Uşaqlarda internet asılılığı hansı təhlükəli nəticələrə səbəb olur?
"Uşaqların həddindən artıq rəqəmsal məzmundan istifadə etməsi bir sıra mənfi təsirlərə səbəb ola bilər".
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Pediatrlar İttifaqının üzvü Dmitri Malıx bildirib.
Onun sözlərinə görə, uşaq həyətdə dostları ilə gəzməkdənsə, sosial şəbəkələrə üstünlük verirsə, bu, onun səhhətini pisləşdirə bilər.
"İnternetdən və smartfonlardan asılılıq akademik performansı pisləşdirə, yaddaşı azalda və ümumi sağlamlığa mənfi təsir göstərə bilər. Çox vaxt indiki uşaqlar həyətdə müxtəlif oyunlar oynamaq əvəzinə sosial şəbəkələri seçir", - deyə Malıx qeyd edib.
O əlavə edib ki, bu tendensiya davam edərsə, yaxın onillikdə xəstəliklərin beynəlxalq təsnifatında yenisi - məsələn, alkoqol və nikotin asılılığı ilə eyni səviyyədə olan rəqəmsal asılılıq kimi bir xəstəlik meydana çıxacaq.
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Rəqsanənin qızı adını dəyişdi - FOTO
Azərbaycanlı iş adamı model xanımı ilə Bakıya gəldi
Rəqsanənin qızı adını dəyişdi - FOTO
Səninlə keçirdiyim illər üçün Allaha minnətdaram
Artıq ana olmağa hazıram' - Hadisə
63 yaşlı müğənni plastik əməliyyat etdirdi - FOTO
6 ayda Türkiyədə 8 maşhur vəfat edib
Ebruya qarşı böyük tərbiyəsizlik etmişəm' - Sərdardan illər sonra etiraf
Səyahət edənlər daha çox yaşayırlar
18 yaşı tamam olmayan oğlunun maşın sürən görüntüsünü paylaşdı