TÜKÜRPƏDƏN CİNAYƏT: 57 yaşlı Salyan sakini kürəkəninin 16 yaşlı bacısını dəfələrlə zorladı

TÜKÜRPƏDƏN CİNAYƏT: 57 yaşlı Salyan sakini kürəkəninin 16 yaşlı bacısını dəfələrlə zorladıZorlamada təqsirli bilinən Salyan rayon sakini, 1967-ci il təvəllüdlü Əlifağa Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qadinsayti.az xəbər verir ki, Əlifağa Bayramov 2014-cü ilin may ayının əvvəlində, saat 11 radələrində, qızı Aygünün (cinayət işində təqsirləndirilən şəxsdən başqa digərlərinin ad və soyadlar şərti göstərilib) nişanlısı Ramal Mehdiyevin yaşadığı Bakı şəhəri Ələt qəsəbəsindəki evində tikinti işləri aparıb. Həmin vaxt evdə Ramal Mehdiyevin bacısı, 1997-ci il təvəllüdlü Samirəni görüb.

Əlifağa Bayramov Samirənin evdə tək olmasından istifadə edərək onu qonaq otağına aparıb. Orada Əlifağa Bayramov Samirəni öldürməklə hədələyib. Onu sillə ilə vuraraq yerə yıxıb. Bu zaman başı beton döşəməyə dəyən Samirə huşunu itirib və Əlifağa Bayramova müqavimət göstərə bilməyib. Bundan istifadə edən Əlifağa Bayramov Samirə ilə zorla cinsi əlaqədə olub.

Əlifağa Bayramov 2014-cü ilin may ayının axırlarında yenə də tikinti işləri aparması üçün həmin ünvanda olub. Bu zaman Əlifağa Bayramov Samirənin yataq otağında tək olmasından istifadə edib və zor tətbiq edərək ona təcavüz edib. Samirə Əlifağanın hədələrindən qorxuya düşdüyü üçün onun hərəkətləri barədə heç kəsə danışmayıb.

Samirənin susmasından istifadə edən Əlifağa Bayramov cinayətkar əməlini davam etdirib. O, 2014-cü ilin iyun ayının ortalarında Samirənin anasından icazə alaraq qızı Salyan rayonu Kürsəngi kəndindəki evlərinə aparıb. Lakin o, Samirə ilə birlikdə kəndə iki kilometr qalmış, Bakı-Salyan magistral yolunda düşüblər və Kürsəngi kəndi istiqamətində piyada getməyə başlayıblar.

Yolda ətrafda heç kim olmamasından istifadə edən Əlifağa Bayramov Samirəni öldürməklə hədələyib. Əlifağa qorxusundan müqavimət göstərə bilməyən Samirəni yolun kənarındakı kolluğa aparıb. Orada Samirənin paltarını soyunduran Əlifağa Bayramov təkrar onunla zorla cinsi əlaqədə olub. Sonra Əlifağa Bayramov bu barədə kiməsə danışacağı halda onu öldürəcəyi ilə hədələyib.

Samirə Mehdiyeva Əlifağa Bayramovdan hamilə qalıb və 9 mart 2015-ci il tarixdə oğlan övladı dünyaya gətirib.

Qızlarının hamilə qaldığını öyrənən valideynləri baş verənlərlə bağlı Qaradağ rayon Polis İdarəsinə şikayət ediblər. Şikayət əsasında Əlifağa Bayramov həbs edilib.

Əlifağa Bayramov Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) və 149.2.5-ci (təkrar zorlama) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əlifağa Bayramov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Əlifağa Bayramov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə Əlifağa Bayramovun apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Araşdırma zamanı məlum olub ki, Əlifağa Bayramova verilmiş ittiham düzgündür və bu səbəbdən onun şikayəti təmin edilməyib. (teleqraf.com)

Xəbərlər     Baxılıb: 5179   Tarix: 27 dekabr 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yeməkdən əvvəl, yoxsa sonra su içmək daha doğrudur? - Mütəxəssislər açıqlayır

Gündəlik həyatda tez-tez müzakirə olunan suallardan biri də suyun yeməkdən əvvəl, yoxsa sonra içilməsinin daha faydalı olmasıdır. Mütəxəssislər bildirirlər ki, bu məsələ orqanizmin xüsusiyyətlərindən və qidalanma vərdişlərində

.

ÜST "Hantavirus"la bağlı təcili brifinq keçirdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) narahatlıq doğuran son Hantavirus epidemiyası ilə bağlı təcili media brifinqi keçirib. xəbər verir ki, sosial media kanallarında canlı yayımlanan görüş zamanı virusun qlobal yayılma risk

.

Bədəninizi alkoqoldan tez "təmizləmək" üçün sadə ÜSUL

Mütəxəssislər alkoqolun qalıqlarını daha sürətli azaltmağa kömək edən sadə bir üsul aşkar ediblər.  bildirir ki, kanadalı ekspertlərin bu üsulu hiperventilyasiya yəni intensiv nəfəsalma prinsipinə əsaslanır. Mahiyyəti nədir?

.

Daha bir ölkədə hantavirus aşkarlandı

Fransada hantavirusla bağlı narahatlıq artır. xəbər verir ki, səhiyyə naziri Stefanie Rist hantavirus epidemiyasına məruz qalan kruiz gəmisində olan fransız sərnişinlərdən birinin test nəticəsinin müsbət çıxdığını açıqlayıb

.

Arıqlama iynələri möcüzədirmi?

Arıqlama iynələri son dövrün ən çox danışılan sağlamlıq trendlərindən biridir. Bəs bu dərmanlar həqiqətən möcüzədirmi və qalıcı çəki itkisi üçün təkbaşına kifayətdirmi? Yoxsa düzgün planlaşdırma və nəzarət olmadan istifad

.

Dar paltarların gizli təhlükəsi - İnfeksiya riski

Gündəlik həyatda dar paltarlar - xüsusilə cins şalvarlar və bədəni sıxan geyimlər - dəb baxımından cəlbedici görünsə də, sağlamlıq üçün müəyyən risklər yarada bilər. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu cür geyimlə

.

Portağalın hansı faydaları var?

Portağal sağlamlıq üçün ən faydalı meyvələrdən biri hesab olunur.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, portağal C vitamini ilə zəngin olduğundan immun sistemini gücləndirir və orqanizmi müxtəlif infeksiyalar

.

Qrip kimi başlayan ölümcül TƏHLÜKƏ: "Hantavirus"un simptomları nələrdir?

Hantavirus qripəbənzər simptomlara səbəb ola bilən nadir bir virusdur və irəlilədikcə ölümcül ağciyər və ya böyrək problemlərinə səbəb ola bilər. xəbər verir ki, əsasən siçanlar və ya siçovullar kimi yoluxmuş gəmiricilə

turlar.az

sac duzumleri gözəllik məhsulları geyim şəkilləri tutun xeyri sizanaqlara qarsi vasite sözlü şəkillər mütləq bilməlisiniz kosmetika google gunay babasil öpüşme oxatan