Uşaqlarda ən çox rast gəlinən göz xəstəlikləri

Uşaqlarda ən çox rast gəlinən göz xəstəlikləriTexnologiyalar uşaqların gözünə təsirsiz ötüşmür. Saatlarla telefona və ya kompüterə baxan balacalar sonralar onun fəsadları ilə üzləşirlər. Azyaşlıların müasir texnologiyalardan istifadəsi məsləhət görülməsə də, məktəbyaşlı uşaqlar kompüterdən yararlana bilərlər. Bu zaman hər yarım saatdan bir 15 dəqiqə fasilə verməklə uzaq məsafəyə baxaraq gözə istirahət vermək məsləhətdir.
Həkimlərin dediyinə görə, televizor qarşısında həddindən çox vaxt keçirən və planşetdən istifadə edən uşaqlarda görmə qabiliyyəti zəifləyir. Ümumilikdə isə 2 yaşa qədər uşaqların telefondan istifadə etməməsi məsləhətdir.
Milli.Az bildirir ki, oftalmoloq Sevda Bəşirova AZƏRTAC-a deyib: "Uşaqlar normal halda bir dəqiqədə gözlərini 16-18 dəfə qırpmalıdır. Kompüter, planşet və telefondan istifadə edən uşaqların gözqırpma sayı azalaraq 10 dəfəyə qədər düşür, eyni zamanda gözdə quruluq, qaşınma, diskomfort, yaşarma kimi hallara rast gəlinir".
Göz ətraf təsirə qarşı ən həssas orqan olduğuna görə həkimlər valideynlərə diqqətli olmağı məsləhət görürlər. Uşaqların əl gigiyenasına, eləcə də onların telefon və planşetlərdən istifadəsinə diqqət yetirməlidirlər.
Təcrübə göstərir ki, uşaqlar arasında göz tənbəlliyi, çəpgözlük, miopiya, hiperopiya, astiqmatizm kimi göz xəstəlikləri üstünlük təşkil edir. Ona görə ildə bir dəfə onların gözlərini müayinə etmək tövsiyə olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1528   Tarix: 03 iyun 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

donlar 2026 yay geyimləri 2026 adlarin menasi qadın və kişi sağlamlıq mələk kartları çək xolesterini azaldan qidalar kosmetika oxu az qiz burcu sağlamlığa aid atalar sözləri zəhmət sekisler