Uşaqları kəskin respirator viruslardan necə qoruyaq? - Mütəxəssis rəyi

Uşaqları kəskin respirator viruslardan necə qoruyaq? - Mütəxəssis rəyiPayız-qış aylarında yetkin insanlarda olduğu kimi, uşaqlarda da kəskin respirator virus infeksiyaları geniş yayılmış patologiya hesab edilir. Uşaqlarda belə virus infeksiyaları zamanı bədən hərarətinin yüksəlməsi tez-tez rastlaşdığımız hallardan biridir. Nəzərə alınmalıdır ki, bədən hərarətinin yüngül dərəcədə yüksəlməsi orqanizmin virusa qarşı müqavimətini artırır. Adətən qızdırması olan uşaqları ev şəraitində müalicə edirlər. Əgər vəziyyət gözlənildiyindən ağır olarsa, risk almamaq üçün onların xəstəxanada müalicəsi məqsədəuyğundur. Bəs xəstəlikdən qorunmaq və onun yaradacağı fəsadlardan uzaq olmaq üçün valideynlər nələrə diqqət etməlidirlər?
Milli.Az bildirir ki, pediatr Aytən Şıxəliyeva 525.az-a azyaşlıların kəskin respirator xəstəlikləri haqqında danışıb.
Onun sözlərinə görə, qış aylarında havanın soyuması, hava çirkliliyinin artması, insanların daha sıx toplaşdığı yerlərdə yaşaması, xüsusilə, uşaqlarda çox rast gəlinən "soyuqdəymə" dediyimiz halların müşahidə olması bu fəsillərdə respirator xəstəliklərin artmasına gətirib çıxarır:
"Başlıca səbəblərdən biri də odur ki, viruslar canlı orqanizmlərdə yaşayır, cansız mühitdə məhv olurlar. Təəssüf ki, soyuq temperaturda viruslar cansız mühitdə 48-72 saat yaşaya bilir və virulentliyini, yəni xəstəliktörətmə qabiliyyətlərini saxlaya bilirlər. O ki qaldı uşaqlara, onlar həssasdırlar. Virusa yoluxmuş insanın uşağın yanında asqırması, öskürməsi, hətta nəfəs alıb-verməsi uşağı yoluxdura bilər. Əgər uşaqda narahatlıq və ağlağanlıq, xırıltı, xışıltı, öskürək, təngnəfəslik, iştahasızlıq olarsa, Həkimə müraciət etmək lazımdır. Qeyd edim ki, südəmər uşaqlarda bu, döşdən imtina etmək, süni qida alanlarda əmzikdən imtina etməklə özünü göstərəcək. Əlbəttə, əsas göstəricilərdən biri və başlıcası hərarətin yüksəlməsi hesab edilir".
Pediatr əlavə edib ki, uşaqlarda bəzi peyvəndlərdən sonra və dişçıxarma dövründə də yüngül hərarət müşahidə oluna bilər. O cümlədən, biz, orqanizmə bakteriya və virusun daxil olduğu əksər xəstəliklərdə - sinir sistemi (meningit, ensefalit), həzm sistemi (qusma, ishal, qanlı nəcis), sidik-ifrazat (sidiyin rənginin, qoxusunun, miqdarının dəyişməsi) və s. xəstəliklər zamanı da istilik müşahidə edə bilərik: "Uşaqların xəstəliyi necə keçirməsi onun yaşından, immun sisteminin vəziyyətindən, premorbid fon dediyimiz əlavə xəstəliklərin, məsələn, raxit, anemiyanın olmasından, hətta qidalanmasından asılı ola bilər. Belə ki, 5 yaşında bir uşaq adi rinit və ya yüngül bronxitlə xəstələnə bildiyi halda, 6 ay - 2 yaş arası uşaqlar daha ağır bronxiolit (mütləq stasionar müalicə tələb edir), daha kiçik uşaqlar və yenidoğmuşlar isə hətta pnevmaniya kimi ciddi bir diaqnozla xəstələnə bilər. Bu, yaşla əlaqədar olaraq uşaqların tənəffüs sisteminin anatom-fizioloji xüsusiyyətləri ilə əlaqədardır. Digər səbəb allergik fonun olmasıdır. Xüsusilə tənəffüs allergiyası olan uşaqlarda aşağı tənəffüs yollarında, bronx və bronxiollarında daralma olduğu üçün dar mühitdə bakteriya və virusların çoxalıb artmasına daha əlverişli şərait olur, həmçinin, tənəffüs yolunun daralması tənəffüs çatışmazlığına qədər inkişaf edə bilər".
Həkim əlavə edib ki, hətta uşaqda titrəmə müşahidə olunsa da, əynini yüngülləşdirmək lazımdır. Örtmək, bükmək olmaz! Titrəmə qızdırma zamanı normal haldır anaların qorxmamağı məsləhətdir: "Əgər uşaqda bədən hərarəti yüksələrsə, temperatur u 29-32C olan suda isladılmış dəsmalla silmək məsləhətdir. Soyuq dəsmala bükmək, çox soyuq vanna etmək olmaz. Əksinə, damarları daraldıb hərarətin düşməyini ləngidə bilərik. Qeyd edim ki, uşaqlar üçün rektal yolla - 38.2 C, qoltuqaltı yolla - 37.2 C, qulaqdan ölçmə - 37.8 C temperatur normal hesab edilir. İstənilən yaş qruplarında qoltuqaltından hərarətin ölçülməsi daha etibarlı sayılır. Lakin sınma və civə zəhərlənməsi təhlükəsi olduğu üçün şüşə olmayan termometrlərə üstünlük vermək məsləhətdir. 6 ayına qədər rektal yolla, yaşdan yuxarı uşaqlarda qulaqdan da ölçmək olar. Dəri vasitəsilə elektron termometrlərdən istifadə bəzən dəqiq olmayan məlumatlar verir. Çünki onlar otaqda kondisioner və digər hava qızdırıcılarına qarşı həssas olurlar. Düzgün qidalanma, 6 ayadək ancaq və ancaq ana südü (hətta mayeyə belə ehtiyac yoxdur, 6 aydan sonra bol meyvə və tərəvəz, bol maye), gün ərzində təmiz havada saxlama, uşağın yatdığı otağın havasını tez-tez havalandırma, respirator xəstə olan mühitdən uzaq tutmaqla uşaqları viruslardan qoruya bilərik".
Həkim son olaraq əlavə edib ki, əgər 2 yaşdan kiçik uşaqlarda qızdırma 24 saatdan çox davam edərsə, 2 yaşdan böyük uşaqlarda qızdırma 3 gündən çox davam edərsə, qızdırma düşməsinə baxmayaraq, halsızlıq varsa, qızdırma ilə yanaşı, yuxarıda sadalanan hallar müşahidə olunarsa, mütləq şəkildə həkimə müraciət etmək lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1273   Tarix: 07 dekabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

gelinlikler toy gecesi maskalar kosmetoloqiya sac horukleri qonaq otagi dizayni geyimler 2026 kosmetika şəkərbura vətən həsrəti veten haqqinda atalar sozu dovsan yuxuda qara ilan gormek