TÜRKİYƏDƏ DƏHŞƏT: sevgilisi ilə dalaşan 6 nəfəri güllələdi, aralarında azərbaycanlı da var - ŞOK SƏBƏB

TÜRKİYƏDƏ DƏHŞƏT: sevgilisi ilə dalaşan 6 nəfəri güllələdi, aralarında azərbaycanlı da var - ŞOK SƏBƏBAzərbaycanlıdan başqa daha 5 nəfər də güllə yarası alıb

Türkiyədə sevgilisi ilə dalaşdıqdan sonra əsəb gərginliyi keçirən gənc qarşısına çıxanları güllələyib. Xanim.az bildirir ki, istipress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hadisə nəticəsində altı nəfər yaralanıb. Onların arasında azərbaycanlı da var.

Hadisə İstanbulun Bahçelievlər Siyavuşpaşa Məhəlləsində baş verib. Cenk İ. adlı şəxs 21 yaşlı Eray Aygün adlı gəncə zəng edərək görüşmək istədiyini deyib. Aygün isə "bu gün hər kəsi güllələyəcəyəm" deyərək telefonu söndürüb. Bundan az sonra o adıçəkilən məhəllədən keçənlərə atəş açmağa başlayıb.

"Mən də ona heç kimi yox, gəlib məni gülləməsini dedim. Silah səslərini eşidib çölə çıxdım. Erayın hər kəsə atəş açdığını görüb yanına getdim. O da silahı başıma dirədi. Ancaq güllə açılmadı. Mən də dərhal onun əlindən silahı alıb atdım. Özü isə qaçdı", deyə Cenk İ. bildirib.

Hadisə nəticəsində yaralanan 6 nəfər xəstəxanaya çatdırılıb. Onlardan dördünün, o cümlədən adı açıqlanmayan Azərbaycan vətəndaşının vəziyyəti ağırdır.

Polisin məlumatına görə, gənc dostu ilə mübahisədən sonra həyətə düşüb. Burada o "niyə yol vermirsən?" bəhanəsi ilə iki nəfəri yaralayıb. Digərlərinə isə "niyə baxırsınız?" deyə bağıraraq atəş açıb.

Digər bir iddiaya görə, Erayın bacısı bir müddət öncə qoşularaq qaçıb. Bundan sonra onun əsəbləri pozulub.

Adıçəkilən şəxs bir müddət öncə oğurluq üstündə həbsdə olub.

-----------

12:46

İstanbulun Bahçelievler səmtində dostu ilə dalaşan 21 yaşlı Eray Aygün küçədə silahdan atəş açaraq önünə keçəni güllələyib.
Xanim.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər yaralanıb. Onların arasında azərbaycanlı da var.

Hadisə Siyavuşpaşa məhəlləsində axşam saatlarında baş verib. Cenk İ. adlı şəxs Eray Aygünə zəng edərək onunla görüşmək istədiyini bildirib. Lakin "hər kəsi güllələyəcəyəm!" deyən E.Aygün telefonu söndürüb. Bundan sonra məhəlləyə gəlib və qarşısına çıxan hər kəsə əlindəki silahdan atəş açıb.

E.Aygünün etdiyi atəş nəticəsində Adəm Esen, Abdülsamet İşık, Alev Bülent Ay, Murat Koç, Xıdır Hamzeoğlu və Azərbaycan vətəndaşı ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Polisin verdiyi məlumata görə, hazırda E.Aygünün tutulması üçün axtarışlar aparılır. İstintaq nəticəsində məlum olub ki, o, bir dostu ilə mübahisə etdikdən sonra küçəyə çıxaraq insanlara atəş açıb. Əvvəlcə ona yol verməyən iki nəfəri güllələyib, daha sonra ətrafdakılara "nəyə baxırsınız?" deyərək atəş açıb.

Ən son oğurluğa görə həbsxanaya düşdüyü bildirilən E.Aygünün ümumilikdə 17 dəfə cinayət törətdiyi məlum olub.

Xəbərlər     Baxılıb: 1603   Tarix: 15 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Gen terapiyası ilə çox yaşamaq mümkündür?

Dr. Syuell gen terapiyasını belə izah edir: "Problemin yaranmasına icazə verib sonra onun fəsadları ilə mübarizə aparmaq əvəzinə, problemin ən başdan yaranmasının qarşısını alırıq". Onun fikrincə, gen terapiyas

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

turlar.az

aksessuarlar qaşların formalari adlarin menasi necə tez arıqlayım yay paltarlari gozalti qaralar ucun maskalar ət yeməkləri kosmetika burclər maya maskasi heyati englishdilində qulaq badambura