Uşaqlarda iştahasızlığın aradan qaldırılması yolları

Uşaqlarda iştahasızlığın aradan qaldırılması yollarıUşaqlarda iştahasızlıq müasir dövrdə valideynlərin şikayətləndiyi ən aktual problemlərdən biridir. Bəzən həmin problemi həll etmək üçün valideynlər uşağı məcburi qaydada yedizdirirlər.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-pediatr Nigar Mirzəyeva bununla əlaqədar olaraq deyib: "Uşaqların yemək saatları, özlərinə məxsus qabları, qaşıqları olmalıdır. Onları zorla yedizdirmək düzgün deyil, qoy az yesinlər, lap iki-üç qaşıq yesinlər, amma məcburi yeyib travma almasınlar. Uşaqları məcbur yedizdirəndə onlarda yeməyə qarşı ikrah hissi yaranır".
Qidalandırma zamanı məcburiyyət, güc, şiddət tətbiq edilməsi yanlış üsuldur. Belə olanda uşaqlarda yeməklərə qarşı həvəs olmadığından zaman keçdikcə bir çox problemlər meydana çıxır. Ən əsası isə psixoloji aqressiv uşaq böyüyür.
Ümumiyyətlə, uşaqlarda iştahasızlığın əsas səbəbi əksər hallarda qidalanma tərzində olan qüsurlarla əlaqədardır. Düzgün seçilməyən qida növü, məcburi yedizdirmələr, qeyri-düzgün yuxu rejimi iştahasızlığa səbəb olan hallardır.
"1 yaşına qədər uşaqlar ilk üç ayda 1 kiloqram, daha sonra isə 800 qram çəki artırırlar. 1 yaşından sonra uşaqlar artıq yemək yaşına deyil, oyun yaşına keçdiklərinə görə onlarda yemək ikinci plana keçir. Ona görə də həmin yaşda olan uşaqlar üçün qidalanma o qədər də maraqlı deyil", - deyə həkim-pediatr bildirib.
Bu sahədə yeganə yol uşağın acmasını təmin etməkdir. Uşağın yeməkdən zövq almasına imkan vermək və özü istəyənə qədər ona yemək təklif etməmək lazımdır. Ac olanda isə çox yeməsinə imkan verməmək lazımdır. Bunlara əməl edəndən bir müddət sonra o da hamı kimi acacaq və onda yeməyə qarşı həvəs yaranacaq.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1138   Tarix: 13 aprel 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

sade makiyaj sekilleri qadin sayti toy makiyaji sekilleri soz ehtiyati artirmaq pomidorun ziyani goyemin faydasi uşaq psixologiyası kosmetika vətən haqqında atalar sözləri həsən bəy zərdabi gulmeli hakista baldiz arxadan olmag