Uşaqlara tərbiyəni ana bəxtnində olarkən verin

Uşaqlara tərbiyəni ana bəxtnində olarkən verinABŞ-da "baby shine" adı altında maraqlı bir terapevtik üsul var ki, uşağın embrional inkişafına birbaşa təsir edir və Psixoloji Mərkəzlərdə, Klinikalarda belə uğurla istifadə olunur. Bu ananın körpəylə danışması adlanır. Ana gün ərzində nələr edirsə, özünü necə hiss edirsə bu barədə körpəsinə raport verir: "Ana indi ataya yemək verməyə mətbəxə gedir", " bir az darıxdıq gəl gedək bir az televizora baxaq", "Ata əsəbidi gəl onu güldürək". Bu metod uşaqlarda intelektual səviyyəni artırır, buna görə də uşaq daha tez dil açır, səlist və aydın ünsiyyət qurur.

Ümumiyyətlə ilk anda qəribə gələn bu anlamı gəlin sizə sadələşdirək. İstəyərdim söhbətimizə Məhəmməd Peyğəmbərin hədislərindən biriylə başlayım. "Bir gün ailə 40 günlük uşağı S.Ə.S. Məhəmməd Peyğəmbərin yanına gətirib onun vətənə, xalqa, ailəsinə xeyirli övlad olması üçün tərbiyəsi ilə bağlı məsləhət almaq istəyirlər. Peyğəmbərimiz isə "aparın bu uşağı artıq onun üçün gecdi" demişdi. Çox vaxt biz bu hekayəni eşidəndə düşünürük ki, uşağı ilk doğulduğu andan etibarən tərbiyə etməliyik. Əslində dövrünün filosofu olan M.P burda hətdə uşağın ana bətnində olan tərbiyəsin nəzərdə tutmuşdu. Hətta dində də Allah Uşağa ana bətnində 2ay yarımında ruh verir. Tibbi olaraq artıq uşağın 3 ayında əsas struktur orqanları tam yaranır. Deməli artıq uşağı tərbiyə eləmək vaxtı başlayır. Düşünün doğulanda belə dilsiz-ağızsız körpəyə nəsə öyrətmək çətin olur. Dili olmasa belə öz münasibətin ən azı ağlamaqla göstərir. Amma ana bətnində isə tam rahat və ən uğurlu tərbiyə etmək mümkündür. Körpə tam sizin istədiklərinizi qəbul edir və bu cür inkişaf edir.

Çox yaxşı olardı ki,anamız özünə hamiləlik boyu bir qeyd edə biləcəyi dəftər ayırsın. Ora övladından nələr görmək istədiyini qeyd etsin: "1.Sarışın, göy göz olsun. 2. Hamıyla ünsiyyətə girən, ağlamayan uşaq olsun, 3. Burnu balaca olsun. 4. Saçları buruq olsun və s."mümkün olsa göz qabağında ola biləcəyi yerə yapışdırsın və üstündə ayın tarixini qeyd etsin. Məsələn, soyuducunun, yataq otağında şfanerinin üstünə və hər dəfə yanından keçəndə oxusun yadına əlavə etmək istədiyi şeyləri yazsın. Ayın sonunda yeni boş vərəqə əvvəlki vərəqdəki istəklərdən ən çox istədiyi 5 punktu əlavə edərək yapışdırsın. Bu hamiləliyin sonuna qədər belə davam eləsin. Övladı dünyaya gələndə ana özünü rəssam kimi hiss edəcək.

Ümumiyyətlə ananın hamiləlik boyu dinlədiyi musiqilər çox önəmlidir. Bəzən biz shopen, mozart kimi dünya klassiklərinin musiqisini dinləyirək uşağımızı daha "mədəni" olmasını istəyirik. Əslində isə bu tam belə deyil. Psixologiyada Etnopsixologiya deyilən bir elm varki, burada hər bir millətin fərqli zövlərə, iqlimə,yaşayış tərzinə bir sözlə bütün ekoloji və sosial faktorların təsiri ilə insanların psixologiyası öyrənilir. Yəni Azərbaycanlı ananın və körpənin öz etnosundan olmayan musiqiyi dinləməsi elədə effekt vermir. Ana çalışmalıdı dinlədiyi musiqilər Azərbaycan mənşəli musiqi( Sözsüz mahnı) qulaq assınlar. Bu övladlarını vətənpərvər və anaya bağlı, özgüvəni yüksək, komunikativ uşaq edəcək. Məsələn elə bizim əksəriyyətimiz himnimiz və ya sarı gəlinimiz və ya başqası bunları dinləyəndə çox həssaslaşır, qəribə hisslər keçiririk, el dili ilə desək "tüklərimiz biz-biz olur" bu da bizim genetik yaddaşımızı göstərir.

Sonda isə onu qeyd etmək istəyirəm ki, əziz analar, bəzən övladlarımızı hansısa formada görmək istəyirik bəzən buna zorlayırıq sonda isə çox vaxt məyus olur, daxili istəyimizə görə göstərdiyimiz təzyiqlər bəzən uşaqlarımız tərəfindən üsyanla qarşılanır. Ondansa bunu zamanında sizin tam nəzarətiniz altında etsəz nə siz incimərsiniz nə də övladınız.

Ailə və Uşaq     Baxılıb: 3086   Tarix: 03 yanvar 2015
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

turlar.az

reseptler makiyaj etmek qaydalari yaz geyimleri 2026 paxlavalar qisa saclarin yigilmasi xercengden qoruyan qidalar toy ideyalari kosmetika bir arzum var heyati prostat vətən haqqında atalar sözləri namiq qaraçuxurlu