Ürək ağrısı bildiyiniz ağrılar onkoloji xəstəliklərdən də qaynaqlana bilər

Ürək ağrısı bildiyiniz ağrılar onkoloji xəstəliklərdən də qaynaqlana bilərHavaların isinməsi, bəzi fəsli amillərin təsiri ilə insanların səhhətində olan problemlər aşkara çıxır. Bu gün təcili tibbi yardım briqadasına ən çox edilən müraciətlərdən biri də məhz kardioloji problemlərlə bağlıdır.
Lakin bəzi hallarda müxtəlif bədən nahiyələrində olan problemlərin yaratdığı bu ağrılarla ürək ağrıları səhv salınır. Mütəxəssis, həkim-terapevt Günel Qasımova ilə məhz bu ağrılar, onların fərqlərindən danışdıq.
- Bəzən xəstələr sinədə kəskin ağrıların olması ilə müraciət edirlər. Bu ağrılar nədən qaynaqlanır?
- Epidemioloji olaraq daxil olan bütün ambulator poliklinika müraciətlərinin təxminən 2 faizi, yəni 5 milyon müraciət döş qəfəsi və ya sinədə ağrılar, əzələ-sümük patologiyası, mədə-bağırsaq xəstəlikləri, panik pozulmalar, nevroloji və psixiatrik vəziyyətlərlə əlaqədar olur. Bəzən belə olan halda ağciyər xəstəlikləri də aşkar edilir. Bizə müraciət edən əksər xəstələr deyəndə ki, sinəm ağrıyır, ilkin olaraq belə ehtimal edirəm ki, bu kardioloji yox, başqa ağrıdır. Xəstənin üzünə baxarkən də onun ağrılarının nədən qaynaqlandığını təxmin etmək olur. Lakin qeyd edim ki, təcili yardıma döş qəfəsində ağrılarla müraciət etmiş xəstələrin 50 faizində miokard infarkt aşkarlanır.
- Hansı ağrılarda son illərdə cavanlaşma var?
- Son illərdə nevroloji, sinir və əzələ ağrılarında cavanlaşma var. Bundan başqa, kardioloji ağrılarda da nisbətən olsa da, cavanlaşma var. Bütün bunlar isə insanların yaşadıqları həyat tərzindən, stresslərinin artmasından qaynaqlanır. Ümumiyyətlə, qeyd edim ki, kardioloji problemlərin yaranmasına əsas səbəb isə damarların tıxanması və ürəyin qidalanmasında məhdudiyyətlərin yaranması ilə əlaqədardır.
- İstəyərdim döş qəfəsinin daxili və xarici patologiyaları ilə əlaqədar yaranan ağrılar və onların mənşəyi haqda danışasınız.
- Döş qəfəsinin daxili və xarici patologiyaları ilə əlaqədar ağrılar var. Bu ağrılar damar mənşəli, ağciyər-bronx mənşəli də ola bilər. Ümumiyyətlə, kardioloji əlamətlərdən sonra sinə ağrılarında mədə-bağırsaq xəstəliklərinin də böyük çəkisinin olduğunu deyə bilərik. Olur ki, bəzən ağrılar səthi olur. Bu zaman əlimizlə basdıqda da xəstə ağrılar hiss edir. Bəzən dərmanların da belə ağrılara təsiri danılmazdır.
- Ağrılar psixoloji problemlərlə əlaqəli olduqda nə tövsiyə olunur?
- İnsanların ümumi həyat tərzi çox stressli olduğu üçün bu cür ağrıların olması normaldır. Ağrılar psixoloji problemlərlə əlaqəli olduqda biz xəstəyə sakitləşdiricilərdən, bitki çaylarından istifadə etməyi, həyat tərzlərini, vərdişlərini dəyişməyi məsləhət görürük.
- Müayinə zamanı ilk olaraq nə nəzərə alınır?
- Xəstəni müayinə edərkən ilk olaraq onun emosional vəziyyəti nəzərə alınır. Vizual müayinə zamanı döş qəfəsi, onurğa sütunu, süd vəziləri nəzərdən keçirilir. Bundan başqa skleroz əlamətlərinin olub olmadığını da nəzərdən keçiririk. Çünki belə olan halda xəstənin damarları tıxanmış ola bilər. Bu zaman isə həqiqətən də kardioloji problemlər aşkara çıxa bilər.
- Xəstələrin gec müraciət etməsinin səbəbləri nədir?
- Bir qisim xəstələr var ki, onlar çox gec müraciət edirlər. Bunun da səbəbi xəstələrin bir hissəsinin həkimə inamsız yanaşması, yaxud da qorxusu ilə bağlıdır. Onu da vurğulayım ki, kardioloji olmayan ağrıların müalicəsi daha asan başa gəlir. Təbii ki, şişlərlə bağlı vəziyyəti istisna etməliyəm.
- Döş nahiyəsində olan şişlər haqda bir az geniş danışardınız.
- Döş qəfəsi daxilində hansısa onkoloji şişlər yerləşə bilər. Çünki şişin gözlə görünməsi o deməkdir ki, o artıq hüceyrə səviyyəsində bədənə yayılıb. Divar aralığında müxtəlif tumorlar, yəni şişlər ola bilər. Belə olan halda şiş hansısa orqanın üzərində, yaxud da qida borusunda özünə yer tapır. Belə olan halda şiş narahatlıq verməyə başlayır. Mənə müraciət edən xəstələr arasında qida borusunda, döş sümüyünün arxasında şiş olan olub. Lakin onlarda ağrı yox, sadəcə olaraq davamlı hıçqırma müşahidə edilib. Dayanmadan hıçqıran xəstəyə güclü ağrıkəsici verdikdə, bədən keyidikdə hıçqırıq keçirdi. Bu xəstələri yoxladıqda onlarda onkoloji xəstəlik aşkarlanıb. Deyərdim ki, bu günədək mənə olan müraciətlərin 20 faizi bu cür problemlərlə əlaqəli olub.
- Ümumiyyətlə, onkoloji xəstəliklərdə cavanlaşma varmı?
- Təəssüflə deyə bilərəm ki, onkoloji xəstəliklərdə də cavanlaşma var. Artıq say o qədər artıb ki, Milli Onkologiya Mərkəzinin qapısından girmək mümkün deyil.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1283   Tarix: 13 yanvar 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər

Yüksək qan təzyiqi hər zaman nəzərəçarpan əlamətlərlə özünü göstərmir. -a istinadən xəbər verir ki, bu barədə RT-yə rusiyalı kardioloq Ella Vinoqradova danışıb. Həkimin sözlərinə görə, stres və ya ağrı fonunda qan təzyiqini

.

10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız

Yuxuya getmə müddəti insanın sağlamlığı haqqında vacib məlumat verə bilər. Mütəxəssislərin fikrincə, ideal vaxt 10-20 dəqiqədir. xəbər verir ki, davranış yönümlü yuxu təbabəti üzrə mütəxəssis Mişel Drerupun sözlərinə görə

.

Yayda ən çox edilən səhv - Kondisionerin yaratdığı təhlükələr

Yay aylarında sərinləmək üçün geniş istifadə olunan kondisionerlər düzgün istifadə edilmədikdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, ani temperatur dəyişiklikləri, quru hava və baxımsız kondisionerlərd

.

Maşında ürəkbulanma: Pediatrdan valideynlərə məsləhət

Yay mövsümündə uzun avtomobil səfərləri zamanı uşaqlarda ürəkbulanma və qusma halları tez-tez müşahidə olunur. xəbər verir ki, pediatr Jül Fujer bunun beynin gözlərdən və bədənin hərəkətindən gələn siqnallar arasındakı uyğunsuzluqda

.

Bakıda yayıldığı iddia olunan qulaqdibi xəstəliyi ilə bağlı rəsmi açıqlama

Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar yayılır. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, həmi

.

Tut yeməyin faydaları

Yay aylarının sevilən meyvələrindən olan tut təkcə dadı ilə deyil, zəngin qida tərkibi ilə də diqqət çəkir. axşam.az-a istinadən bildirir ki, vitamin, mineral və antioksidantlarla zəngin olan bu meyvə orqanizmin bir çox funksiyasın

.

Gözümüzü məhv edə biləcək eynəklər var

Həkim-oftalmoloq Darya Orlova ultrabənövşəyi (UV) filtri olmayan gün eynəklərinin göz sağlamlığı üçün ümumiyyətlə eynək taxmamaqdan daha təhlükəli olduğunu açıqlayıb. -a istinadən xəbər verir ki, bu barədə nəşri məqalə dər

.

Soğanın faydaları: Hər gün istifadə etməyiniz üçün 7 vacib səbəb

Mətbəxlərin əvəzolunmaz məhsullarından biri olan soğan təkcə yeməklərə dad vermir, həm də sağlamlıq üçün çoxsaylı faydaları ilə seçilir. xəbər verir ki, tərkibindəki vitaminlər, minerallar və antioksidantlar sayəsində soğa

.

Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır

Yay fəslində bir çox insan mümkün qədər tez qaralmağa çalışır. Lakin bərabər və qızılı dəri tonu yalnız xarici görünüş deyil, həm də sağlamlıq məsələsidir. Günəş yanıqlarından, piqmentasiyadan və dərinin vaxtından əvvəl qocalmasında

turlar.az

sade makiyaj sekilleri toy gecesi hamilelikde qidalanma limon maskasi moda qizi ehtiraslandiran sozler displaziya kosmetika zəhmət rus dilini oyrenek 2ci ders big.az veten novruz