Türkiyədə şok olay: Rusiya səfirini güllələdilər, vəziyyəti ağırdı-FOTO
Rusiyanın Ankaradakı səfirliyinə silahlı hücum olub.
Qadınsaytı.az "Milliyet"-ə istinadən verdiyi xəbərə görə, insident fotosərginin açılışı zamanı baş verib.
Sərgi salonuna daxil olan naməlum silahlı şəxs səfirə atəş açıb. Onun ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilir.
Rusiyanın Ankaradakı səfirliyi olayla bağlı hələ ki, açıqlama verməyib.
f Paylaş