"Uşaqlar arasında yayılan xəstəliklər mövsümi xarakter daşıyır" Pediatr-infeksionist
Son günlər uşaqlar arasında yayılan xəstəliklərlə bağlı müraciətlərin sayı artıb. Gətirilən uşaqların böyük əksəriyyətində qızdırma, halsızlıq, öskürək, ishal və s. simptomlar müşahidə olunur.
Son zamanlar uşaqlar arasında yayılan xəstəliklər mövsümi xarakter daşıyır. Bəzi uşaqların bunu bir qədər ağır keçirməsi onların koronavirusa yoluxması demək deyil. Uşaqlarda COVID-19-a yoluxma çox az hallarda baş verir.
Mərkəzin tabeliyində olan 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatr-infeksionisti Rəna Hüseynovanın sözlərinə görə, uşaqlarda immunitetin zəif olması, kütləvi tədbirlərdə, insanların sıx olduğu ərazilərdə yaxın təmasların olması xəstəliklərin onlar arasında kütləvi artmasının əsas səbəblərindəndir.
R.Hüseynova valideynlərə tövsiyəsində bildirib ki, hazırda geniş yayılan xəstəliyin müalicəsi üçün həkimlə məsləhətləşmək mütləqdir: "Valideynlər həkimlə əlaqə quranadək uşaqlara çoxlu maye, onların qızdırmasının aşağı düşməsi üçün dərman verə bilərlər. Antibiotik vasitələrdən istifadə isə yolverilməzdir. Antibiotiklə müalicəyə ancaq həkim qərar verə bilər".
Pediatr-infeksionist əlavə edib ki, sağlam qidalanmaqla, gigiyena qaydalarına düzgün əməl etməklə, insanlarla sıx təmasdan uzaq olmaqla xəstəliklərdən qorunmaq mümkündür.
Milli.Az /news.milli.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
Azərbaycanlı alim vəfat etdi
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın