Türkiyədə tanınmış şəxslərin narkotik testlərinin nəticələri AÇIQLANDI
Türkiyədə məşhurlarla bağlı aparılan narkotik araşdırması çərçivəsində Hande Erçel, İbrahim Çelikkol, İlkay Şencan və Deha Bilimlierlə bağlı test nəticələrinin məlum olduğu bildirilir.
azxeber.com "A Haber"ə istinadən xəbər verir ki, bəzi hallarda qan analizləri mənfi olsa da, saç və sidik nümunələrində müxtəlif narkotik maddələr və onların metabolitləri aşkarlanıb.
Məlumata görə, Hande Erçelin qan analizində narkotik maddə aşkarlanmayıb, lakin sidik nümunəsində morfin və kodein müəyyən edilib, saç analizində isə hər hansı göstərici qeydə alınmayıb.
Mustafa Cecelinin qan analizi mənfi çıxsa da, saç nümunəsində kokain və onun metabolitləri aşkarlanıb. İbrahim Çelikkolun saç nümunəsində də kokain və metabolitləri müəyyən olunub.
Deha Bilimlierin saç nümunəsində kodein və kokain, İlkay Şencanın isə qan və saç analizlərində kannabis maddəsi ilə bağlı göstəricilər qeydə alınıb.









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aytən Səfərova anasından danışıb kövrəldi: Qardaşımın vəfatından sonra
Əməkdar artist fanatını polisə şikayət etdi
İdeal yuxu vaxtına diqqət edin
Yundan istifadə edərək sümüklərimizi bərpa etmək mümkündür: Tibdə inqilabi kəşf
Gecələr qatıq yeməyin faydaları və zərərləri
Saleh Bağırovdan Mətanət İsgəndərlinin keçmiş gəlininə sərt sözlər
Məşhur teleaparıcı xəstəxanaya yerləşdirildi