Tünd çay 15 dəqiqəyə təzyiqi qaldırır - Həkim
Çay təzyiqi kifayət qədər yüksəldir.
Əgər tünd qara çay içməzdən əvvəl xəstənin təzyiqi 140 idisə, çay içəndən sonra o 160-a qalxa bilər.
"Medicina" xəbər verir ki, həkim nutrisioloq İqor Strokov çayın təzyiq xəstələrinə əks təsirindən danışıb.
"Tədqiqatlar göstərib ki, bu məşhur içki içiləndən 15-20 dəqiqə sonra təzyiqi qəfil qaldıra bilər.
Bu nəticələr həkimlər üçün gözlənilməz idi. Çünki alimlər əksinə, çay içiləndən sonra təzyiqin normallaşmasını gözləyirdi.
Alimlər 20 kişi və qadının iştirakı ilə 2 eksperiment aparıb.
Birinci qrupdakılar təzyiqi olmayan, ikinci isə hipertoniya xəstələri idi.
Onlar bir həftə ərzində hər gün səhər və axşam 1-2 fincan çay içib.
Onların təzyiqi 30-60 dəqiqədən sonra ölçülüb.
Birinci qrupda çay təzyiqə elə də ciddi təsir etməyib, digər qrupda isə təzyiq çoxlarında artıb.
Çayda olan kofein təzyiqi qaldırmağa təsir edir.
Amma 60 dəqiqədən sonra yüksələn təzyiq azala bilir".
Milli.Az / news.milli.az









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Hovuz suyunun gözlərə zərəri
Anam yaddaşını itirib, məni belə xatırlamır
Neçə dəqiqəyə günəş yanığı yaranır?
Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı
Cənubi azərbaycanlı müğənnidən Əməkdar artistə sərt tənqid - 'Mesajlarıma cavab yazmır
Özcan 'Qardaşım 1 milyard pulumu yedi' dedi - Qardaşını məhkəməyə verdi
Flora Kərimovanın səhhəti neçədir?
Ürəktutmasından vəfat edən aktrisanın dəfn yeri bəlli oldu
Keyfiyyətli kərə yağı necə seçilir?