Uşaqlarda görmə zəifliyinin əsas səbəbi- Tənbəl göz nədir?

Uşaqlarda görmə zəifliyinin əsas səbəbi- Tənbəl göz nədir?Göz problemləririndən biri də "tənbəl göz"dür. Tibbi dildə Abliopiya adlandırılan bu problem ən çox uşaqlarda aşkarlanır. Daha doğrusu, tənbəl göz problemi uşaqlıq, körpəlik dövründən başlayaraq inkişaf edir. Uşaqlarda görmə zəifliyinin əsas səbəblərindən biri hesab olunur. Abliopiya nədir? Hansı səbəblərdən yaranır? Bu hal necə aradan qaldırılır? Ümumiyyətlə, onu aradan qaldırmaq mümkündürmü?
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyevanın bu barədə hazırladığı məqaləni təqdim edirik:  
Tənbəl göz, gözlərdə, görmə sistemində fiziki müayinə zamanı aşkarlanmayan qüsur, heç bir struktur dəyişiklik olmadan optik korreksiya ilə, cərrahi müdaxilə ilə artmayan görmə zəifliyidir.
Ambliopiya anormal binokulyar qarşılıqlı təsir nəticəsində görmə kəskinliyinin birtərəfli və ya ikitərəfli azalmasıdır. Ambliopiya yunanca "amblios" küt və ya solğun, "OPS" görmə deməkdir. Müayinə edən həkim heç bir dəyişiklik görmədiyi bir halda xəstələrin zəif gördükləri vəziyyət. Yəni "Tənbəl göz" - gözün özündə hər hansı bir daxili orqanik nevroloji anomaliyası ilə deyil, görmə ilə əlaqəli olan beyin kortikal sahəsində inkişaf problemidir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2015-ci ildə olan məlumatına görə, dünyada əhalinin 1-5% ində müxtəlif dərəcəli ambliopiya rast gəlinir. Vaxtından əvvəl doğulmuşlarda və vaxtında müayinə olunmayan uşaqlarda daha çox rast gəlinir.
Göz tənbəlliyi adətən körpəlik və erkən uşaqlıq dövründə (doğumdan 7 yaşadək) başlayır. Bu, bütün ölkələrdə uşaqlar arasında görmə zəifliyinin demək olar ki, əsas səbəbidir.
Ambliyopiya əksər hallarda yalnız bir gözdə olur, lakin hər iki gözdə də baş verə bilər. Erkən yaşlarda aşkarlanıb vaxtında müalicə olunsa, görmə itiliyini artırmaq olar, əks halda görmə zəifliyi ömürlük qalacaq.
Zəif görən gözə müvəqqəti və ya daimi istifadə üçün təyin olunmuş eynəklərlə, bəzi hallarda hətta kontakt linzalar, okkluziya, görmənin bərpası istiqamətində aparılan aktiv və passiv müalicə kursları ilə uşaqlara kömək etmək olur.
Ambliopiyanın zəif dərəcəsindən əziyyət çəkən bir çox uşaqlar dərk etmirlər ki, onlar zəif görürlər, çünki onların digər gözündə müqayisədə yüksək görmə qabiliyyəti olur.
Tənbəl gözlü insanlar adətən aşağıdakı simptomlardan biri və ya bir neçəsindən əziyyət çəkirlər:
Zəif görmə (bir və ya hər iki gözdə)
Görmədə ikiləşmə
Zəif stereo görmə
Zəif dərinlik qavrayışı: 3D şəkilləri, filmləri seyr edərkən çətinliklər
Aşağı Kontrast həssaslıq
Binokulyar görmə çatışmazlığı
Gözlərin çəpləşməsi (yuxarı, aşağı, xarici və ya daxili)
Başın anormal məcburi vəziyyəti (başın əyilməsi, üzü və ya çənəni yuxarı-aşağı çevirmək)
Uşaqlar fikirlərini ifadə edə bilmədiyi yaşlarda bu şikayətləri, simptomları yalnız valideynlər və müəllimlər uşaqların anormal vizual davranış ilə hiss edə bilərlər. Məhz bu səbəbdən erkən yaşda görmənin yoxlanılması lazımdır. Xüsusilə vaxtından əvvəl doğulmuşlar, zəif çəkili doğulanlar, ailə anamnezində ambliopiyası olanlar, inkişafdan geri qalanlar, müxtəlif sindromlu doğulmuşların müayinəsi vacibdir.
Ambliopiya reftaktiv qüsur (miopiya, hipermetropiya, astiqmatizm), çəplik yaxud obstruktiv (optik mühitlərin bulanması) səbəbindən ortaya çıxa bilir.
Müalicəsi refraksiyaya uyğun eynək təyin edilib yüksək görmə təmin etmək və tənbəl gözü görmə aktına cəlb etməkçün,yükləmək, yəni ən yaxşı görən gözü bağlamaqla zəif görən gözdən istifadə etmək istiqamətində aparılır. Okkluziya, pleoptika, medikamentoz və xususi təlim proqramları ilə müalicə 8 yaşına qədər uşaqlarda effekt verir, gecikmiş və düzgün riayət olunmamış hallarda isə individual olaraq lazımi nəticə əldə olunmaya bilər.
Abmbliopiya uşaqlarda təhsil səviyyəsinə və gələcəkdə karyera yüksəlişinə, özünə inam və həyatın ümumi keyfiyyətinə təsir göstərdiyi üçün valideynlərə diqqətli, məsuliyyətli və səbrli olmaq məsləhətdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1737   Tarix: 10 yanvar 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

qadin sayti donlar 2026 qadın geyimi ailə psixoloqiyası kakoslu paxlava hazirlanmasi meyvələrin faydası bilik haqqinda atalar sozu kosmetika novruza aid hakistalar itburnu arxadan olmag google vətən haqqında bayatı