Uşağa anasının qabırğasından qulaq düzəldi - Azərbaycanda ilk, dünyada ikinci dəfə
Azərbaycanda ilk dəfə, dünyada isə ikinci dəfə olaraq bir uşağa anasından alınan qabırğa ilə yeni qulaq düzəldilib.
Axşam.az-ın məlumatına görə, bu əməliyyat Bakıda yerləşən"İstanbul NS" klinikasında plastik/rekonstruktiv və estetik cərrahiyyə uzmanı Dr.Dilqəm Məmmədov tərəfindən həyata keçirilib.
Belə ki, doğuşdan qulağı olmayan 14 yaşlı L.A-ya anasından alınan qabırğa ilə yenidən qulaq düzəldilib.
Bu problemin tibbdə adı "Microtia" olaraq bilinir. Bu patolojiyada pasiyentlər həkim qarşısına ya qulağin tam şəkildə olmaması (anotia) və ya bir hissəsinin inkişaf etməməsi səbəbi ilə gəlirlər.
Adıçəkilən problem dünyada orta hesabla hər 6 min canlının doğumunda bir dəfə müşahidə edilir. Səbəbi bəzən genetik problemler, ana hamilə olduğu vaxt geçirdiyi xəstəliklər və istifadə etdiyi dərmanlar olsa da, çox vaxt səbəbi bilinməyən proseslərdən də ortaya çıxır.
Azərbaycanda ilk dəfə və dünyada 2-ci dəfə baş tutan bu əməliyyat 3 mərhələdə həyata keçirilib.
İlk mərhələdə anadan 8 qabırğa qığırdağı alınıb. İkinci mərhələdə pasiyentin inkişaf etməmiş qulağı mövcud olacaq qulağına uygun şəkildə hazırlanıb. Üçüncü mərhələdə isə ana qabırğasından hazırlanan yeni qulaq pasiyentə uğurlu bir şəkildə transplantasiya edilib.
Əməliyyat təxminən 6 saat davam edib. Hər iki pasiyentin əməliyyat sonrası vəziyyəti yaxşıdır. Növbəti mərhələdə ortalama sağalma müddəti 1-6 ay qədər çəkməkdədir.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir