Uşaqlarda diqqət dağınıqlığının səbəbləri

Uşaqlarda diqqət dağınıqlığının səbəbləriUşaqlarda hiperaktivliklə əlaqədar diqqət dağınıqlığının səbəbləri tam bilinmsə də, onun nevroloji və genetik faktorlarla əlaqədar olduğu güman edilir. Amma bunun beynin ön tərəfində neyronlarda baş verən çatışmazlıq səbəbli olduğu öz təsdiqini tapmışdır. Beynin ön hissəsi diqqətin, davranışın, plan qurmanın, yaddaşın, motivasiyanın nəzarət olunmasına xidmət edir. Hamiləlik vaxtı çoxlu sayda dərmanların, spirtli içkilərin qəbulu, müxtəlif infeksiyalar, ağır doğuş travmaları, yarımçıq doğuşlar və azyaşlı uşaqlarda beyin travması məktəb yaşlarında uşaqların diqqət dağınıqlıqlarına səbəb ola bilir. Çevrəsəl amillər və ailə vəziyyəti uşaqlarrın hiperaktiv və diqqət dağınıqlığına səbəb ola bilməz.
Uşaqlarda diqqət dağınıqlığının, diqqətin bir yerə toplana bilinməməsinin səbəbi bioloji pozğunluqlarla əlaqədardır. Belə uşaqların valideyinlərindən tez-tez aşağıdakı sözləri eşitmək olur:
- Uşağımın fikri çox dağınıqdır, yaddaşı zəifdir, o hər şeyini itirir.
- Uşağım bir məsələni həll etmək üçün saatlarla vaxt sərf edir.
- O adi bir işi axıra çatdıra bilmir.
- Uşağım kompyuterlə əlaqədar olan hər şeyi bilir, amma dərslərini hazırlaya bilmir.
- O çox zəki bir uşaqdır, heç birimizin diqqətini çəkməyən şeylərə diqqət yetirir, amma dərslərini hazırlaya bilmir.
Uşaqlarda diqqət dağınıqlığı hiperaktivliklə bir tərəzidə ölçülür. Diqqətsizlik uşaqlara vurulan bir damğa deyil, o müalicə oluna bilinən kliniki bir əlamətdir.
Diqqət dağınıqlığı olunan uşaqların hamısında hiperaktivlik müşahidə edilmir. Bəzi hallarda müxtəlif sıxıntıları olan, özünə qapanıq uşaqlarda da diqqət dağınıqlğına rast gəlmək olur. Diqqət dağınıqlığı uşaqlarda tez-tez rast gəlinən yaddaşla əlaqədar olan patologiyadır. O əgər vaxtında və düzgün müalicə olunmazsa, həmin uşaq böyüdükdə həyat və sosial davranışlarıda geriliyə, özgüvən çatışmazlığına mübtəla olacaq. Belə uşaqlar yaşlarının az olduğu vaxtda öz yaşıdlarının və valideyinlərini incitdiyi kimi, böyüyəndə də çevrəsində olan adamlara qarşı xoş olmayan münasibətlərlə zərər verə bilir.
Belə uşaqlara dərsdə sakit oturmaq, qarşısındakının sözünə diqqətlə qulaq asmaq çətin olur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1227   Tarix: 03 sentyabr 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

qadin dunyasi geymler 2026 kosmetoloq dərslər toy ideyalari laylalar milli yeməklər kosmetika eqreb xanim az paxlava rus dilini öyrənək