Uşaqları bu yolla təcavüzdən qorumaq olar - Valideynlər MÜTLƏQ OXUSUN

Uşaqları bu yolla təcavüzdən qorumaq olar - Valideynlər MÜTLƏQ OXUSUNUŞAQLARI TƏCAVÜZDƏN NECƏ QORUMAQ OLAR?

Son zamanlar uşaqlara qarşı artmaqda olan təcavüz hadisələrinə görə hər birimiz dərindən üzülürük. Artıq valideynlər öz uşaqlarını pisniyyətli insanlardan nə cür qoruyacağına dair müxtəlif həll yollarını qayğılı şəkildə axtarmağa başlamışlar. Əvvəllər valideynlərimiz bizi tanıdığımız qonşu və qohumlarımızla bərabər rahatlıqla buraxa bilərdilərsə, müasir dövrün valideynləri bu addımı atmaqda çətinlik çəkirlər. Bu da təbiidir. Çünki dünyada aparılan araşdırmalar da göstərir ki, uşaqlıqda cinsi təcavüzə məruz qalma hallarının 90%-i yad bir insan tərəfindən deyil, uşağın məhz tanıdığı, inandığı və artıq etibarlı münasibətlər qurduğu insanlar tərəfindən baş vermişdir.

Uşaqlara hər hansı bir şəkildə təcavüz göstərmək istəyən insanlar hər yerdə, hətta sosial, elmi və mədəni insan qrupları arasında belə ola bilər. Onların xüsusi qorxunc görünüşləri yoxdur. Onların zahiri görkəmlərindən kim olduqlarını da müəyyən etmək mümkün olmur. Onlar həqiqi sifətlərini mahir şəkildə gizlətməyi bacaranlardır. Bu da onların əsas aldadıcı cəhətidir.

Amerikanın İtkin düşmüş və İstismara məruz qalmış Uşaqlar üzrə Dövlət Mərkəzi tərəfindən hazırlanmış hesabata əsasən, cinsi təcavüzə məruz qalmış uşaqların 84%-i 12 yaşı tamam olmamış uşaqlardır. Ona görə cinsi təcavüz üçün ən həssas yaş dövrü 9-12 yaş arası hesab edilir. Bu səbəblə, gələcəklərinə ümidlə baxdığımız övladlarımızı təhlükəli insanlardan qorumaq üçün sizə safelyeverafter.com saytının bir neçə tövsiyələrini təqdim edirik:

– Uşaqlarınıza dəfələrlə xatırladın: Təhlükəli olmayan xoş niyyətli böyük adamlar heç vaxt kiçik uşaqlardan kömək istəmirlər, əgər böyüklərə hər hansı bir kömək lazım olarsa, onlar digər böyüklərdən yardım istəyirlər.

– Heç vaxt öz uşağınızı nəzarətsiz qoymayın. Hətta bir dəqiqəlik olsa belə.

– "Yad və ya tanımadığın adam" sözünü "hiyləgər adam" sözü ilə əvəz edin. Başqa sözlə desək, bu söz onların görünüşünü deyil, onların niyyətlərini göstərir, yəni uşağa nə demək istədiyini və uşaqla nə etmək istədiklərini göstərir, məhz bu xüsusiyyət onları təhlükəli və "hiyləgər" edir.

– "Hiyləgər adam" sizin yaxşı tanıdığınız və ya heç tanımadığınız, yaxud da bir az tanıdığınız – məsələn, məhəllə dükanında çalışan satıcı, ya da poçtalyon – və ya digər biri ola bilər. Bir insan ki, uşaqların təhlükəsizliyini pozmağa və onların bədənlərinə zərər toxundurmağa çalışır, həmin insandan artıq ehtiyat edilməlidir.

– Öz uşağınıza qulaq asın. Əgər övladınız hər hansı bir şəxsin yanında olmağı istəmirsə, məsələn dayənin, qohumun və ya ailə dostunun, onu buna məcbur etməyin. Bəlkə də bu əlamətlər sizin bilmədiyiniz bir məsələyə işarə edir.

– Daha böyük uşaqlarla kiçik uşaqların birlikdə olduğu ortamlarda diqqətli olun. Xüsusilə oyun oynama saatlarında uşaqların olduğu otaqların qapısını açıq saxlayın.

– Öz uşaqlarınızla təhlükəslizlik qaydalarını şəxsən məşq edin: Əgər ticarət mərkəzində itərlərsə, nə etməlidirlər? Əgər hər hansı bir şəxs onlardan yolu soruşarsa və ya kömək istəyərsə, nə deməlidirlər?

– Uşaqlarınızın adını onlara məxsus olan hər hansı bir şəxsi əşyalarının və ya geyimlərinin üst və görünən tərəfində yazmayın, məsələn, bel çantasının üzərində və ya gödəkçənin üst tərəfində.

– Daha böyük uşaqların hər zaman və mümkün olduqca sıx münasibətləri olan bir dostu olmalıdır. Siz də həmin dostunu və valideynlərini yaxından tanıyın.

– Narahatedici hisslər: öz instinktlərinizə inanın və uşaqlarınıza da öz instinktlərinə inanmağın normal olduğunu izah edin.

– Səmimi ailə prinsipləri qurun: Ailədə heç bir sirrə izn verməyin. Xüsusilə, əgər bu, intim yerlərə və ya narahatedici toxunuşlara aiddirsə. Bunları hər zaman valideynə danışmaq icazəlidir.

– Qoyun, uşaqlarınız özləri öz sevgi hisslərini istədikləri kimi bildirsinlər. Onları başqa birisini -qohumları, tanışları, dostları qucaqlamağa və ya öpməyə məcbur etməyin.

– Uşaqlarınızla kifayət qədər vaxt keçirin. Çünki valideyn diqqətinə həsrət qalan uşaqlar təhlükəli insanların tələsinə asanlıqla düşə bilərlər.

– Uşaqlarınızın məktəbdəki və ya məktəbdənkənar məşğuliyyətlərində könüllü kimi iştirak edin. Bununla da, uşaqlarınıza qarşılıqlı təsir göstərənlərin kim olduğunu öyrənin.

– Övladınızla güclü ünsiyyət əlaqələrini elə qurun ki, onları nə isə bir məsələ narahat edəndə sizə rahatlıqla danışa bilsinlər.

– Təhlükəsizlik anlayışlarını nəvazişlə və yumşaq şəkildə öyrədin. Qorxutmaq taktikası uşağınızın qorxularını artıra bilər və həm də belə taktikaya heç də gərək yoxdur.

– Uşaqlara hər hansı bir şəkildə zərər toxundurmaq istəyən insanlar onların ətrafında olan və hələ də nəyin düzgün, nəyin isə səhv olduğunu tam olaraq ayırd edə bilməyən və ya bu barədə öz valideynləri tərəfindən heç bir zaman təlimlənməyən daha böyük uşaqlar və ya yeniyetmələr də ola bilər. Buna görə dəyərli valideynlərimizi öz övladlarına qarşı daha da diqqətli olmağa çağırırıq. Unutmayın ki, övladlarımız Allahın əmanətidir. Onları qorumaq bir valideyn kimi üzərimizə düşən əsas məsuliyyətlərdən biridir. // gencaile.az

Ailə və Uşaq     Baxılıb: 4414   Tarix: 12 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

turlar.az

hamiləlik qadın geyimi geyim necə seçməli ana haqqinda atalar sozleri qadindunyasi ana haqqinda atalar sözləri cinsi infeksiyalar kosmetika bedii edebiyyat balıq burcler gozellik baliq burcu