Ürəyi gücləndirir, dərini gözəlləşdirir, qaraciyəri təmizləyir
Cəfəri təkcə salat hazırlayarkən boşqabları bəzəyən tərəvəz deyil. O, eyni zamanda gözəllik və sağlamlıq üçün məlhəmdir.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, cəfəri ilə ürəkdən qaraciyərə qədər bir çox orqanlar üçün məlhəm hazırlamaq olar. Onun vasitəsilə diabet xəstəliyindən, xərçəngdən xilas olmaq mümkündür.
Cəfərinin 30 qramı 1,92 qr. karbohidrat, 0,90 qr. protein, 0,24-i yağ və 1 qram pəhriz lifindən ibarətdir.
Hər gün bir neçə yarpak cəfəri yemək xərçəng riskini azaldır. Tərkibi antioksidantla zəngin olan bu göyərti həm də orqanizmi C vitamini ilə təmin edir.
Onu qurudub saxlamaq da mümkündür. Qurudulmuş cəfərini dəmləyib içə bilərsiniz. Bu xroniki xəstəlikləri aradan qaldırıb, sizi stressdən uzaqlaşdıracaq.
58 ürək xəstəsi olan insan arasında alimlər araşdırma ediblər. Onlar müəyyən vaxt ayırıb və hər gün həmin şəxslərə cəfəri yedizdiriblər. Araşdırmanın nəticəsində onlarda qəlb probleminin 90 faiz azaldığı görülüb. Tərkibindəki B9 vitamini ürəyin işini gücləndirir.
Eyni zamanda cəfərinin tərkibindəki K vitamini sümüyü bərkidir. Sümük xəstəlikləri olanlar onu həm çay kimi dəmləyib içə, həm də təzə formada yeyə bilərlər.
Qaraciyəri təmizləmək üçün cəfəridən detoks da hazırlaya bilərsiniz. Belə ki, göyərti ilə hazırlanan çay və ya smuzi içmək qaraciyərdəki toksinləri təmizləyəcək.
Cəfəri həmçinin üz dərisi üçün də xeyirlidir. O, dərini cavanlaşdırır, təmizləyir və qara nöqtələrdən xilas edir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi