Üçqat və şəffaf maska taxsanız... - Mütəxəssislərdən HƏYƏCAN TƏBİLİ

Üçqat və şəffaf maska taxsanız... - Mütəxəssislərdən HƏYƏCAN TƏBİLİÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasına nəzarət üçün maskaların istifadəsinə dair təlimatını yeniləyib. ÜST-ün Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda bildirilir ki, bu təlimat yeni əldə olunmuş sübutlara əsaslanır. Bununla ÜST hökumətlərə yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün ilk dəfə ictimai yerlərdə maska taxmağı tövsiyə edib. Qurumun təlimatında maskaların keyfiyyəti də yer alıb. Təşkilat virusdan qorunmaq üçün üçqat maskalardan istifadəni tövsiyə edib. Təlimatda səhiyyə müəssisələrində işləyən bütün işçilərin maska taxmalı olduğu da bildirilib.
Milli.Az maskaların istifadə qaydasını və üçqat maskaların koronavirusla mübarizədə effektliliyini araşdırıb.
Azərbaycan Tibb Universitetinin dosenti, yoluxucu xəstəliklər üzrə mütəxəssis Elza Orucova bildirib ki, koronavirus kəskin respirator virus infeksiyasıdır. Onun sözərinə görə, digər bu tip virus infeksiyalarında, o cümlədən qripdə də dörtqatlı maska tövsiyə olunur:
"Adi qrip zamanı maska taxmayan insanlar qapalı müəssisədə 150 nəfəri yoluxdura bilir. Maska taxanda isə 50 nəfərin yoluxma ehtimalı var. Yeni növ koronavirus əleyhinə də insanlar mütləq şəkildə maska istifadə etməlidirlər. Bu infeksiyanın başlanğıcında 50 faiz insan maskanın əleyhinə, digər 50 faiz isə maskanın xeyirinə danışsa da, yekun olaraq qərara gəlindi ki, maskalar bütövlükdə bu infeksiyadan qoruyur. Maskanın növləri də müxtəlifdir və fərqli təyinatlı, konstruksiyalı maskalar var. Ən etibarlısı, ən yaxşısı və daha çox qoruyanı adi tibbi maska, o cümlədən əməliyyat maskalarıdır. Buna cərrahi maska da deyirlər. Bu tip maskalar mütləq taxılmalıdır. Əvvəllər deyirdilər ki, bunu yalnız xəstələr taxmalıdır. Təbii ki, xəstələrlə işləyən həkimlər xəstəxanada N95 və s. maska növlərindən istifadə etməlidirlər. Ancaq indiki mərhələdə sağlam insanların da maska taxması şərtdir. Çünki bu xəstəliyin simptomatik, simptomsuz və ya yüngül formaları var. Həmin xəstələr özlərini praktiki sağlam hesab edirlər. Belə olan halda isə onlar digər sağlam insanları da yoluxdura bilirlər. Bu baxımdan sağlam insanların hər biri maskalardan istifadə etməlidir. Tibbi maskalar virus dövründə filtr rolunu oynayır".
Maskaların istifadəsinə gəlincə, mütəxəssis qeyd edib ki, bu tip maskalardan müəyyən fasilələrlə istifadə etmək daha məqsədəuyğundur. Onun sözlərinə görə, insanların əksəriyyəti maskanı görüntü üçün taxır və ya düzgün taxa bilmir: "Maskanın metal hissəsi yuxarıdan buruna sıx yapışmalıdır və alt çənəni də əhatə etməlidir. İnsanlar isə sadəcə ağız boşluğunu tuturlar. Yadlarından çıxır ki, bu infeksiya əsasən hava-damcı vasitəsilə yoluxur. Giriş qapısı ən çox burunun selikli qişasıdır. Sonra isə ağız-udlaqdır. Əvvəllər ÜST-ün məlumatlarını çox təqdir etmirdilər. Ancaq indi əməl edirlər. Sərt qaydalardan biri də elə maskalardan hamının istifadəsini təmin etməkdir. Üz maskalarını uzunmüdətli taxmaq olmaz. Bu tip respirator maskalar müəyyən kateqoriyalara bölünür. Onları 2-4 saat müddətində taxmaq olar. Bu müddətdən artıq taxmaq məqsədəuyğun deyil. Biz karbon qazını yenidən uda bilərik. Bu da çox insanlarda müəyyən problemlərə yol açır. Türkiyə təcrübəsində də gördük ki, bütün günü həmin maskalarda olmaq ürəkgetmələrə və digər xoşagəlməz hallara səbəb olur. Açıq havada maska taxmağa isə ehtiyac yoxdur. Artıq havalar da istidir. Bütün günü bu tip maskalardan istifadə etmək çətinliklər yaradır. Qapalı yerlərdə, ictimai nəqliyyatda və iş yerlərində mütləq tibbi maskadan istifadə etmək lazımdır".
Baş infeksionist Cəlal İsayev isə bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya nəzarət üçün maskaların istifadəsinə dair yeni təlimatı effektiv olacaq. O qeyd edib ki, üçqatlı maskaların orta qatının gigiyenik və qoruyucu effektinin olması virusu tutub saxlayır, tənəffüs yolu ilə bədənə keçməsinin qarşısını alır:
"Dünyada bu virusdan ölənlərin və yoluxanların sayı gündən-günə artır. Bu hər kəsi narahat edir. Ümumdünya Səhiyyə Təşkilatı da yoluxmaları minimuma endirmək üçün təlimatları yeniləyib. Məsaməli maskalar bu tip viruslara qarşı heç də effektiv deyil. Çünki koronavirus hava-damcı infeksiyası olduğu üçün bundan qorunmaq məqsədilə toxunmamış parçadan hazırlanan maskalar daha çox məqsədəuyğundur. Üçqat maskalardan istifadə olunduğu halda virus damcıları tənəffüs yolu ilə insana keçmək üçün məsamə tapa bilməyəcək. Tövsiyə edirik ki, insanlar virusdan qorunmaq üçün daha keyfiyyətli maskalardan istifadə etsinlər. Plastik materialdan hazırlanan və üzü tam şəkildə əhatə edən maskaların da qoruyucu təsiri yüksəkdir. Çünki bu maskalar virus damcılarının üzə dəyməsinin qarşısını alır". (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1474   Tarix: 11 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

turlar.az

makiyaj instagram qis geyimləri 2026 toy gecesi hakışdalar yataqda seks doslu qizlar yaşıl çay kosmetika ariqla nizami gencevi oyunlar xanim.az veten haqqinda bayatilar