Ürəyi qoruyur, ağrıları azaldır - Qızılgülün faydaları

Ürəyi qoruyur, ağrıları azaldır - Qızılgülün faydalarıTəzə qızılgül ləçəyinin dəmləməsindən müxtəlif xəstəliklərin müalicə və profilaktikasında istifadə edilir.
Qızılgülün əsas müalicəvi komponenti efir yağıdır. Qızılgülün efir yağı çox güclü stimullaşdırıcı, bərpaedici, cavanlaşdırıcı təsirə malikdir.
Milli.Az metbuat.az-a istinadən qızılgülün faydalarını təqdim edirik:
- ürək-damar sisteminə çox müsbət təsir edir - ürək əzələsini möhkəmləndirir, aterosklerozun qarşısını alır, damarlarda spazmları azaldır, ürək ağrıları zamanı faydalıdır
- sinir sisteminə sakitləşdirici təsir edir, nevroz, stress, depressiya zamanı çox faydalıdır
- mədə-bağırsaq sisteminə antiseptik təsir göstərir, mikrobları öldürür
- immun sistemini möhkəmləndirir
- angina zamanı müalicəvi təsir edir
- baş ağrısını və menstruasiya ağrılarını azaldır
- orqanizmi cavanlaşdırır və tonuslaşdırır
- dəri xəstəlikləri, yaralar, yanıqlar zamanı dərinin bərpasını sürətləndirir
- kosmetologiyada çox geniş istifadə olunur - dərini təmizləyir, cavanlaşdırır, təravətləndirir
- damaqların itihabı, stomatit zamanı qızılgül suyu ilə qarqara çox yaxşı müalicəvi təsir edir
- nəfəs yolları mikroblardan və selikdən təmizləyir .
Müalicəvi reseptlər:
1. 1/2 stəkan qızılgül ləçəklərinin üzərinə stəkanın yuxarısına qədər isti su tökün, 30 dəqiqə dəmləyin və bu dəmləməni gün ərzində kiçik qurtumlarla için. Bu dəmləmə ürək, sinir sistemi xəstəlikləri zamanı çox faydalıdır, həzm sisteminə antiseptik təsir göstərir. Angina, stomatit, damaq iltihabları zamanı bu dəmləmə ilə qarqara edin.
2. 1/2 l-lik bankaya qızılgül ləçəkləri yığın. Bankanın yuxarısına qədər ilıq zeytun yağı tökün. Bankanı 14 gün ərzində sərin qaranlıq yerdə saxlayın. 14 gündən sonra yağı süzün. Bu yağ müxtəlif dəri xəstəlikləri, yaralar, yanıqlar zamanı çox yaxşı müalicəvi təsir edir.
3. Baş ağrıları, miqren tutması zamanı kiçik ləyənə qızılgül yarpaqları qoyun, üzərinə isti su tökün. Ləyəni xəstənin yanında qoyun. Ətirli buxar çox yaxşı sakitləşdirir, ağrıları azaldır.
4. Nevroz, stress, depressiya zamanı qızılgül yağı əlavə olunmuş vannalar çox faydalıdır.
5. Kosmetologiyada qızılgül losyonları, maskaları və s. geniş istifadə olunur. Ev şəraitində də belə losyon hazırlamaq olar. 1/2 stəkan qızılgül ləçəklərinin üzərinə stəkanın yuxarısına qədər araq tökün və 10 gün sərin qaranlıq yerdə saxlayın. Sonra losyonu süzün. Belə losyon dərini təmizləyir, dərinin yağlılığını azaldır, rəngini yaxşılaşdırır.
6. Qızılgül çayı çox faydalı müalicəvi və profilaktik vasitədir. İmmun sistemini, ürəyi möhkəmləndirir, sakitləşdirir, iltihabları azaldır.
1 xörək qaşığı təzə və ya 1 çay qaşığı quru qızılgül yarpaqları 1 stəkan isti suda dəmlənilir və adi çay kimi içilir. Çaya bal, limon əlavə etmək olar.
Milli.Az

Xəbərlər     Baxılıb: 1455   Tarix: 11 iyun 2024
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

turlar.az

maskalar makiyaj etmek qaydalari reseptler qizliq perdesinin berpasi ayaq şişməsi gozlerin bezedilmesi sacin horulmesi kosmetika qurd xəstəliklərinə qarşı mualicə ariqlamaq vetene aid bayatilar vətənə aid atalar sözləri efsaneler