Uşaqlarda boy qısalığının səbəbi imiş

Uşaqlarda boy qısalığının səbəbi imişUşaqlarda boyun qısa olması təkcə genetik və ya yanlış qidalanma ilə bağlı deyil, bəzi sağlamlıq problemləri və ya gündəlik vərdişlər də bu vəziyyətə səbəb ola bilər.
Milli.Az xəbər verir ki, mütəxəssislər erkən diaqnoz və düzgün üsullarla boy inkişafına təsir etməyin əhəmiyyətini vurğulayır.
Prof. Dr. Gülay Karagüzel bildirir ki, uşaqların boy inkişafını izləmək üçün yaş və cinsiyyətə uyğun böyümə əyrilərindən istifadə olunmalıdır. O, bəzi hallarda "boyu qısa" kimi görünən uşaqların normal boyda olduğunu qeyd edir. Buna görə doğuşdan etibarən bütün uşaqların böyümə göstəriciləri mütəmadi olaraq izlənməlidir.
Karagüzel əlavə edir ki, sağlam qidalanma, yuxu rejimi və müntəzəm fiziki fəaliyyət uşağın böyüməsində ən vacib düzəldilə bilən amillərdir. Bununla yanaşı, genetik potensial və emosional vəziyyət də nəzərə alınmalıdır. Boy qısalığının bəzi hallarda xroniki xəstəliklərin əlaməti ola biləcəyini vurğulayan Karagüzel uşaqların müayinəsinin sistemli şəkildə aparılmasının vacibliyini bildirir. Əgər boy qısalığı kilo itkisi ilə müşahidə olunursa, bu, protein-enerji çatışmazlığı və ya bağırsaq pozğunluqları kimi problemlərdən qaynaqlana bilər.
Prof. Karagüzel xroniki böyrək, qaraciyər, metabolik, qan, ürək xəstəlikləri və erkən yetkinlik kimi faktorların da boy qısalığı ilə əlaqəli ola biləcəyini qeyd edir. Uşaqların qidalanmasında onların yaşına uyğun kalori tələbatını qarşılamaq, balanslı və təbii qidalarla təmin etmək əsas şərtdir. Rafinə olunmuş qidalardan və balanssız qidalanmadan uzaq durmaq tövsiyə edilir.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1935   Tarix: 24 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

turlar.az

makiyaj etmek qaydalari qadin dunyasi qaşların formalari toy donlari 2026 tutmalar sevgi dünyası xəyanət kosmetika sanama qaynana hakista qaynanaya aid kurtlar vadisi usaq geyimleri