Tükiyədə növbəti TERROR HƏYACANI: Çamadandan bomba çıxdı
Türkiyənin Bursa şəhərində təxminən 60 min Uludağ Universiteti tələbəsinin yaşadığı mərkəz Nilüfer mahalı Görükle Məhəlləsində bir alış-veriş mərkəzi önünə qoyulan çamadan bomba aşkar edilib.
BiG.AZ xəbər verir ki, saat 22.00 radələrində Atatürk prospektində bir market önünə qoyulan sahibsiz çamadanla bağlı tələbələr dərhal polis qruplarına xəbər veriblər.
Hadisə yerinə gələn polis və bomba mütəxəssisləri ətrafa təhlükəszilik lenti çəkdikdən sonra kənardan idarə etmə üsulu ilə bombanı zərərsizlədiriblər.
Hadisə ilə əlaqədar istintaq davam etdirilir./milli.az/
f Paylaş