Uşağınızın burnu tez-tez qanayırsa

Uşağınızın burnu tez-tez qanayırsaBəzən uşaqların burnu heç bir zədə olmadan qanamağa başlayır. Bu isə valideynlərdə narahatlığa səbəb olur. Onlar dərhal düşünürlər ki, yəqin uşaqda hansısa ciddi problem var. Bəs uşaqlarda burun qanaması nədən yaranır? Hansı hallarda burun qanaması təhlükəli hal ola bilər?
Medicina.az xəbər verir ki, məsələ ilə bağlı ailem.az-a açıqlama verən lorinqoloq Cəlal İmaməliyev bildirir ki, burun qanamaları qorxulu görünə bilər, amma ümumi götürdükdə bu hal çox təhlükəli deyil: "Uşaqlarda burun qanaması xüsusilə quru iqlimlərdə, ya da evlərdəki və binaların içindəki quru istiliyin burun içində quruma, çatlama və ya qabığa səbəb ola biləcəyi qış aylarında olduqca yayğındır. Burnun ön hissəsi asanca zərər görə bilən çox incə qan damarlarına malikdir. Uşaqlarda rast gəlinən burun qanaması burnun dəliklərə yaxın ön qismində görülür. Kapilyarlar selikli qişaya çox yaxın yerləşdiyi üçün xırda zədələrdə belə, burun qanamaları mümkündür. Başqa bir səbəb isə burunda adenoid, yəni artıq ətin olmasıdır. Burun tənəffüsü uşaqlarda normal olmayanda hava axını daimi olaraq o selikli qişanı qıcıqlandırır, qurudur, xırda kapilyarlar zədələnir və qanamalar yaranır".
Kapilyar qanaxmalar təhlükəli deyil
Həkim deyir ki, bəzən valideyn diqqətsizliyinin nəticəsi də uşaqlarda burun qanaması ilə nəticələnə bilir: "Bəzən kiçik yaşlı uşaqlar oynayarkən valideynlər diqqətsizlik edirlər və onlar yıxılaraq travma alırlar. Bu travma nəticəsində burunda kapilyar zədə alır və qanaxma baş verir. Yaxud burundakı çəpər əyriliyində də hava axını burunu qıcıqlandırır və yenidən qanaxmalar olur. Sadaladığımız hallar kapilyar qanaxmadır və qorxusu yoxdur. Bu halda heç bir müdaxilə etməsən belə, qanaxma özü dayanır".
Arterial qanamalarda dərhal həkimə müraciət edin
"Lakin daha ciddi qanaxmalar olur ki, bu, arterial qanaxmalardır. Arterial qanaxmalar  uşaqların hansısa qan xəstəliyi ilə bağlı yaranır. Bu, çox ciddi müdaxilə tələb edən bir haldır və uşaq mütləq həkimə çatdırılmalıdır. Kapilyar partlamaları təkrar-təkrar baş verirsə, lor həkimi həmin damarı yandırır və problem həll olunur. Amma dediyim kimi, arterial qanaxmalarda daha ciddi müdaxilə lazımdır. Bundan əlavə əgər burun qanamalarını dayandıra bilməsəniz, uşağınızın burnunda qırıq burun sümüyü varsa, çox qan itirirsə, uşaq xəstə və zəif görünürsə, nəfəs almaqda çətinlik çəkirsə, onun bədəninin başqa yerlərində, məsələn, damağında, sidiyində, nəcisində qanama görürsünüzsə, dərhal həkimə müraciət edin", - deyə C.İmaməliyev xəbərdarlıq edir.
C. İmaməliyev valideynlərə uşaqlarda burun qanamalarının qarşısını almaq üçün faydalı məsləhətlər də verir: "Evinizdəki hava qurudursa, gecələri uşağınızın otağında hava nəmləndirici istifadə edin. Uşağınıza burnunu çox eşməməsini öyrədin. Gündə bir neçə dəfə, xüsusilə də yatmazdan qabaq burun dəliklərinin içinə vazelin kimi nəmləndirici vasitələr sürtün. Həkiminizin məsləhətinə uyğun olaraq salin (duzlu su) damcıları və ya duzlu burun spreyi istifadə edin".
Lorinqoloq məsləhət görür ki, burun qanaxmaları zamanı ilk yardım kimi uşağın sakit olmasını və ona kömək edilə biləcəyini izah edin.
"Qanamanın dayanıb, dayanmadığını yoxlayaraq burun dəliklərini 5-10 dəqiqə barmaqlarınızla sıxın. Uşağı dik oturdub, başını önə doğru əyərək qan udmasının qarşısını alın. Burnun üstünə buz və ya soyuq su qoyun. Qanaxma dayanmasa, yuxarıda sadalananları bir daha təkrar edin. Uşağınızın burnunu salfet və ya pambıqla tıxamayın"- deyə C.İmaməliyev bildirib.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1168   Tarix: 25 sentyabr 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

makiyaj etmek qaydalari hamilelikde qidalanma toy makiyaji sekilleri xolesterini azaldan qidalar maraqli el islerinin hazirlanmasi kartof maskasi uz ucun meyvələrin faydası kosmetika novruza aid salam webnem tovuzlu dolca tərəzi