Ürək dərmanı ilə bağlı xəbərdarlıq - bu preparatla birlikdə qəbulu ölümcül ola bilər

Ürək dərmanı ilə bağlı xəbərdarlıq - bu preparatla birlikdə qəbulu ölümcül ola bilərMütəxəssislər milyonlarla insanı xəbərdar edib: qan durulducu dərman varfarin bəzi vitamin və bitki tərkibli əlavələrlə birlikdə qəbul ediləndə ölümcül reaksiyalara səbəb ola bilər.
İngiltərədə ən çox təyin edilən antikoaqulyant olan varfarin, ifliclə nəticələnə biləcək qan laxtalarının qarşısını almaq üçün bir milyondan çox xəstəyə yazılır. Dərman qanın damarlarla daha rahat hərəkət etməsinə kömək edir və ürək ritm pozğunluğu, ürək qapağı əməliyyatı, qan laxtalanma problemləri və əməliyyatdan sonrakı dövrdə xəstələrə verilir.
Lakin İngilis Ürək Fondunun mütəxəssisi Viktoriya Teylor xəbərdarlıq edib ki, varfarini K vitamini, omega-3 əlavələri və məşhur bitki dərmanı sarı kantaron ilə birlikdə qəbul etmək dərmanın təsirini zəiflədə və ölümcül qanaxmalara yol aça bilər.
NHS (Milli Səhiyyə Xidməti) də oxşar xəbərdarlıq edərək, varfarin istifadə edənlərin bitki mənşəli dərmanlardan uzaq durmalı olduqlarını bildirib. Xüsusilə sarı kantaron depressiya üçün istifadə olunsa da, varfarinlə birlikdə təhlükəli yan təsirlər yarada bilər.
Teylor deyib:
"Qida əlavələri heç də həmişə faydalı deyil, bəzən əksinə, zərərlidir."
"Vitamin və mineralların yüksək dozada qəbul edilməsi sağlamlıq üçün risklidir. Həmişə çoxu yaxşıdır demək düzgün deyil."
"Əlavələrə pul xərcləməzdən əvvəl həkimlə məsləhətləşin. Əgər ehtiyac varsa, həkim özü təyin edəcək."
Mütəxəssislər yalnız D vitaminini istisna hesab edirlər. Sonbahar və qış aylarında günəş işığının az olması səbəbindən gündə 10 mikroqram D vitamini qəbul edilməsi tövsiyə olunur.
Varfarinin əks təsirləri:
Kiçik kəsiklərdən uzunmüddətli qanaxma,
Tez-tez diş əti və burun qanaması,
Asanlıqla göyərmələr,
Nadir hallarda isə daxili qanaxma və beyində qanaxma.
Əgər qanaxma 10 dəqiqədən çox davam edərsə, qan qusma və ya qan öskürmə baş verərsə, dərhal həkimə müraciət edilməlidir.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1273   Tarix: 20 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

turlar.az

qadin dunyasi sac duzumleri kosmetika mehsullari qazan kotleti saglamlig uz derisine qulluq maskalari hakista xina yaxdi sozleri kosmetika qu quşu veten haqqinda bayati dieta gülməli hakıştalar sağlamlıq