Ürək üçün ən faydalı yağlar müəyyən olundu

Ürək üçün ən faydalı yağlar müəyyən olunduÇalmers Texnologiya Universiteti (İsveç) və Almaniya İnsan Qidalanma İnstitutunun alimləri müəyyən ediblər ki, doymamış yağlarla (bitki yağları) zəngin qidalara üstünlük vermək və kərə yağından imtina etmək ürək-damar xəstəliklərinin, eləcə də 2-ci tip diabetin inkişaf riskini azaldır.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Nature Medicine" jurnalında dərc olunub.
Tədqiqatda 113 nəfər iştirak edib. 16 həftə ərzində bir qrup doymuş heyvan yağları ilə hazırlanmış yeməklər yeyib, digər qrup isə bitki mənşəli doymamış yağlarla zəngin qidalanma rejiminə əməl edib.
Doymuş yağlar bərk konsistensiyaya malikdir və əsasən heyvan mənşəlidir. Onlar donuz piyində, kolbasalarda, pendirdə, qaymaqda, süddə, həmçinin bəzi bitki məhsullarında - palma və kokos yağlarında olur.
Doymamış yağlar bitkilərdən - kanola, günəbaxan, kətandan alınır.
Təcrübəni başa vurduqdan sonra alimlər laboratoriya testləri üçün iştirakçılardan qan nümunələri götürüb və könüllüləri izləməyə başlayıblar. Bir neçə illik müşahidələr ərzində tədqiqatçılar ürək-damar xəstəlikləri və şəkərli diabet qeydə alıblar.
Məlum olub ki, bitki mənşəli, doymamış yağla zəngin olan qidaları qəbul edən insanlar doymuş yağlara üstünlük verənlərə nisbətən bu patologiyaları daha az yaşayırlar.
Alimlər izah ediblər ki, sağlam bitki yağlarının (zeytun, kətan toxumu) istehlakı qanın lipid (yağ) profilini yaxşılaşdırmağa kömək edir. Lipid trigliseridlərin və ümumi xolesterolun səviyyələrini təyin edir. Bədəndə bu birləşmələrin normal konsentrasiyası ilə ateroskleroz, hipertansiyon və digər ürək və damar xəstəliklərinin inkişaf ehtimalı azalır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1891   Tarix: 14 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

sac duzumleri qadin dunyasi geyim necə seçməli bürclər xanımlar yay paltarlari 2026 badimcan tursusu hazirlanmasi kosmetika hakisda bayatı hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz atalar sozu novruz haqistalari