Uşaq yaşda gəlin olan türkiyəli məşhurlar

Uşaq yaşda gəlin olan türkiyəli məşhurlar"Uşaq gəlin" erkən yaşda, adətən 18 yaşından kiçik ərə verilən qızlar üçün istifadə olunan termindir. Bu vəziyyət dünyanın bəzi ölkələrində hələ də davam edir və uşağın fizioloji, psixoloji və sosial inkişafına ciddi mənfi təsir göstərə bilir. Türkiyədə, xüsusən də kənd yerlərində hələ də uşaq yaşda qızların nikahları qeydə alınır.
Türkiyə şou-biznesində bu gün də məşhur olan qadın səntçilərin bir çoxunun "Uşaq gəlin" olduğunu bilirdinizmi?
azxeber.com mahnıları dillər əzbəri olan həmin türkiyəli sənətçilərin araşdırmasını təqdim edir:
Ötən il vəfat edən Yeşilçamın parlaq ulduzu Ahu Tuğba ilk evliliyini 13 yaşında Mehmet Ulusoyla edib. Bir il sonra boşanan aktrisa daha sonra iki dəfə ailə həyatı qurub.
Uşaq yaşda gəlin olan türkiyəli məşhurlarBəyaz pərdənin daha bir uğurlu aktrisası Müjde Ar 21 yaşındaykən rejissor Samim Değerlə ilk evliliyini edib. Lakin bu evlilik uzun sürməyib. 
Uşaq yaşda gəlin olan türkiyəli məşhurlarTanınmış aktrisa və müğənni Yeliz Yeşilmen də 21 yaşında gəlin olan məşhurlardandır. Bu hadisənin onun hafizəsində dərin travmalar yaratdığını etiraf edən Yeşilmen erkən evliliyin atasının qərarı olduğunu bildirib. O, yaşadıqlarını bu sözlərlə dilə gətirib:  
"Gözəl və cazibədar olduğum üçün evə məktublar və səssiz telefon zəngləri gəlirdi. Atam da qorxurdu. Ona görə məni 3 gün içində tanımadığım bir ailəyə gəlin verdi. Həyatımın ən ağır travmasın idi. Yaxşı oxumağıma baxmayaraq təhsil həyatım bitdi".
Uşaq yaşda gəlin olan türkiyəli məşhurlarSafiye Soyman 1974-cü ildə 13 yaşında ikən Ziya Akarözlə nikah masasına oturub. 1985-ci ildə boşanan cütlüyün Harun adlı oğlu var idi. Müğənninin 52 yaşlı oğlu ötən ilin yazında ağır xəstəlikdən dünyasını dəyişib. 
Uşaq yaşda gəlin olan türkiyəli məşhurlarİlk evliliyini 19 yaşında Mustafa İmre ilə edən Yeşim Salkımın bu evlilikdən Gizem adlı qızı var. Müğənni bu günə qədər 5 dəfə rəsmi şəkildə ailə qurub. 
Uşaq yaşda gəlin olan türkiyəli məşhurlar"Mavi boncuk" Hülya Avşar da 16 yaşında ailə qurub. Onun ilk evliliyi Mehmet Tecirli ilə olub. Bu nikahdan övlad sahibi olmayan Avşar 34 yaşında Kaya Çilingiroğlu ilə ailə həyatı qurub və Zehra adında bir qızı var. 
Uşaq yaşda gəlin olan türkiyəli məşhurlarƏsl adı Hatice Yıldız Levent olan arabesk musiqisinin güclü səslərindən Muazzez Ersoy ilk evliliyini 16 yaşında edib. İki il evli qalan sənətçinin Ender adlı oğlu var. 
Uşaq yaşda gəlin olan türkiyəli məşhurlarOzan Orhonla 19 yaşında ikən ailə quran aparıcı, model Ebru Şallının ailə həyatı isə 2 il davam edib. 
Uşaq yaşda gəlin olan türkiyəli məşhurlarYeddi dəfə rəsmi şəkildə ailə quran Seda Sayan ilk dəfə 23 yaşında ailə həyatı qurub. O, ilk dəfə 1987-ci ildə Rıdvan Kılıç ilə rəsmi şəkildə ailə qurub. Elə həmin ildə də ərindən boşanan sənətçi 1990-cı ildə Sinan Enginlə ikinci dəfə evlənib. 1995-ci ildə boşanan cütlüyün Oğulcan adlı oğlu var. 
Uşaq yaşda gəlin olan türkiyəli məşhurlarAysel Hacızadə

Şou Biznes     Baxılıb: 1501   Tarix: 07 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

62 yaşlı Monika Belluccinin sirri: hər gün 5 dəfə yeyir

Makaron, tort, üzgüçülük və porsiya nəzarəti. 62 yaşlı aktrisa Monika Bellucci formada qalmaq üçün tətbiq etdiyi qaydaları açıqlayıb. Dünya şöhrətli italiyalı aktrisa yaşına baxmayaraq, formada görünüşünü qoruyur. O formad

.

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

.

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

.

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

.

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

.

İki dəfə boşanan aktyordan etiraf: 'Övladlarım yumorla yanaşır

Aktyor Ben Afflek iki boşanmasından sonra münasibətlərlə bağlı övladlarına məsləhət verməsinin ailədə zarafata çevrildiyini etiraf edib. Ben Afflek bildirib ki, həyat təcrübəsinə əsaslanaraq zaman-zaman övladlarına münasibətlə

.

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

.

Yusif Mustafayev 17 kiloqram arıqlayıb

Əməkdar artist Yusif Mustafayev 17 kiloqram arıqlayıb. xəbər verir ki, sənətçi bu barədə "1001 Şou" verilişində danışıb. O, 103 kiloqramdan 86 kiloqrama qədər arıqladığını bildirib:. "Plan qoymuşam, özümü arıqladıram

.

Sərxanın Rusiyaya girişinə 'stop' qoyulub

Aparıcı Sərxan Kərəmoğlu Rusiyaya girişinə "stop" qoyulduğunu açıqlayıb. xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə paylaşım edib. O bildirib ki, son iki ay ərzində Rusiyaya gedə bilmir:. "Son 2 ay Rusiy

turlar.az

sac duzumleri həkim məsləhəti yaz geyimleri 2026 içki reseptləri yagli saclar ucun meslehetler kisiler yataqda xinayaxdi ucun sozler kosmetika cinsi elaqe haxisdalar ikizler veten qiz evi ucun