Uşaqlara alça və çiyələk verməyin! — Xəbərdarlıq

Uşaqlara alça və çiyələk verməyin! — XəbərdarlıqMay ayı gələr-gəlməz çiyələk, alça artıq satışa çıxarılır.
Qiymətləri baha olsa da, iştahı çəkən və alıb yeyənlər də az deyil. Ancaq hamımız bilirik ki, hazırda satışda olan çiyələk və alça təbii şəkildə yox, istixanada yetişdirilib. Bu meyvələrin sağlamlığa ziyanı bilinsə də, bəzi valideynlər azyaşlı uşaqlarına alıb yedizdirməkdən ehtiyat etmirlər.
"Uşaqdır, tamahı çəkdi, alıb verdim" kimi bəhanələri də var. Süni yetişdirilən məhsulların "zəhərlənmə" təhlükəsini nəzərə alan isə yoxdur.
Xanim.az bildirir ki, Ailem.az bu haqda tanınmış pediatr Vaqif Qarayevin fikirlərini öyrənib. Həkim valideynlərə hazırda satılan çiyələk və alçanı yedizdirməməyi məsləhət görür.
Hər iki giləmeyvənin faydalarını inkar etməyən V.Qarayev deyir ki, hazırda satışda olan çiyələk və alçanı uşaqlara vermək olmaz: "Uşaq orqanizmi üçün faydalı olan bu giləmeyvələri mövsümündə yemək lazımdır. İndi satışda olan çiyələk və alça istixana məhsuludur. Çiyələyin daha da qırmızı, alçanın böyük olması üçün mütləq tərkibinə kimyəvi maddə vurulub. Süni yolla yetişdirildiyində isə çiyələk və alçanın faydasından əsər qalmır. Ancaq vaxtında, təbii yolla yetişdirilən çiyələk və alça sağlamlığa faydalıdır. Tərkibi vitamin və mikroelementlərlə zəngin olan bu giləmeyvələr diş əti, mədə-bağırsaq, ürək qan-damar, tənəffüs sistemi problemlərinə qarşı çox faydalıdır. Odur ki, hər meyvəni vaxtında yemək lazımdır".
Süni yolla yetişdirilən istənilən məhsulun sağlamlığa zərərli olduğunu vurğulayan V.Qarayev əlavə edib ki, hər bir meyvə, ya tərəvəz təbii yolla yetişəndə onun orqanizmə faydalarından yararlanmaq mümkün olur: "Süni yolla yetişdirilən qida sadəcə qəşəng görünüşə malik olur, dadı isə yoxdur. İstixanada süni yolla yetişdirilən məhsullar mədə-bağırsaq sistemini pozur, allergik problemləri kəskinləşdirir".
Pediatr qeyd edib ki, indi bazarlara nəzarət yoxdur: "Baxırsan ki, bazarda satılan pomidorlar qıpqırmızıdır. Axı necə ola bilər ki, mayda pomidor o cür qızarsın. Bir qidanı nə qədər optimal temperaturda saxlasan belə, tərkibinə kimyəvi maddə vurulmasa, o cür qızarmaz. Hər kəs bunun təhlükəsindən xəbərdar olmalıdır".
"Əsasən 2 yaşdan sonra uşaqlara çəkinmədən çiyələk və alça, eləcə də onlardan hazırlanmış kompotlar vermək olar. İndi uşaqlar allergiyalı dünyaya gəldiyindən valideynlər onlara şirin qida verməkdən ehtiyat edirlər. Çiyələk allergiyaya səbəb olan giləmeyvə olduğundan, əvvəlcə uşağın çiyələyə qarşı allergiyasının olub-olmadığı yoxlanmalıdır. Yoxdursa, verilməsində heç bir problem yoxdur. Bəzi düşüncələrə görə də, uşağa 5 yaşından sonra kompot verilə bilər. Amma 5 yaşdan öncə də kəm şirin kompotlar vermək olar".

Ailə və Uşaq     Baxılıb: 8311   Tarix: 01 iyun 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

turlar.az

qadın geyimi qadin dunyasi gelinlikler elm haqqinda atalar sozu hakışta xınayaxdı sözləri hind paltarlari sifahi xalq edebiyyati kosmetika hakıştalar nizami gəncəvi efsaneler seksler laylalar