Ürək üçün əvəzolunmaz tərəvəz

Ürək üçün əvəzolunmaz tərəvəzBadımcan çox dadlı və həmçinin faydalı tərəvəzdir. Şərqdə bu tərəvəz "uzunömürlülük tərəvəzi" sayılır. Belə hesab olunurdu ki, bu tərəvəzi daim qəbul edən insan qocalmır.
Badımcan kalium və maqneziumla zəngindir. Bu iki mineral ürək-damar sistemimiz üçün əvəzolunmazdır. Kalium və maqnezium ürəyin fəaliyyətinə müsbət təsir edir, ürək əzələsini möhkəmləndirir, arterial təzyiqini normallaşdırır, ödemlərdən azad edir. Bu səbəbdən ürək xəstəliklərindən əziyyət çəkən insanlar badımcanı öz qidalanmasına tez-tez əlavə etməlidir.
Badımcan orqanizmdən "pis" xolesterini xaric edir və bu səbəbdən ateroskleroz zamanı və bu pozulmanın profilaktika məqsədi ilə çox faydalıdır.
Badımcan qanın tərkibinə də müsbət təsir edir.
Badımcan qan damarları möhkəmləndirir, onların elastikliyini artırır. İnsult keçirilmiş insanlar üçün bu tərəvəz çox faydalı sayılır.
Badımcan qidalı liflərlə zəngindir və bu səbəbdən qəbizlikdən əziyyət çəkən insanlar üçün xeyirlidir.
Bağımcan azkalorili məhsuldur, lakin qidalı liflərin səbəbindən insanda tez toxluq hissi yaradır və insanı uzun müddət ərzində tox saxlayır. Bu isə arıqlamağa kömək edir. Təbii ki, arıqlamaq istəyən insanlar yağda qızardılmış badımcan yeməməlidir. Bunun üçün bağımcanı sobada qabıqda bişirmək və sonra isə badımcanın ətini müxtəlif tərəvəz salatlarına əlavə etmək, qarnirlərdə istifadə etmək olar.
Badımcan orqanizmdə duz-su və lipid (piy) balansının tənzimlənməsinə müsbət təsir edir, yüngül sidikqovusu və ödqovucu xüsusiyyətinə malikdir, mübadilə prosesləri yaxşılaşdırır, orqanizmdən artıq duzları xaric edir.
Badımcan podaqra, böyrək və qara ciyər xəstəlikləri, qəbizlik zamanı çox xeyirlidir.
Badımcan şəkərli diabetdən əziyyət çəkən insanlar üçün də çox faydalıdır. Bu tərəvəz qanda şəkərin tənzimlənməsinə kömək edir.
Badımcanın tərkibində olan sink və C vitamini immun sisteminin fəaliyyətinə müsbət təsir edir, B qrupu vitaminləri isə sinir sistemini möhkəmləndirir.
Belə hesab olunur ki, tünd bənövşəyi rəngdə olan badımcanlar ən faydalıdır.
Badımcan oynaqlar, sümüklər və dişlərimiz üçün də çox xeyirlidir. Sobada bişirilmiş badımcanın qabığının külü ilə dişləri yuduqda dişlər ağarır, damaqlar isə daha möhkəm olur.
Badımcanın ətini kosmetik maskalarda istifadə etmək olar. Badımcanın əti üz dərisini canvanlaşdırır, ağardır, daha dartılmış və elastik edir. Bunun üçün badımcan ətini əzib təmiz üz dərinizə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun.
Mədə və 12 barmaq bağırsağı xorası və qastritdən əziyyət çəkən insanlar bu tərəvəzdən süi-istifadə etməməlidir.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 1707   Tarix: 21 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

turlar.az

gozel gorunmek toy gecesi geyim necə seçməli hamilə geyimləri cizgi filmləri dondurma reseptləri bürclərin sevgi cədvəli kosmetika bayatı intim munasibetler atalar sozleri sanama hakista