Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı

Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladıAktrisa Ülviyyə Xəlilbəyli keçmiş həyat yoldaşı və həmkarı Murad İsmayılla ayrılığı barədə ilk dəfə ətraflı açıqlama verib.
Aktrisa bu barədə Nail Naiboğlunun "YouTube" kanalında yayımlanan müsahibəsində danışıb.
Ülviyyə Xəlilbəyli bildirib ki, nişanlı olduqları dövrdə münasibətlərinin ictimailəşməsini istəməyib və bunu mümkün qədər gizli saxlamağa çalışıb.
Onun sözlərinə görə, sosial şəbəkədə heç bir paylaşım etməsə də, evdə çəkilmiş şəxsi fotolar qısa müddətdə yayılıb və bu günə qədər həmin görüntülərin necə ictimailəşdiyini bilmir.
Aktrisa ayrılıq səbəbi ilə bağlı da maraqlı fikir səsləndirib. O, bürclərinin uyğun gəlmədiyini deyərək, "Şir bürcü ilə Əkizlər heç vaxt tutmur", sözlərini işlədib.
Ülviyyə Xəlilbəyli haqqında yayılan xəbərlərin böyük hissəsinin həqiqəti əks etdirmədiyini də vurğulayıb. O bildirib ki, emosional insan olduğu üçün bəyəndiyi statusları paylaşır, lakin bu paylaşımların xəbər mövzusuna çevriləcəyini düşünmür.
Aktrisa etiraf edib ki, bir müddətdən sonra özü də haqqında yazılan xəbərləri görməkdən yorulub. Bununla yanaşı, media nümayəndələrini qınamadığını da əlavə edib.
Keçmiş həyat yoldaşı Murad İsmayılla münasibətlərinə toxunan sənətçi bildirib ki, övladlarının xatirinə aralarında normal ünsiyyət davam edir.
"Biz dostuq. Uşaqlarım mənimlə qalır. İstədikləri zaman ataları ilə görüşə və birlikdə harasa gedə bilərlər", - deyə Ülviyyə Xəlilbəyli qeyd edib.
Aktrisanın bu səmimi etirafları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. / azxeber.com

Şou Biznes     Baxılıb: 1166   Tarix: 22 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

.

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

.

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

.

Azərbaycanlı musiqiçi intihar edib

Azərbaycаnlı musiqiçi İlham Razin vəfat edib. Bu haqda klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu məlumat yayıb. Hüseyn bir neçə gün əvvəl qoşanağara ifaçısı olan İlham Razinin intihar etdiyini və onun maddi yardıma ehtiyacı olduğun

.

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

.

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

.

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

.

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

turlar.az

sade makiyaj sekilleri qadin sayti geyim necə seçməli yuxusuzluq qrip xəstəliyi qadın aksesuarları valideyn haqqinda kosmetika qardasa aid haxistalar babasil faydalı məsləhətlər məsəllər suni mayalanma