Uşaqlarda göz xəstəlikləri artıb - SƏBƏBLƏR

Uşaqlarda göz xəstəlikləri artıb - SƏBƏBLƏRTexnologiyanın inkişafı özü ilə yeni uğurlar gətirməklə bərabər, eyni zamanda, müəyyən xəstəliklərə də yol açır.
Bunlardan biri də gözlərin zəifləməsidir. Təsadüfi deyil ki, eynəkdən istifadə edənlərin sayı günbəgün artır. Buna həm də texnoloji avadanlıqlardan həddindən çox istifadə də səbəb olur. Artıq bu problem o dərəcədə özünü büruzə verir ki, nəinki yaşlı insanlar, cavanlar, azyaşlıların da kiçik yaşlarından eynəyə ehtiyacı olur. Gözün getdikcə zəifləməsi isə gələcəkdə ciddi fəsadlara yol aça bilər.
Oftalmoloq-cərrah Taryel Rüstəmov Modern.az-a bildirib ki, uşaqlar çox erkən yaşlarda telefon və kompüterdən istifadə etməyə başlayırlar. Bu da azyaşlılarda göz zəifləməsini sürətləndirir: "Azyaşlı uşaqlarda göz zəifliyinin əsas səbəblərindən biri budur ki, onlar kompüter və telefonda oyun oynamağı sevirlər. Bu oyunlar uşaqları özünə aludə edir. Nəticədə onlardan aşırı dərəcədə istifadə etməyə başlayırlar. Valideynlər belə vəziyyətlərə hazır olmalı və övladlarına xüsusilə diqqət etməlidirlər ki, sonda bu problemlə üzləşməsinlər".
Taryel Rüstəmov qeyd edib ki, azyaşlı uşaqlarda göz zəifliyinin digər səbəbləri də çoxdur: "Qohum evlilikləri, irsi amillər, bununla yanaşı, metabolik xəstəliklərin olması, gözün orqanik xəstəlikləri, akkommadasiyanın spazmı və başqa amillərdən irəli gələ bilər".
T. Rüstəmovun sözlərinə görə, ciddi göz xəstəliklərindən əziyyət çəkən uşaqlar dərhal əməliyyat edilməlidir: "Elə xəstəliklər var ki, xəstənin uşaq vaxtında dərhal əməliyyat olunmasına ehtiyac olmur. Onlar uşaq yaşlarından ciddi nəzarətimiz altına götürülür. Müəyyən yaşdan sonra, adətən, 18-21 yaşdan sonra əməliyyat olunurlar. Ancaq katarakta, çəplik, anadangəlmə qlaukoma kimi ciddi göz xəstəliyinə tutulmuş uşaqlar ən tez zamanda əməliyyat olunmalıdırlar".
Həkim bildirib ki, uşaqların qida rasionuna diqqət etməsi vacibdir: "Daha çox vitaminli qidalardan istifadə edilməsi məqsədəuyğundur. Balıq məhsullarına, eləcə də, meyvə-tərəvəz, süd və süd məhsullarına üstünlük verilməlidir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1526   Tarix: 04 yanvar 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

donlar 2026 yay geyimləri 2026 adlarin menasi qadın və kişi sağlamlıq mələk kartları çək xolesterini azaldan qidalar kosmetika oxu az qiz burcu sağlamlığa aid atalar sözləri zəhmət sekisler