Ülviyyə Müzəffərovanın anası: "Mənə kömək edin qızımı xilas edim" - FOTO

Ülviyyə Müzəffərovanın anası: "Mənə kömək edin qızımı xilas edim" - FOTOOnun 27 yaşı var, amma həyat və ölüm arasında yaşayır. 2014-cü ildə ona ağır leykoz diaqnoz qoyuldu və bundan sonra ağır tibbi prosdurlarla, hələ də ümid bəslədiyi arzuları uğrunda xəstəliklə mübarizə aparmaqla onun parlaq həyatına sözün əsl mənasında qaranlıq çökdu… Bu ağır mübarizədə tələb olunan tibbi əməliyatda ona donorluq etməyə onun anası və bacısı da onun yanındadırlar.

Ülviyyənin yaxınları redaksiyamıza müraciət edərək kömək istəmək haqqında müraciət yazısə dərc etməyimizi xahiş etdilər. Çünki məhz soydaşlarımızın köməyi ilə Ülviyyə bu müddət ərzində həyatda qala bilmişdir. O hələ də böyük ümidlərlə möcüzənin baş verəcəyinə inanir.
Ülviyyənin anası Hicran xanımın sözlərinə görə bu günə qədər keçirilən onlarla bahalı tibbi prosedurların hamısını soydaşlarımız ödəmişdir.
- Mən bütün soydaşlarımıza dərin minnətdarlığımı bildirirəm. "Facebook" da biz Ülviyyəyə dəstək ücün qrup yaratmışdıq. Qrupda Ülviyənin xəstəliyi haqqında yazılar paylaşdıq və tamamilə yad insanlar bizə kömək etmək ücün əllərindən gələni əsirgəmədilər. Eyni zamanda bizə Ülviyyənin dostları, yaxınları, iş yoldaşları da böyük kömək göstərdilər. Odur ki, yenidən kömək ücün müraciət etməyə bir qədər çəkinsək, utansaq da bizim başqa çıxış yolumuz yoxdur. Məsələ burasındadır ki, qızımın həyatda qalması ücün ehtiyatımızda yalnız birce ay vaxtımız qalmışdır. Təcili sümük iliyinin köçürülməsi əməliyyatı tələb olunur… - Hicran xanım göz yaşları içində daınşır.

Ülviyyənin anasının sözlərinə görə, uzun müddətli müalicələrdən sonra Ülviyyənin sağlamlığında geri dönüş başlamışdır. Lakin bu sevinc çox uzun cəkmədi. Bir aydan sonra onun səhhətində agırlaşmalar başladığından Ülviyyəni Türkiyəyə aparmağı qərara aldıq. Orada müayinələrdən keçdi və həkimlər kimya terapiyası təyin etsələr də ilk kursdan sonra kimya terapiyasını dayandıraraq yeni, daha effektli preparatlarla müalicə etməyə qərar verdilər. Lakin Ülviyyənin vəziyyəti getdikcə ağırlaşdığından ona təcili olaraq sümük iliyi köçürülməsi əməliyyatı yazdılar. Hicran xanım qeyd edir ki, - Ülviyyənin bacısı donor kimi qəbul edilsə də onun donor olub - ola bilməyəcəyi də sual altındadır. Uyğunluq analizlərinin nəticələri məlum olana qədər biz bu əməliyyat ücün pul tapmaqla məşgul oluruq. Lakin əgər uyğunluq analizlərinin nəticələri müsbət olmasa klinika özü donorlar bankından axtarışlar edəcəkdir. Bunun bize neçəyə başa gələcəyini də bilmirik. Amma hələ də ümidimizi itirməmişik. Əməliyyata gəldikdə isə 118 min türk lirəsinə (30 min ABŞ dolları) başa gəlir. Vaxtımız həddindən çox azdır və əməliyyat mümkün qədər tez keçirilməlidir. Yoxsa Ülviyyəyə heç cür kömək edə bilməyəcəyik…

- Mən tək başına iki qızı böyütdüm, ayağa qaldırdım, ataları hələ onlar uşaq ikən dünyasını dəyişmişdi. Ülviyyə həyat dolu, böyük arzularla, xəyallarla yaşayan bir qiz idi. Turizm agentliyində çalışırdı, aile qurmaq, uşaq dünyaya gətirmək, səyahət etmək arzuları ilə yaşayırdı… Onun arzularının ürəyində qalmasını istəmirəm. Qızımı xilas etməkdə mənə kömək edin…

Ülviyyəyə kömək etmək üçün Facebook-da Ülviyyəyə dəstək olaq qrupuna müraciət edə bilersiniz. Aşağıda göstərilən skrinlərdə Ülviyyənin tibbi sənədləri və ona kömək ücün açılmış bank rekvizitləri ilə tanış ola bilərsiniz.
Əlaqə: (050) 415-71-32 (Hicran xanım. Ülviyyənin anası)
Kömək üçün uzanan əllər dərd görməsin!
Ülviyyə Müzəffərovanın anası: "Mənə kömək edin qızımı xilas edim" - FOTO

Xəbərlər     Baxılıb: 2504   Tarix: 06 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

gelinlikler sade makiyaj sekilleri qadın geyimi cavanlaşdırıcı maskalar baliqqulagi ev dizaynlari qonaq otagi içi doldurulmuş badımcan turşusu kosmetika birlik xanım az zəhmət novruz hakista pehriz