Uşaqlar niyə kütləvi şəkildə xəstələnir? - Zənglərin ardı-arası kəsilmir

Uşaqlar niyə kütləvi şəkildə xəstələnir? - Zənglərin ardı-arası kəsilmirSon vaxtlar uşaqlar arasında yayılan xəstəliklər valideynlərin narahatlığına səbəb olub. Bəziləri COVİD olduğunu deyir, bir qismi qızılcadan şübhələnir, digərləri isə yeni bir virus yayıldığını iddia edirlər. Xəstəliyi ağır keçirən də var, iki günə sağalan da.
Bəs uşaqlar arasında yayılan xəstəlik əslində nədir? Həqiqətən, koronovirusdur, yoxsa yeni növ virusla üz-üzəyik? Ən əsası, bu virusla necə mübarizə aparmalıyıq?
Qızdırma, öskürək, halsızlıq...
Pediatr Vaqif Qarayev deyir ki, payız və qış aylarında havaların soyuması virusların aktivliyini artırır. Bu dövrlərdə respirator infeksiyalar (soyuqdəymə, qrip və s.) daha çox yayılır. Soyuq havada uşaqların immuniteti zəifləyir və viruslara qarşı həssas olurlar: "Hazırda uşaqlar arasında yayılan mövsümi viruslardır. Bu, hər il olub, olacaq da. Ölkə ərazisində havalar tez-tez dəyişir. Bu mövsümdə daha çox tənəffüs sistemini zədələyən respirator viruslar baş qaldırır. Ümumi əlamətləri isə qızdırma, burun tıxanıqlığı, öskürək, halsızlıq və zəiflikdir. Valideynlərin bəziləri COVID olduğunu düşünür. "COVID yoxdur" demirik, amma hazırda koronavirusla bağlı ölkədəki vəziyyət qənaətbəxşdir. Bu viruslar COVID deyil, mövsümi viruslardır".
Zənglərin ardı-arası kəsilmir
Virusla mübarizə aparmağın yollarına gəldikdə isə, pediatr deyir ki, onun kütləvi şəkildə yayılmasının səbəbi bağçalar və məktəblərdir: "Xüsusilə, 16 sentyabrdan sonra uşaqların xəstələnməsi ilə bağlı zənglərin ardı-arası kəsilmir. Valideynlər də şikayətlənirlər ki, uşaq məktəbə gedir, xəstələnib gəlir. Uşaqların qapalı məkanlarda, xüsusən də məktəblərdə və bağçalarda sıx təmasda olması virusların asanlıqla yayılmasına şərait yaradır. Qrup şəklində tədris zamanı bir uşağın xəstə olması digərlərinə də infeksiyanı ötürə bilər. Bunun səbəbi məktəb, yaxud bağça deyil, valideynlərdir. İnfeksiya məktəbdən öncə də var idi. İnfeksiyanı yaradan məktəb deyil. Sadəcə olaraq, xəstə uşaq məktəbə getməməli, evində oturmalıdır. Uşağını xəstə-xəstə məktəbə yola salan valideyn həm öz övladını təhlükəyə atır, həm də digər uşaqları yoluxdurur. Çünki xəstə uşaq evdə istirahət etməsə, gec sağalır, hətta bəzən ağırlaşma halları olur. Biz bunu valideynlərə izah edə bilmirik. Mövsümi viruslar ev şəraitində üç-dörd günə sağala bilər. Əsas qızdırmaya nəzarət etmək, meyvə-tərəvəzlərlə zəngin menyu və yataq rejimidir. Ümumiyyətlə isə, əllərin düzgün yuyulmaması, sanitariya qaydalarına riayət olunmaması virusların yayılmasını asanlaşdıran əsas faktorlardandır. Uşaqlar arasında gigiyenik vərdişlərin aşılanması vacibdir".
Uşaqlar üçün təhlükəli virus - Koksaki
Hazırda uşaqlar üçün təhlükəli hesab edilən virus isə Koksakidir. Həkim vurğulayır ki, bu virus qızdırma və ishalla müşahidə olunur: "Bu virusu kiçik yaşlı uşaqlar üçün daha təhlükəli hesab edirəm. Çünki qusma və ishalla uşaqlar maye itirir, bu, kompensasiya olmalıdır. Üç yaşa qədər, xüsusilə südəmər uşaqlarda həkim nəzarəti mütləqdir. Evdə müalicə, həkim məsləhəti olmadan uşağa antibiotik vermək vəziyyəti daha da pisləşdirir. Xəstəliyin əlamətlərinə gəldikdə isə, hərarət yüksəlir, ağızda, əllərdə, ayaqlarda, bəzən genital nahiyədə səpkilər müşahidə olunur. Spesifik müalicəsi yoxdur, hərarətə nəzarət etmək, ağız boşluğunun gigiyenasına fikir vermək lazımdır. Virus düzgün müalicə olunarsa, 5-7 gün ərzində keçir".
COVID testi pozitiv çıxan uşaqlar da var
Pediatr Nigar Mirzəyeva da təsdiqləyir ki, müraciət edən uşaqlarda yüksək hərarət, davamlı asqırma, burun axıntısı, əzələ və boğaz ağrısı müşahidə edilir: "Payızın gəlişi, məktəb və bağçaların açılması səbəbilə uşaqlar arasında kəskin respirator virus infeksiyaları ilə yoluxma halları artmaqdadır. Viruslar yoluxucu olduğu üçün qapalı məkanlarda bir uşaq xəstələndiyi zaman bütün uşaqlar bu virusa yoluxurlar. Yoxlanışa gələn uşaqlarda aparılan qan və ya boğaz yaxma analizlərində COVID testi pozitiv çıxan uşaqlar da olur".
Ağırlaşmaların qarşısını alan ən yaxşı vasitə
Xəstəliyin müalicəsinə gəldikdə, pediatr vurğulayır ki, digər virus infeksiyalar kimi bol maye qəbulu, istirahət və simptomatik müalicə aparılır: "Hərarətsalıcı, öskürək əleyhinə müalicə, burun tıxanıqlığı və ya axıntısı ilə bağlı burun damcıları təyin olunur. Qorunma yollarına gədikdə isə, ilk olaraq, bağça və məktəbə getməzdən öncə, uşaqların yaşa uyğun bütün peyvəndlərinin tamamlanması məsləhətdir. Peyvəndlər virusa bağlı ağırlaşmaların qarşısını alan ən yaxşı vasitədir. Bu gün uşaqların ağırlaşmalarla xəstəxanaya yatış səbəbi əsasən, inflüenzadır. Xüsusilə oktyabr-noyabr aylarında qrip peyvəndi ilə bundan qorunmaq mümkündür. Hazırda həm dövlət, həm də özəl xəstəxanalara müraciət edib yararlana bilərlər".
Həkimlər vurğulayır ki, viruslardan qorunmaq üçün uşaqlar tez-tez əllərini yumalı, gigiyenik qaydalara riayət etməli, onların sağlam və balanslı qidalanmasına diqqət yetirilməli, olduqları məkanların havasını tez-tez dəyişməli və mövsümə uyğun geyimlər seçərək havanın təsirlərindən qorunmalıdırlar. Peyvəndlər, xüsusilə qripə qarşı vaksinlər, uşaqların virus infeksiyalarına qarşı müdafiəsini gücləndirir.  ("Kaspi" qəzeti)
Milli.Az

Xəbərlər     Baxılıb: 1656   Tarix: 05 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

gozel gorunmek makiyaj etmek qaydalari donlar 2026 qarabasaq kotleti həyat stili cəlil məmmədquluzadə dişlərə qulluq kosmetika haxışda heyati naz mila qz eviyçun hakışta paxlava