Uşaqlarda yüksək hərarətdən yaranan qıcolma: Bir neçə saniyədən 10 dəqiqəyədək davam edə bilər

Uşaqlarda yüksək hərarətdən yaranan qıcolma: Bir neçə saniyədən 10 dəqiqəyədək davam edə bilərUşaqlarda bədən hərarətinin kəskin qalxması zamanı yaranan qıcolmalar ən çox narahatlıq doğuran hallardan sayılır. Bu, tibbi dildə febril qıcolmalar adlandırılır. Febril qıcolmaların uşaqların təxminən 5 faizində müşahidə olunduğu bildirilir. Məlumatlara görə, əsasən körpəlik dövründə yaranan bu hallar bir çox hallarda 5 yaşa kimi aradan qalxır. Bəs febril qıcolmalar nə zaman yaranır?
Milli.Az e-tibb.az-a istinadən pediatr-infeksionist Həmid Hacıağayevin febril qıcolmalar barədə məqaləsini təqdim edir:
Ümumilikdə, febril qıcolmalarla bağlı proqnoz yaxşıdır. Lakin febril qıcolmalar sepsis və bakterial meningit kimi ağır yoluxucu xəstəliklərin ilkin əlaməti də ola bilər. Febril qıcolmalar 9 aydan kiçik və 5 yaşdan böyük uşaqlarda, demək olar ki, əmələ gəlmir. Febril qıcolmalar əksərən 14-18 ay arası baş verir. Bu halda isə nəsildə qıcolmalara meyillilik (irsi meyillilik) mütləq nəzərə alınır.
Sadə febril qıcolma bədən hərarətinin kəskin şəkildə 39°C və daha çox yüksəlməsi zamanı, qızdırmanın ən yüksək həddində əmələ gəlirlər. Qıcolmalar adətən bir neçə saniyədən 10 dəqiqəyədək davam edə bilərlər, ardından isə qısa süstlüyə səbəb olurlar.
Hansı hallarda febril qıcolmaları atipik (mürəkkəb) qıcolma sayırıq:
- qıcolma 15 dəqiqədən çox davam etdikdə;
- sutka ərzində qıcolma təkrarlandıqda;
- qıcolmadan sonrakı müddətdə ocaqlı simptomlar aşkarlandıqda və s.
Valideynlərin tez-tez verdiyi suallar isə bu qıcolmaların epilepsiya xəstəliyinə aidiyyatı yaxud epileptik qıcolmalara çevrilməsi yöndə olur.
Öncə onu qeyd edim ki, febril qıcolmalara məruz qalmış uşaqlarda epileptik tutmaların əmələ gəlmə riski, febril qıcolmaları heç keçirməmiş uşaqlarla eynidir. Yəni körpənizdə qızdırma qıcolmaları varsa, bu, epilepsiya xəstəliyinin başlanmasına səbəb olmur.
Təbii ki, vəziyyəti ağırlaşdıran bəzi amillər də var:
- qıcolmanın yaxud sonrakı dövrün atipik olması;
- nəsildə epilepsiya xəstəliyinin mövcud olması;
- febril qıcolmaların 9 ayadək baş verməsi;
- uşağın inkişafdan geri qalması yaxud qıcolmaya qədər aşkarlanmış sinir sistemi xəstəliyi.
Qıcolmadan sonra istənilən mənşəli meningit xəstəliyi, yuxarı tənəffüs yollarının viruslu xəstəlikləri, kəskin orta otit və qızılcanı istisna etmək gərəkdir. Yenə də, istənilən halda panikaya düşmək lazım deyil, bunun əvəzinə zamanında həkimə müraciət edərək qıcolmanın səbəbini müəyyən etmək lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1303   Tarix: 05 sentyabr 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

turlar.az

makiyaj etmek qaydalari geyim şəkilləri həkim məsləhəti aksesuar tutmalar 2026 yaz kolleksiyasi hipertoniya xəstəliyi kosmetika qurd ve quzu masturbasiya baldiz janrlar novruza aid hakışta