Üç insan cənnətə girməyəcək

Üç insan cənnətə girməyəcəkUşaqlar valideynlərinə qarşı itaətkar olmalı, onlara qulaq asmalı, onlara minnətdar olmalı, onlarla iltifatlı davranmalıdırlar. Ana xüsusi qayğı və ehtiramla əhatə olunmalıdır, bu onun analıq hüququndan irəli gəlir. O, hamiləlik və doğuş zamanı bütün ağrı və əziyyəti daşıyır, övladlarını yedizdirir, onları tərbiyə edir.

"Biz insana ata-anasına yaxşılıq etməyi (valideynlərilə gözəl davranmağı, onlara yaxşı baxmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır. " (Əraf surəsi, ayə 15)

Sevgili peyğəmbərimiz həzrəti Muhəmməd (c) deyib: "İnsanlardan 3 –ü cənnətə düşməyəcək"

- Öz valideynlərinə itaət etməyənlər

- Kişi və qadınları zinaya sövq edənlər,

- Kişiyə oxşamağa çalışan qadınlar.

Uşaqlar hər zaman valideynləri yaşlananda onların qayğısına qalmalıdırlar:

"Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa zəlil və tənha qalarsan."(İsra surəsi, ayə 22)
"Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!" (İsra surəsi, ayə 23)
"Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!" – de. "(İsra surəsi, ayə 24)

Həzrəti Muhəmməd (s) deyib: "İnsan oğlunun etdiyi ən qorxulu günah valideyinlərini incitməsidir. "

Müsəlman buna yol verməməlidir.

Müsəlmanların valideynlərinin icazəsi olmadan cihad etməsi də yol verilməzdir. Bir gün bir nəfər peyğəmbərimizə yaxınlaşır və ondan cihadda iştirak etmək üçün icazə istəyir.

Peyğəmbərimiz (c) soruşur: "Sən atandan icazə almısanmı?"

Həmin şəxs cavab verir: "Bəli"

Peyğəmbərimiz (c) deyir: "Əgər o sənə cihadda iştirak etməyə icazə veribsə, onda sən cihadın əsgərisən".

Ancaq islam dini bir halda valideynlərə qulaq asmamağa, itaət etməməyə icazə verir. Əgər onlar sizi dininizdən döndərməyə çalışarlarsa...

"Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!" (Loğman surəsi, ayə 15)

Ailə və Uşaq     Baxılıb: 5456   Tarix: 09 iyul 2015
f Paylaş

Oxşar xəbərlər

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

turlar.az

kosmetik vasiteler geymler 2026 adlarin menasi üz və bədənə qulluq sonsuzluq xinayaxdi ucun sozler at gucu nece hesablanir kosmetika gulmeli hakista novruz hakista uzeyir hacibeyli rəksanə damla