Uşaqlarda bud-çanaq oynağının çıxıqları necə müəyyən olunur?

Uşaqlarda bud-çanaq oynağının çıxıqları necə müəyyən olunur?Yenidoğulmuşlarda ən çox rast gəlinən problemlərdən biri də bud-çanaq oynağının çıxıqları-displaziyasıdır. Bunun daha çox ana bətnində yaranan problem olduğu bildirilir. Amma bəzi hallarda problem doğuş zamanı meydana gəlir. Bu çıxıqlara daha çox qız uşaqlarında rast gəlindiyi deyilir. Mütəxəssislər hesab edir ki, bu problem nə qədər tez aşkarlanarsa, aradan qaldırmaq da bir o qədər asan olar.
Milli.Az e-tibb.az-a istinadən bu problemlə bağlı pediatr, uzman həkim Ülvi Əliyevin fikirlərini təqdim edir:
"Ayaqlarını yerə dirəmir", "Bir tərəfdə büküşlərin sayı azdır","Uşağı bələyəkmi?" Bu şikayətlər çox vaxt bud-çanaq oynağı cəhətdən narahatlıq keçirən valideynlərin fikirləridir. Bud-çanaq oynağı displaziyası oynaq başının çökəkliyinin formalaşmaması nəticəsində bud sümüyünün yarım və tam çıxığıdır. Meyllilik yaradan səbəblər arasında sağrı gəlişi (tərs gəliş), cinsiyyət, bələmə, ailədə bu halın əvvəlki uşaqlarda olması, ilk uşaq, oliqohidroamnios (dölyanı suyun az olması), tortikollis (boyunda əyrilik) sayıla bilər.
Əkiz uşaqlarda (tək yumurta əkizlərində) görülmə riski artıb. Daha çox sol tərəfdə olur.
Ayaqları dirəmək uşaqda refleksdir və onun çıxıq olduğunu göstərməkdə heç bir rolu yoxdur.
Büküşlərin sayına gəldikdə isə hər 4 uşaqdan birində büküş sayı bərabər olmaya bilər, amma onda bud çıxığı olmaz, tam normal olar.
Əsas məqsədimiz ən erkən zamanda (6 aya qədər) bud çıxığı və ya displaziya olmasını müayinə etməkdir.
Ən ideal vaxt 2-3 ay arası USM etməkdir. 4 aydan sonra birmənalı olaraq Rentgen müayinəsi tövsiyə olsa da, xüsusi hazırlıqlı mütəxəssislər 6-cı aya qədər ultrasəs ilə müayinə edə bilirlər.
Heç bir risk amili olmadan da ortaya çıxdığı üçün müayinə vacibdir.
Ultrasəs müayinəsi 6-cı həftədən 4 ay yarıma qədər ən yaxşı müayinə vasitəsidir. Uşağa ziyanı yoxdur (şüalanma yoxdur).
Bələyək, yoxsa yox? Ənənəvi bələmə ayaqları düz tutar və displaziya riskini artırar. Ancaq "güvənli sarıma" metodunda uşaq ayaqlarını bükə bilir və displazi çıxıq riski azdır. Amerika hinduları arasındakı tədqiqatda bu cür sarımaqla displaziyanın 6 dəfə azaldığı görülüb. Yaponiya və Türkiyədə də bənzər təcrübənin olduğu bildirilib. "Pavlik bandaji" ən effektli müalicə vasitəsidir.
Asiya, Afrika xalqlarında bələmə yoxdur. Onlar körpəni ayaqları aralı vəziyyətdə boyun və ya kürəyə bağlayaraq götürürlər və onlarda displaziya minimum həddədir. Slinq adlı vasitələr də bu qəbildəndir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1553   Tarix: 06 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

gelinlikler toy gecesi maskalar kosmetoloqiya sac horukleri qonaq otagi dizayni geyimler 2026 kosmetika şəkərbura vətən həsrəti veten haqqinda atalar sozu dovsan yuxuda qara ilan gormek