Uşaqlarda bu əlamətlər SƏTƏLCƏMDƏN xəbər verir

Uşaqlarda bu əlamətlər SƏTƏLCƏMDƏN xəbər verir Havalar bir az  soyuyan kimi uşaqlarınəksəriyyəti öskürməyə başlayır. Təbii ki, valideynlər də dərhal təşvişə düşərək, uşağa soyuq dəydiyini zənn edir və öskürəyin keçməsi üçün hər vasitəyə əl atır. Lakin nəzərə almaq lazımdır ki, öskürək heç də hər zaman soyuqdəymənin əlaməti deyil.  Bəzən bu düzgün nəfəs almamağın, virusun, allergiyanın və digər ciddi xəstəliklərin nəticəsi ola bilər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, pediatr Günay Rəsulova açıqlama verib. Onun sözlərinə görə uşaqlarda öskürək hətta sətəlcəmin əlamətləri ola bilər:
"Soyuq hava ilə əlaqədar olaraq uşaqlarda üst tənəffüs yolu xəstəliklərinin sayı artıb. Bu xəstəliklərdən daha çox biz bronxit, rinit, sinusit, tonzilit( angina) kimi infeksiyalara rast gəlirik. Bu infeksiyalar uşaqlarda  əvvəlcə yüksək qızdırma, halsızlıq, iştahsızlıq, qusma, yeməkdən imtina etmə və öskürəklə özünü biruzə verir. Əgər uşaqlarda öskürək aparılan müalicələr baxmayaraq keçmir və qızdırma halı müşahidə olunursa, biz belə uşaqlarda artıq pnevmaniyadan şübhələnməyə başlayırıq".
Pediatrın sözlərinə görə, pnevmaniya çox ağır xəstəlikdir:
"Pnevmaniya ağciyərlərin iltihabı xəstəliyidir. Adətənel arasında sətəlcəm də deyilir. Bu xəstəlik zamanı uşaqda tənginəfəslik, boğulma, xışıltılı tələffüs, halsızlaşma və boğulma halları müşahidə edilir.  Belə uşaqları xüsusilə gecə saatlarında boğucu öskürək tutur. Əgər uşaqda  bu sadalanan əlamətlər varsa mütləq pediatra müraciət etmək lazımdır. Sətəlcəm hətta uşaqlarda ağciyər çatışmazlığına da gətirib çıxarır. Ona görə zamanında həkimə müraciət edib, uşaqda sətəlcəm olub-olmamasını müəyyənləşdirmək lazımdır.  Xüsusilə əgər ev şəraitində aparılan müalicə effekt vermir və uşağın hərarəti getdikcə yüksəlirsə həkim müayinəsi qaçılmazdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1707   Tarix: 23 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

geyim və ayaqqabılar donlar 2026 kosmetika mehsullari mexmerek buxaq serebral iflic usaqlar pehriz salatlar kosmetika sevgi heyati video vətən haqqında bayatılar englishdilində qulaq