Uşağınız pis yeyir?

Uşağınız pis yeyir?İstehlakçı qabiliyyətinin süni şəkildə artırıldığı və dəstəkləndiyi bir dövrdə ən ağır zərbə sözsüz ki, körpələrə və uşaqlara ilk olaraq dəyir.
İldən-ilə ərzaqların miqdarı artır, bağlamalar isə böyüyür.
Sağlam olmayan qida sənayesini isə uşaqların daha çox rəğbət bəslədiyi məşhur idmançılar, müğənnilər digər sahələrin məşhurları təbliğ edirlər. Fast-food sənayesi uşaqların sevdiyi cizgi film və kino personajlarının simalarından ildnən-ilə daha çox istifadə edərək zərərli qida menyu və məhsullarına cəzb edir.
Belə bir ifrat istehlakçı dövrdə valideynlər uşağın təbii susuzluq və aclıq hissinin ödənilməsi kimi vacib fitri instinktlərinin unudaraq aşırı qidalandırmağa başlayıblar. Uşaqların pis və ya az yeməyini, bəzi valideynlərin dili ilə desək "heç nə yemir" anlayışına müəyyən aydınlıq gətirmək üçün mütəxəssislər müxtəlif nümunələr gətirirlər.
Müəyyən müddət arıqlama mərkəzində işləyən psixoloq Anna Bıkova "heç nə yeməmək" anlayışına izah etmək üçün bir xanımın arıqlama təcrübəsi ilə paylaşır. Mərkəzə artıq çəkidən əziyyət çəkən xanım müraciət edərək qeyd edir ki, o heç nə yemir lakin çəki azalmaq əvəzinə günü-gündən artmağa doğru gedir. Mütəxəssis kalorilərin mistik şəkildə qadının bədəninə daxilolma yollarını araşdırmaq üçün onun gündəlik istehlakını qeyd etməyə başlayırlar.
Məlum olur ki, gün ərzində bu xanım aşağıdakıları istehlak edir:
Səhər: Kiçik şokolad ilə kappuçino. İşdə çay və vafli. Sonra yenə çay və konfet. Qoz-fındıq və ya kaftof çipsi bağlaması. 1 litr meyvə şirəsi.
Günorta: İş çox olduğundan nahar etməyə imkan olmur.
Axşam: Bir-iki banan və kefir (kefirin tərkibində şəkər).
Bütün yuxarıda sadalananların kalorisi gündə 3 əsas yeməyin kalorisindən qat-qat çoxdur. Əgər qadın oturub vaxtında normal qidalansaydı daha az kalori qəbul etmiş olardı.
Eləcə də uşaqların "heç nə yeməməklərini" anlamaq üçün səbəbləri araşdırmaq lazımdır. Şirə, alma, qurabiyə, şokolad, konfet, bulka, dondurma, süd kokteyli və bu kimi digər ərzaqlar uşaqlara tez bir zamanda toxluq hissi və enerji verir. Bir sözlə, sağlam iştahanı pozmaq üçün idealdırlar.
Həqiqətən ac olan uşaqların misalı:
Uşaq xəstəxanası, infeksion şöbə. Kəskin bağırsaq infeksiyası şübhəsi ilə eyni zamanda xəstəxanaya daxil olan yaş yarım və 3 yaş həddində olan 3 uşaq anaları ilə birlikdə qəbul olunur. Həkim analara uşaqları yedizdirməmək təlimatı verir.
Ümumiyyətlə istənilən qida verməyə qadağa qoyur. Yalnız su və susuzlaşmaya qarşı məhlul-rehidron. Beləliklə, uşaqlar və analar 2 sutka həqiqətən də heç nə yemədilər, o hədda çatdı ki, uşaqlar ağlayıb yemək istəyirdilər. Körpəsi ac olan anaların da sözsüz ki, boğazlarından tikə belə keçmirdir. Axır ki, həkim yemək verməyə icazə verir.
Tibb bacıları yağsız, duzsuz, şəkərsiz, suda bişmiş, boz rəngli soyuq yulaf sıyığı gətirirlər. Uşaqlar bu sıyığa böyük iştaha və bəh-bəh ilə atılırlar. Kənardan onların ömürlərində bundan daha dadlı bir yemək yemədikləri təəssüratı yaranır. Beləliklə, həqiqi aclığın nümunəsində bizə məlum olur ki, istənilən yemək uşaqlarda böyük iştaha doğurur. Əgər uşağınız yeməklərə qarşı etinasızdırsa, onun gün ərzində atışdırdıqlarına daha diqqətlə nəzər yetirin.
Müəllif: Səltənət Zülfüqarova
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1207   Tarix: 30 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

qadin sayti gelinlikler geyim və ayaqqabılar daban agrisi sizanaga qarsi maskalar 1 hefteye 5 kq ariqlamaq göyəmin faydası kosmetika gunay vətən həsrətinə aid bayatılar maraqli hakistalar cinsi əlaqə novruz haqistalari