan istifadə edilir.
2. Xəstə suyu içir, sağ tərəfinə isti qrelka qoyaraq 2 saat uzanır. Bu zaman bağırsaq qıcıqlanmaları meydana gələ bilər. Tez-tez tualetə getmək problemi lazım gəldiyi üçün tübaja başlamazdan əvvvəl ehtiyat tədbirləri görülməlidir. Maqneziumla tübaj tətbiq edən zaman evdən çıxmaq məsləhət görülmür.
Sorbitlə tübaj.
Bu zaman sorbitin seçilməsinə diqqət yetirmək lazımdır. Tübaj üçün lazım olan sorbitin üzərində E420 inqrientinin olmadığı qeyd edilibsə bu qaraciyərin təmizlənməsi üçün yararlı sorbit hesab edilir. Bu sorbit maqnezium duzuna çox oxşayır.
Soprbit qaraciyəri necə təmizləyir?
Bu zaman da qaraciyərin təmizlənmə prosesi eyni qaydada həyata keçirilir. Xəstə axşam və səhər tezdən imalə olunur. Günortaya qədər xəstəyə yüngül qida təyin edilir, günortadan sonra xəstəyə su və ya şirin olmayan alma şirəsi verilir. Prosedur aşağıdakı qaydada həyata keçirilir:
1. Xəstə sağ tərəfi üstə uzanaraq isti qrelka qoyur. 100 ml isti suya 2 çay qaşığı sorbit əlavə edilib qarışdırılır. Xəstənin çəkisi 70 kiloqramdan artıq olduğu zaman 3 qaşıq sorbitdən istifadə olunur.
2. Sorbitli su içilir və xəstə sağ tərəfi üstə uzanır.
3. Xəstə 2 saat uzanmış vəziyyətdə qalır və arabir dərindən nəfəs alır.
Bir müddət sonra xəstədə defekesiya aktına çağırışlar meydana çıxmağa başlayır. Sorbitlə ilk tübaj zamanı defekasiya çağırışları az ola bilir, amma ikinci tübajdan sonra defekasiyaya çağırışların sayı tezləşir.
Sorbit və maqneziun qarışığı ilə tübaj.
Bu tübaj daha effektli və tez təsirə malik olan tübajdır. Bu zaman sorbit və maqneziumu ayrı-ayrılıqda suda həll edib növbələşmə yolu ilə içmək məsləhət görülmür. Bu tübaj 4-8 dəfə və 3-4 gün fasilələrlə tətbiq edilir. Bu müalicə kursunu yarım ildən sonra yenidən təkrarlamaq olar.
Qeydlər.
Ev şəraitində tübaj edənlər evdə ən effektli tübaj vasitəsinin aşağıdakılar olduğunu bilməlidirlər. Aşağıdakılar ev şəraitində qaraciyərin təmizlənməsi üçün ən yaxşı vasitə hesab olunur:
* mineral sular
* maqnezium
* sorbit.
Yuxarıda adları qeyd edilənlər qaraciyərə təmizləyici yağlardan daha yaxşı təsir edir. Bu üsulları tətbiq edən zaman ürəkbulanma meydana çıxa bilir. Amma normal miqdarda qəbul edilən sorbit və ya maqneziumun orqanizmə heç bir mənfi təsiri yoxdur. Tübaj edildikdə orqanizmdə aşağıdakılar baş verir:
* həzm sistemi normallaşır
* meteorizm və köp əlamətləri aradan qalxır
* dəri təmizlənir və dərinin rəngi yaxşılaşır
* yuxu normallaşır
* çəki aşağı düşür
* mərkəzi sinir sisteminin işi stabilləşir.
Ev şəraitində tübaj edənlərə təbii maddələrdən istifadə etmək lazımdır. Qaraciyərin təmizlənməsi prosesi ildə bir-iki dəfə həyata keçirilməlidir. Bu həkimin göstərişi və ya profilaktika məqsədilə tətbiq edilə bilər. Tübajın orqanizm üçün heç bir zərəri olmasa da mütəxəssislər həkimlə məsləhətləşməmiş onu tətbiq etməyi məslət bilmir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1032   Tarix: 28 yanvar 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Siçanlar üzərində test edildi, indi də insanlarda yoxlayacaqlar - Alimlər görün nə tapdı

Beyində iştahı idarə edən hissə aşkarlanıb. xəbər verir ki, tədqiqat nəticələri Cell Reports jurnalında dərc olunub. BNST adlanan hissənin iştahı idarə etməsi aşkarlanıb. Araşdırmalara görə bu sahə həm dadı, həm də aclı

.

Bu qidalar üzdə sızanaq yaradır - Açıqlama

Soyuq fəsillər yaxınlaşdıqca üz dərisinə düzgün qulluq daha da vacib olur. xəbər verir ki, dermatoloq Qalina Amosovanın açıqlamasına görə səpkilərin qarşısını almaq üçün ilk növbədə üzü düzgün təmizləmək lazımdır. "Yumşa

.

Hər il 11 milyon insan bu xəstəlikdən ölür - Kimlər risk altındadır?

Yoluxucu xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssis Dr. Müberra Hraloğlu sepsisin ölümcül nəticələri barədə xəbərdarlıq edib. xəbər verir ki, onun sözlərinə görə, orqanizmin bakteriya, virus, göbələk və ya parazitləri

.

C vitamini bu şəxslərə xeyirdən çox zərər verir

"Askorbin turşusunu ( vitamin C-nin elmi adı ) yüksək dozada qəbul etmək nə xəstəliyin qarşısını alır, nə də gedişatını yüngülləşdirir". xəbər verir ki, rusiyalı terapevt Svetlana Kanevskaya payız aylarında vitami

.

Yuxu həbləri yaddaşa ciddi ziyan vurur - Elmi tədqiqat

Yeni araşdırmalar bəzi yuxu dərmanlarının uzunmüddətli istifadəsinin yaddaşa zərər verə biləcəyini ortaya qoyub. xəbər verir ki, "Sleep" jurnalında dərc olunan tədqiqatda, xüsusilə yaşlı insanlara təyin edilən benzodiazepinləri

.

Hər kəsin istifadə etdiyi bu şampunlar riskli ola bilər

Son dövrlərdə saç boyası tərkibli şampunlara maraq artıb. Bir çox insan saçlarını həm tez, həm də rahat şəkildə rəngləmək üçün bu məhsullara üstünlük verir. xəbər verir ki, xarici mütəxəssislər xəbərdarlıq edir ki, bu ti

.

Gel dırnaqların bilinməyən fəsadları: Gözəllik yoxsa genetik zərər?

Son illərdə qadınlar arasında məşhurlaşan gel dırnaqları estetik görünüş təqdim etsə də, sağlamlıq üçün risklər daşıyır. xəbər verir ki, mütəxəssislər xüsusilə gel dırnaqlarında istifadə olunan TPO (Trimetilbenzoil Difenilfosfi

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

"Şəkərsiz" şirin qida və içkilər xərçəng yaradır - Açıqlama

"Şəkərsiz" şirin qida və içkilər xərçəng yarada bilər. xəbər verir ki, bunu endokrinoloq Maria Matveeva bildirib. Onun dediyinə görə "şəkərsiz" məhsullar sağlamlıq üçün o qədər də faydalı deyil və uzu

turlar.az

geyim və ayaqqabılar geyim seçimi yay kolleksiyasi hamiləlik həftələri qadin net kısa saç düzümləri terxun kompotu kosmetika narin faydasi banan tərəzi sağlamlıq kokelmek