Ürək niyə böyüyür? - Çox rast gəlinən problemin kökü

Ürək niyə böyüyür? - Çox rast gəlinən problemin köküÜrəyin çəkisi orta hesabla 300 qr təşkil edir (qadınlarda bir qədər az, kişilərdə bir qədər çox). Belə hesab olunur ki, insanın ürəyinin ölçüsü onun yumruğu boydadır. Lakin bu dəqiq elmi fakt deyil.
Milli.Az medicina.az-a istinadən bildirir ki, son zamanlar geniş yayılmış ürək genişlənməsi diaqnozu tibdə hipertrofiya adlanır. "Həkim, niyə ürəyim genişlənib, böyüyüb, mən infarkt olacam" deyə soruşursuzsa, sizə ürək böyüməsinin səbəblərini təqdim edirik:
- Müntəzəm fiziki, ağır işlər, peşəkar idmançılarda ürək genişlənir. Bəzən bu normal olsa da, yenə də ürək üçün faydalı deyil. Belə ürəyi olanlar müxtəlif səbəb və stresdən digər ürək xəstəliklərinə tutula bilərlər.
- Ürəyin böyüməsinin digər səbəbləri hipertoniya xəstəliyi olur. Damarlarda təzyiq qalxdıqda ürək güclü yükləməyə məruz qalır, ürəyin əzələləri böyüyür və nəticədə ürək də böyüyür.
Ürəyin işemik xəstəliyi zamanı ürəyə olan qan axını azalır, ürək əzələsinın qidalanması pozulur. Nəticədə ürək əzələsinin hüceyrələri birləşmə toxuması ilə əvəz olunur. Birləşmə toxuması elastik deyil, yığılmır və nəticədə ürək genişlənir, böyüyür.
Ürək əzələsinin iltihabları da ürəyin böyüməsinə səbəb ola bilər. Belə iltihablar keçirilmiş tonzillit (angina), skarlatin və ya qripdən sonra inkişaf edə bilər. Onların arasında ən yayılmış revmokarditdir. Xəstəlik vaxtında müalicə olunmadıqda müxtəlif ağır pozulmalara - o cümlədən, ürəyin böyüməsinə səbəb ola bilər.
Anadangəlmə ürək qüsurları da ürəyin böyüməsinə səbəb ola bilər.
- Spirtli içkilərin qəbulu da ürəyin böyüməsinə səbəb ola bilər.
- Piylənmə, artıq çəki ürəyin böyüməsinin əsas səbəblərindən biridir.
- Ağ ciyər xəstəlikləri, pnevmoniya, ağır öskürək, bronxit, astma ürəyin böyüməsinə səbəb ola bilər.
Ürək genişlənməsini vaxtında aşkar etdikdə, müalicə ilə ağırlaşmaların qarşısını alır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1769   Tarix: 21 iyun 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

geyim seçimi gözəllik məhsulları toy makiyaji sekilleri qan qruplari badimcandan qisa hazirliq cennet almasinin hazirlanmasi manikür və pedikür kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır həmidə webnem tovuzlu pomidor gözellik