Uşaq xəstələnəndə hamımız bu səhvləri edirik

Uşaq xəstələnəndə hamımız bu səhvləri edirikUşaq soyuqdəymə xəstəliyinə tutulanda, valideynlər və xüsusilə də nənə-babalar müxtəlif xalq təbabəti vasitələrinə üz tutur.
Lakin bəzi belə vasitələrdən kor-koranə istifadə edilməsi uşağa yalnız ziyan vurur.
Milli.Az saglamolun.com-a istinadən bildirir ki, rusiyalı pediatr Yevgeniy Timakov zdr.ru-ya valideynlərin bəzi belə səhvləri haqqında danışıb.
1. Qızdırması olan uşağı, xüsusilə kiçik yaşlı uşağı isti yorğana bürümək olmaz!
Pediatrın sözlərinə görə, bu hərarətin daha da artmasına səbəb olacaq. Əksinə hərarəti olan uşağı yüngül geyindirmək, corab, pampers çıxartmaq lazımdır.
1 yaşa qədər olan uşaqlarda termorequlyasiya prosesləri (orqanizmdə sabit hərarət saxlamaq qabiliyyəti) hələ ki tam formalaşmayıb ki, hərarət zamanı belə uşaqları bürüməklə onlara çox ciddi ziyan vurmaq mümkündür. Bu hətta uşağın ölümünə səbəb ola bilər.
2. Tonzillit zamanı süd olmaz!
Pediatrın sözlərinə görə, badamcıqların iltihabı zamanı uşağa süd vermək olmaz ki, bu boğazda iltihabın daha da artmasına səbəb olacaq. Həmçinin nəm öskürək zamanı da süd arzuolunmazdır ki, onun istehlakı nəfəs yollarında seliyin ifrazını artırır. Bu isə öskürəyin daha da artmasına səbəb olacaq.  
Əksinə isə quru öskürək zamanı süd çox yaxşı kömək edir, öskürəyi yüngülləşdirir.
3. Boğaz iltihabı zamanı limon və zoğal mürəbbəsi olmaz!
Tonzillit zamanı uşağa turş içkiləri vermək olmaz (limonlu çay, zoğallı çay və s.). Bu boğazı daha da qıcıqlandıracaq.
Lakin boğazda iltihab yoxdursa, soyuqdəymə zamanı turş içkiləri vermək lazımdır.
Həkim soyuqdəymə zamanı ən yaxşı içkinin adını açıqlayıb. Bu moruq mürəbbəsi ilə çaydır. Moruq mürəbbəsi təbii aspirin sayılır - hərarəti və iltihabı azaldır.  
4. Banka qoymaq olmaz!
Həkimin sözlərinə görə, 6-7 yaşa qədər olan uşaqlara banka qoymaq olmaz. Bu dərinin və damarların zədələnməsinə və hətta qanaxmayasəbəb ola bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1407   Tarix: 09 yanvar 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

qadin sayti donlar 2026 qadın geyimi ailə psixoloqiyası kakoslu paxlava hazirlanmasi meyvələrin faydası bilik haqqinda atalar sozu kosmetika novruza aid hakistalar itburnu arxadan olmag google vətən haqqında bayatı