Uşaqlarda nəfəsalma orqanlarının infeksion xəstəlikləri

Uşaqlarda nəfəsalma orqanlarının infeksion xəstəlikləriGöyöskürək - davamlı tutmaşəkilli öskürəklə xarakterizə olunan infeksion xəstəlikdir. Xəstəlik daha çox uşaqlarda rast gəlinir. Bəzən böyüklər də bu xəstəliyə tutula bilər.
Yenidoğulmuşlar və 1 aylığına qədər olan körpələr üçün o daha təhlükəlidir. Xəstəliyin törədicisi - göyöskürək çöpüdür.
Uşaq xəstə ilə sadə təmas zamanı yoluxa bilər. Mikrob günəş şuaları təsirindən, yüksək və alçaq temperaturlarda asanlıqla məhv olur. Buna görə də göyöskürəyə tutulmuş xəstənin olduğu otağın xüsusi təmizlənməsinə ehtiyac olmur. Sadəcə, otağın havasını tez-tez dəyişmək kifayət edir. Xəstə uşağın oyuncaqlarını, qab-qacağını və digər əşyalarını sabunla yumaq lazımdır.
Uşaqlarda göyöskürəyə qarşı həssaslıq çox yüksəkdir. Ona görə də onlara mütləq bu xəstəliyə qarşı peyvənd vurdurun (bu peyvənd bütün uşaqlar üçün vacib olan peyvəndlər siyahısına daxildir). Peyvənd olunmuş uşaq göyöskürəyə tutulsa da, onu daha yüngül keçirir. Keçirilən xəstəlikdən sonra davamlı ömürlük immunitet əmələ gəlir. Uşaqlıqda bu xəstəliyi keçirməmiş böyüklər də istənilən yaşda göyöskürəyə yoluxa bilərlər.
Xəstəliyin başlanğıcı KRVİ-yə bənzəyir. Lakin KRVİ-də olan öskürək daha yüngül olur və tez keçib gedir. Göyöskürək zamanı isə öskürək artaraq davamlı və tutmaşəkilli xarakter alır. Bir neçə dəqiqə çəkən ağır tutmaşəkilli öskürək fit səsli dərin nəfəsalmalarla əvəzlənir. Bu zaman uşağın üzü qızarır, sonra göyərir, bəzən öskürək qusma, qeyri-iradi sidik buraxma ilə tamamlanır. Üzücü öskürəkdən sonra uşaq halsız, yorğun olur, sifəti avazımış və bir qədər şişkin görünür.
Südəmər uşaqlarda göyöskürək zamanı baş verən öskürək tutmaları tənəffüs dayanmasına gətirib çıxara bilər! Məhz buna görə də belə uşaqlarda göyöskürəyə azacıq şübhə olduqda, onları dərhal xəstəxanaya yerləşdirmək daha yaxşı olar. Göyöskürəyə tutulmuş hətta böyük uşaqları belə, nəzarətsiz qoymaq olmaz! Çünki xəstəlik zamanı baş verən öskürək tutmaları istənilən an tənəffüsün dayanmasına səbəb ola bilər!
Göyöskürək həmçinin öz fəsadları ilə də təhlükəli hesab edilir (pnevmoniya - sətəlcəm). Xəstəlik başladıqdan sonra diaqnoz nə qədər tez qoyularsa, xəstə uşağı müalicə etmək bir o qədər asan olur. Sağalma tədricən baş verir, öskürək tutmalarının sayı yavaş-yavaş azalır. Göyöskürək keçirən uşaqları uzun müddət pediatr, pulmonoloq və bəzi hallarda isə hətta nevropatoloq nəzarət altında saxlamalıdır.
Göyöskürəyin profilaktikası - uşağa vaxtında bu təhlükəli xəstəliyə qarşı vurulmuş peyvənddir.
Difteriya
Difteriya - kəskin infeksion xəstəlikdir. Onun törədicisi - difteriya çöpləridir. Difteriya çöpləri xarici təsirlərə qarşı çox davamlı olub, yalnız qaynama zamanı və dezinfeksiyaedici məhlulların təsiri altında məhv olurlar. Difteriya ilə istənilən yaş qrupundan olan uşaqlar, hətta böyüklər də xəstələnə bilər. Ağır formalarda keçən bu xəstəlik hətta ölümlə də nəticələnə bilər! Məhz buna görə də uşaq sahə poliklinikasında təqvim üzrə difteriyaya qarşı peyvənd almalıdır.
Peyvənd almış uşaqlar da bu xəstəliyə tutula bilər. Ancaq bu zaman onlarda xəstəliyin gedişatı peyvənd olunmayanlarla müqayisədə xeyli yüngül keçmiş olur.
İnfeksiya xəstədən uşağa hava, oyuncaqlar, məişət əşyaları, bəzən isə qida məhsulları (süd və süd məhsulları) ilə də keçə bilər.
Difteriya əsnəyi, qırtlağı, burnu zədələyir. Əsnəyin difteriyası zamanı, xəstəliyin ilk saatlarında badamcıqlar üzərində hörümcək toru şəklində ərplər əmələ gəlir. Bu zaman bu ərplər asanlıqla təmizlənir. 1-2 gündən sonra isə ərplər bərkimiş, parıltılı olur, bozumtul-ağ rəng alırlar. Ərp yalnız badamcıqların səthini deyil, qövsləri, əsnəyi, udlağın arxa divarını da bürüyür. Badamcıqların selikli qişası qızarmış, şişkin olur. Yaxınlıqdakı limfa düyünləri böyüyür, hərarət 37,50C-38,50 C-yə qalxır. Əsnəyin difteriyası əksər hallarda iltihab prosesi əsnəkdən və burun-udlaqdan qırtlağa yayılarkən baş verir.
Difteriyanın ağır forması zamanı hərarət 39-400C-yə qalxır, boyunda şişkinlik əmələ gəlir, yaxınlıqdakı limfa düyünləri çox böyüyür və ağrılı olur, tənəffüs çətinləşir.
Difteriyanın müalicəsinin nəticəsi müalicənin nə qədər erkən başlanmasından asılıdır. Xüsusilə bu, xəstəliyin ən ağır formalarına aiddir. Belə ki, bu zaman müalicədə ləngimə, səhlənkarlıq uşağın tələf olmasına gətirib çıxarır! Bir daha təkrar edək: difteriyanın ağır formaları əksər hallarda peyvənd olunmamış uşaqlarda rast gəlinir!
Hətta yüngül formalı difteriyalar da xəstəxana şəraitində difteriya əleyhinə xüsusi zərdab yeridilməklə müalicə olunur.
Keçirilmiş xəstəlikdən sonra uşaq 3 aydan 2 ilə qədər olan müddət ərzində pediatr, lazım gələrsə, kardioloq, nevropatoloq və LOR-həkimlərinin nəzarətində olmalıdır.
Yuxarıda qeyd etdiyimiz kimi, difteriyanın ən gözəl profilaktikası bu xəstəliyə qarşı peyvəndin vurulmasıdır. Bu peyvəndin vurulmasına heç bir mütləq əks göstəriş yoxdur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1801   Tarix: 02 mart 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

donlar 2026 yay geyimləri 2026 adlarin menasi qadın və kişi sağlamlıq mələk kartları çək xolesterini azaldan qidalar kosmetika oxu az qiz burcu sağlamlığa aid atalar sözləri zəhmət sekisler